Dırnaq Batması (Unguis İncarnatus)
Dırnaq batması -günlük həyatda tez-tez rastlaşdığımız problemlərdən biri də dırnaq batması deyə tanınan unguis incarnatus narahatlığıdır. Hər yaşda rastana bilər. Uzun müddətli sıx ayaqqabı geymək, gigiyena qaydalarına əməl etməmək, dırnağın düzgün kəsilməməsi, xüsusilə ayaq baş barmağı dırnağının kəsilərkən dırnaq yatağının da zədələnməsi kimi səbəblərdən inkişaf edə bilər. Dırnaq batması tək tərəfli və iki tərəfli ola. Batan dırnaq yatağı ətrafında yumşaq toxuma infeksiyası inkişaf edir. Yumşaq toxuma içərisinə batan dırnaq tikanı iltihabın mənbəyidir.
Müalicəsi

Dırnaq Batması
Antibiotik ilə müalicə ancaq qısa müddətli həll yolu ola bilər. Batan dırnaq altına pambıq yerləşdirmək vasitəsilə dırnaq tikanın batmasının qarşısı alına bilərsə konzervatif müalicə mümkün ola bilər. Ancaq çox hallarda cərrahi müdaxilə tələb edir. Cərrahi müdaxilə lokal anesteziya altında tətbiq olunur. Dırnağın kökündən çəkilməsi uyğun deyil. Sadəcə, batma olan dırnaq tərəfi dırnağın kökü ilə birlikdə kiçik əməliyyat edilir. Dırnaq sərhəddi batan tərəfdə bu şəkildə düz bir xətt halını alır. Dırnağın eninə 3-5mm qıssalması estetik görünüşü pozmur. Cərrahi müdaxilə sonrasında hər hansı bir tikiş atılmaz. Xüsusi bint ilə yara örtülür. Xəstə ayağı yüksəkdə olacaq şəkildə yarım saat qədər yatırıldıqdan sonra buraxılır. Xəstə sarğının açılması üçün 3-4 gün sonra gəlir. Yaxşılaşma prosesi 10-14 gün çəkir.
Bu mualicəni siz özünüzdə edə bilərsinizmi? Beli
Salam. Dırnağın yatağı zədələnməsi bizim klinikada çox uğurla həyata keçirilir. Sağ olun
Təşəkkür edirəm. Mən bu mualicəni hansı klinikada elətdirə bilərəm? Məsləhət gördüyünüz həkim varmı? Artığ 3-cü dəfə dırnağımı çıxartdırmağ istəmirəm.
Salam. Dırnağın yatağı zədələnməsi bizim klinikada çox uğurla həyata keçirilir. Sağ olun
Salam mənim dırnagımı iki defediki cıxardıblar, artıg yene batır cerraha müraciət edəndə cıxartmaq lazımdı deyir. Sizce men nə etməliyəm?
Salam. Onixokriptoz (Dırnağın ətə keçməsi) xəstəliyi bu gün yayılmış xəstəliklərdəndir. Onun radikal (birdəfəlik) operativ müalicə metodu mövcuddur və bir daha xəstəlik yaranmır. Sağ olun
menim her bir dirnagim bayır 2 terefide bayır ne edim
Salam. Siz cərraha müraciət edin. Sağ olun.