Diş Əti Xəstəliyi

 In Diş Sağlamlığı

Dünyada diş əti xəstəliklərinin görülmə nisbəti %90-dır və adətən simptomsuz ağrısız xəstəliklər olaraq qarşımıza çıxır.

Diş Əti

Sağlam diş ətinin solğun çəhrayı rəngdə, dişə və sümüyə möhkəm yapışmış, portağal qabığına bənzər parlaq və sızanaqlı bir görünüşə sahib olmalıdır. Diş ətində qanaxma, şiş, qızartı varsa mütləq bir diş əti mütəxəssisinə (periodontoloqa) müraciət etməyiniz lazımdır.dis_fircalama

Dünyada diş əti xəstəliklərinin görülmə nisbətinin %90 olduğunu və adətən simptomsuz ağrısız xəstəliklər olduğu görülmüşdür.Xəstələrin müalicə edilmədiyi hallarda diş əti xəstəliklərinin irəliləməsi nəticəsində, dişləri möhkəmləndirən ətraf toxumaların itkisi, yemək yeməkdə içməkdə problemlərin yaranması daha sonra bu problemlərlə birlikdə dişlərdə sallanma və itkilər meydana gəlir.

Diş əti qanamasının iltihabın başlaması ilə ortaya çıxan ilk əlamətdir və bu ciddi qəbul edilməlidir.Mütəmadi həkim yoxlanmaları ilə diş əti xəstəliklərinin hamısının müalicə etmək olar. Sağlam diş və diş ətinə sahib olmağın əsas şərti ağız gigiyenasına ciddi yanaşaraq diş daşı əmələ gəlməsinin qarşısının alınmasıdır. Diş əti xəstəliklərindən qorunmaq üçün edilə biləcək ən sadə müalicə üsulu; Doğru fırçalama üsulları, diş ipi və interfeys fırçası istifadə etməkdir.

Diş daşları ağız gigiyenasının kifayət qədər olmadığı hallarda diş səthində qalan yemək yığıntılarının zaman içərisində tüpürcək içərisində mineralların çökməsi nəticəsində yaranan daşlardır.İlk başlanğıc mərhələsində təmizlənməsə zaman içərisində həm yığıntıların artacağına, həm də mikroorqanizm növləri dəyişəcəyi üçün diş əti xəstəliklərinin irəliləməsinə səbəb olacaqdır.Photo of Teeth

İnfeksiyaya bağlı diş çəkdirmək probleminin sadəcə mövcud dişin itki ilə nəticələnməyəcəyini eyni zamanda oradakı infeksiya yandakı dişin möhkəmləndirici toxumaların əriyəcəyi üçün eyni şəkildə dişlərin funksiya pozuntusu, dişlərin laxlaması yan və ətraf dişlərdə də görülməyə başlanacaqdır. Periodental xəstəliklərdə itirilən dişdə ən böyük problem yalnız diş itkisi deyil. İtki zamanı ətrafdakı sümük toxumalarda da itkilər baş verəcəyi üçün xəstələr əskik dişin yerinə daha sonradan düzəltdirəcəyiniz protetik müalicələrdə də çətinlik yaşaya bilərsiniz. İmplantasiya etdirmək istəyirsinizsə sümüyü qüvvətləndirici azaldığı üçün implantasiya etdirməyə bilərsiniz, ya da protez düzəldiləcəksə sümük itkisinə görə estetik olaraq problem yaradacaq dişlərin düzəldilməsi problem yarada bilər.

Diş əti ilə bağlı problemlərə nə qədər erkən müdaxilə edilir isə müalicələr də bir o qədər asanlaşır.Gələcəkdə daha böyük problemlər yaşamamaq üçün diş əti qan sızmasına qarşı laqeydlik etməyin. Həkiminizə müraciət edərək 6 ayda 1 dəfə mütləq müayinə olunun.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search