Dişlərimizi Necə Fırçalamalıyıq?

 In Diş Sağlamlığı

Fırçadan Necə İstifadə Etməliyik?

Dişimizi qorumağın ən effektiv yolu müntəzəm olaraq təmizləməkdir. Diş təmizləmənin ilk addımı doğru fırça seçimidir. Ən uyğun fırça neylon və orta sərtlikdə fırçalardır. Ağız içində asan hərəkət etdirilməsi və arxa dişlərə rahat çata bilməsi üçün fırçanın baş tərəfinin çox böyük olmaması lazımdır. Uyğun fırça seçildikdən sonra dişlər ən azı gündə iki dəfə ardıcıl olaraq fırçalanır. Diş məcunun ağıza verdiyi xoşa gələn qoxu və hiss səbəbi ilə diş fırçalanmasını asanlaşdırır. Diş parıldatma tozları diş həkimi məsləhət görmədikcə istifadə edilməməlidir.Daha çox istifadə etmək diş sağlamlığı üçün zərərlidir.

Diş fırçalanmasında fırçanın duruşu xaricindəki hərəkət eynidir: Fırça diş əti çizgisinə meyilli olaraq yerləşdirilir. Bu vəziyyət pozulmadan kiçik dairəvi hərəkətlərlə dişlər fırçalayır. Daha sonra fırça, bir fırça boyu qədər dəyişdirilərək təmizləmə davam etdirilir.

-Diş fırçası 45 dərəcəlik bucaq tutacaq şəkildə saxlanılır və diş əti səviyyəsindən başlayaraqfirc ağız boşluğuna doğru təmizlənilir. Xarici səthlərdən başlayan təmizləmə sərt zərbələr halında deyil, yumşaq və dairələr çəkəcək şəkildə, ön dişlərdən arxa dişlərə doğru aparılmalıdır.

-Daha sonra dişlərin daxili səthləri eyni şəkildə fırçalanır. Bu prosesdə fırça əyri tutularaq, diş ətindən ağız boşluğuna doğru hərəkət etdirilir.

-Daha sonra dişlərin çeynəmə səthləri fırça düz olaraq irəli geri hərəkət etdirilərək fırçalanır.

Təmizləmə əməliyyatının ən azı iki-üç dəqiqə davam etməsi lazımdır. Sağlam diş ətləri təmizləmə zamanı qanamamalıdır.

Diş fırçası şəxsi bir vasitədir, başqaları ilə orta istifadə edilməz. Diş fırçaları bir neçə ayda bir, ən gec altı ay ərzində dəyişdirilməlidir. Lazım olanda ara səthlərin fəal olaraq fırçalanmasını təmin etmək üçün ara səth fırçaları istifadə edilir. Bununla bağlı daha geniş məlumat almaq üçün diş həkiminə müraciət etmək lazımdır.

Diş İpindən İstifadə

Diş ipi diş arasında qalan yemək artıqlarının çıxarılması üçün çox yararlı bir vasitədir. Çox kiçik yaşlarından başlayaraq uyğun diş təmizləməsini və diş ipindən istifadə etmə üsullarının öyrənilməsi lazımdır.

Dişlər fırçalandıqdan sonra diş və diş əti çizgisi ilə dişlər arasında qalan yemək artıqlarının təmizlənməsi üçün diş ipindən istifadə edilir. Bu artıqlar ən mühüm çürük səbəblərindəndir.

-Otuz santimdis_ipi_yararsizmis_h110652etrə qədər diş ipi çıxarılır. Diş ipinin bir hissəsi bir əlin orta barmağına digər ucu da digər əlin orta barmağına dolanır. İpin bir hissəsi ortada olmalıdır.

-Ortada qalan ip hissəsi işarə barmağı ilə geriyə doğru çəkilir.İp dişlər arasından keçirilir. Bu hərəkət zamanı sərt davranılmamalıdır. İp diş ətinə qədər endirildikdən sonra ağız boşluğuna doğru diş aralarını sıyıracaq şəkildə endirilir. Bu zaman diş ətinin kəsilməməsinə qayğı göstərilməlidir.
-Eyni şəkildə digər bir parça ip alınaraq alt dişlər üçün də təkrarlanır.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search