Ebola Virusu

Müəllif
Bölmə Ebola Virusu

Nədir?

Ebola virusunun səbəb olduğu hemorragik bir xəstəlikdir. Virus ilk olaraq 1976-cı ildə SudanKonqodakı epidemiyalarda müəyyən edilmişdir və Konqodakı bir çaya xitabən Ebola adı verilmişdir.

 

ebolaseo01

Ebola Virusu

Son epidemiya Dekabr 2013-cü ildə Qvineyadan başlamışdır, Liberiya, NigeriyaSierra Leoneyə qədər yayılmışdır. Ebola virusu, insanlara zəhərli heyvanların orqan, qan və bədən mayeləri ilə yaxın təması zamanı yoluxur. Afrikadakı zəhərli şimpanze, qorilla, meymun, meyvə yarasası və antilopdan yoluxduğu,insandan insana keçməsi də zəhərli insanların qan və bədən mayeləri ilə birbaşa təması zamanı meydana gələ bilər.

Səhiyyə işçilərinə də bu xəstələrə nəzarət və müalicə zamanı,xəstəliyə qarşı tədbir görmədikləri zaman yaxın təmas nəticəsində yoluxur.

Ebola Virusu Halları

Eboladan infeksiya yoluxan hal 9 minə yaxındır. Bunların 5 minə yaxını ölmüş vəziyyətdə ölüm halları %90-a qədər olur. Ana südündən sidiyə,nəcisə,qusmağa,göz yaşına qədər bütün bədən sekrasiyalarında görülən bir virusdur. Ən dəhşətlisi çox asan bir şəkildə yoluxması və dözümlü bir virus olmasıdır.

Riskli regionlara səyahəti olan və eyni zamanda yüksək temperaturası olan hər bir xəstə təcili bir klinikaya müraciət etməlidir və səyahəti ilə bağlı məlumat almağı tövsiyə edilir. Təsir altında olan bölgələrə səyahətə edən şəxslər kiminləsə təmas etməslər belə sağlamlıq vəziyyətini 10 gün müddətində nəzarət altında saxlamalıdırlar.İnfeksiyaya yoluxmuş semptomatik insan və heyvanların bədən mayeləri ilə potensial təmas olduqları şəxslər 21 gün müddətinə sağlamlıq vəziyyətini nəzarət etməlidirlər. Xəstəlik yüksək temperatura, şiddətli halsızlıq, əzələ ağrısı, baş ağrısı, boğaz ağrısı şikayətləri ilə başlayır. Bunlar mədə bulanması, qusma ilə davam edir. Daha sonra böyrəkqaraciyər funksiyaları pozulur və qanaxmalar başlayır.

Spesifik bir müalicəsi olmadığına görə qoruyucu tədbirlər çox əhəmiyyətlidir. Əl yuma və əlaqəli səthlərin dezinfeksiyası yoluxmanın qarşısını almada ən mühüm rollardır.

Ebola Necə Bir Xəstəlikdir?

laboratorium_pipety_badacz_w_tle_shutterstock_127890599_01

Qanda Ebola Virusu

Ebola virus xəstəliyi ciddi və daha çox öldürücü bir xəstəlikdir. Bəzi ölkələrdə ortada ciddi bir risk vardır. Xəstələrin təəssüf ki, %90-dan çoxu itirilir. Dünyanın ən yoluxucu xəstəliklərindən biri sayılan Ebola, xəstə heyvan və ya insanların qan, bədən mayeləri və toxumaları ilə təmas zamanı yoluxur.

Ani başlayan yüksək temperatura, halsızlıq, əzələ, baş və boğaz ağrısı səciyyəvi əlamətlərdir. Sonra qusma, ishal və qaraciyər böyrək funksiyalarında pozulma ilə bərabər bəzən qanaxmalar görülür. Hazırda xəstəliyin qəti müalicəsi yoxdur.

22 Aprel 2014 tarixi etibarilə Dünya Səhiyyə Təşkilatı Qvineyada ümumi olaraq 208 Ebola virusu xəstəliyinin görüldüyünü və 136-ın vəfat etdiyi görülmüşdür. Digər epidemiya riski olan ölkələr arasında isə LiberiaSierra Leonada vardır.

Yuxarıda sadalanan ölkələrə səfər edəcək vətəndaşların mütləq daha əvvəl həkimə müraciət etmələri lazımdır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN