Nədir?
Günümüzdə qadınların bir çoxu doğuş əsnasında ağrını hiss etməmək məqsədilə xüsusi anesteziya növü olan epidural anesteziyanı seçirlər. Epidural anesteziya isə bu şəkildə olur: Beyinə ağrı siqnallarını aparan sinirlər epidural aralıqdan keçir və bu bölgəyə inyeksiya edilən anesteziya köməyilə ağrı siqnallarının qarşısı alınır. Hər kəs ağrını fərqli şəkillərdə hiss edir amma ağrının şiddətli olması kimin daha güclü olması ilə heç bir əlaqəsi yoxdur.
Epiduralin anesteziyanın ən əhəmiyyətli üstünlüyü bədənin ağrıya səbəb olan normal reaksiyası ilə bağlıdır. Ağrı, qan dövranında stress hormonlarının tərpənməsinə səbəb olur və bu hal ürək atışlarının sürətlənməsinə və qan gəlməsinə səbəb ola bilər. Epidural isə bu ağrının əmələ gəlməsinin qarşısını alaraq bu yan təsirləri də ortadan qaldırır.
Epidural anesteziyasından dərhal sonra ayaqlarda yüngül bir batma hissi olacaq və ana özünü bir qədər gücsüz hiss edəcəkdir və bu səbəbə görə çox gəzmək düzgün deyil.Ananın edəcəyi ən yaxşı şey, doğuşdan sonra yataqda qalmaqdır. Bundan başqa, tibb bacısı körpənin və ananın ürək döyüntülərini tez-tez yoxlayacaqlarına görə ananın yataqda olması vacibdir.
Salam
Ikinci dogusda (keyseriye) spinal anesteziya etmisdim. 4 il kecib, indiye kimi fesadlarini hiss edirem. Idman eliyende agrilar olur, soyug deyende ele bil yel cekir. Hec kese meslehet gormurem. Hec men de istemirdim, hekimler cox tekid etmisdi. Cox pesmanam
Salam. Kesariyyə əməliyyatı bütün dünyada ən çox spinal anesteziya altında aparılır. Düzgün aparılmış spinal anesteziya zamanı və sonra problem ola bilməz. Sağ olun
Epidural anesteziyada belindən əməliyyat keçirənlər üçün əks-göstəriş varmı?
Salam. Bəli. Epidural anesteziya aparılmasının əks göstərişləri mövcuddur. Sağ olun
Salam kesar olacam həkim siz hansini məselehet görerdiz 3defe umimi almişam narkozu
Salam.Əməliyyat zamanı anesteziloq sizinlə birlikdə seçim edəcək. Sağ olun
Salam Fuad Hekim.
Epidural anesteziya ile dogusdan sonra iyne vurulan yer agriyirmi ve hansi muddete agri kecib gedir?
Evvelceden tessekkur edirem.
Salam. Spinal anesteziya aparılan sahədə olan ağrılar tez bir zamanda keçməlidir. Sağ olun