Erkən Eyakulyasiya

ERKƏN EYAKULYASİYA

Tibbi dildə müxtəlif tərifləri olan erkən boşalmanın ilk tərifi 2008-ci ildə Beynəlxalq Cinsi Tibb Cəmiyyəti tərəfindən edilmişdir. Bu adlandırmaya görə erkən boşalma cinsi birləşmənin başlamasından etibarən boşalmanın geciktirilə bilməməyindəndir və aşağıdakı cinsi funksiya pozqunluqları ilə xarakterizə olunur.Premature-Ejaculation

Boşalmanın hər zaman kişi cinsi orqanının qadın cinsi orqanıyla birləşməsindən əvvəl və ya təxminən 1 dəqiqə içərisində olmasıdır.

Heç bir vaginal birləşmənin boşalmağı gecikdirə bilmə qabiliyyəti yoxdur.

Stress, mənəvi pozqunluq,çətinlik və ya cinsi əlaqədən qaçınma kimi mənfi fərdi nəticələri vardır.Erkən boşalmanın rəqəmsal olaraq ifadəsi isə kişi cinsi orqanının qadın cinsi orqanıyla birləşməsindən sonra boşalma ya da boşalmamaq üçün geri çəkməyə qədər keçən zamanın 0,9 dəqiqədən (54saniyə) az olmasıdır. Bu vəziyyətin ağır dərəcədə erkən boşalmanı ifadə edir, bu müddətin 0,9-1,3 dəqiqə (78 saniyə) arasında olması çox güman ki erkən boşalma problemini göstərir.

Erkən boşalma ” həyat boyu var olan ” və ” əvvəllər yoxkən sonradan ortaya çıxan xəstəlik ” olaraq ikiyə ayırmaq mümkündür. Sonradan ortaya çıxan erkən boşalma problemində səbəblər; ümumiyyətlə prostat iltihabı, hipertiroid kimi hormonal pozqunluqlar, psixoloji və əsəbi xəstəliklər olub bu xəstəliklərin müalicəsiylə erkən boşalmada düzəlmələr görülməkdədir. Ancaq xəstələrin böyük əksəriyyətində görülən və həyatı boyu olan erkən boşalmanın müalicəsi daha mürəkkəb və çətindir.

MÜALİCƏSİ

Hazırda erkən eyakulyasiyanın 5 müalicə üsulu vardır:
1. Yerli müalicə və seksterapiya
2. Farmakoterapiya
3. Refleksoterapiya
4. Psixoterapiya
5. Cərrahi yol

Erkən eyakulyasiyanın dərmanla müalicəsi: Erkən boşalma müalicəsi üçün ən çox istifadə edilən üsul ağızdan qəbul olunan dərmanlardır. Bu məqsədlə SSRI olaraq bilinən dərmanlar istifadə edilməkdədir və bu dərmanların ümumi istifadəsi hər gün ağızdan bir tablet qəbul olunması şəklindədir. Bu müalicə üsulu ilə boşalmadakı gecikmə, müalicə başlanmasından 5-10 gün sonra reallaşmağa başlayır və dərman istifadə edildiyi müddətcə davam edir.

Yorğunluq, mədə bulanması, tərləmə, əsnəmə kimi yan təsirləri görülə bilər və müalicə başlanmasından sonrakı ilk bir həftədə ortaya çıxır, 3-4 həftə içərisində azalaraq itir.

SSRI növü dərmanların müalicədəki təsirinə baxmayaraq gündəlik istifadəsinə görə və yan təsirləri səbəbiylə xəstələrin müalicəyə davam etmə nisbətinin aşağı olmasının nəticəsi olaraq eyni cür dərmanların yeni forması olan “dapoksetin” inkişaf etdirilmişdir. Bu dərman əlaqədən 1-3 saat əvvəl istifadədə, hər gün istifadə zəruriliyinin olmaması və buna görə də yan təsirlərinin daha az görülməsi xəstə məmnuniyyətini və müalicə müvəffəqiyyətini artırmaqdadır.

Erkən boşalma üçün “dapoksetin” müalicəsi ilə birlikdə ayrıca sərtləşmə problemi olan kişilərdə bir PDE-5 inhibitor müalicəyə əlavə oluna bilər. Ümumiyyətlə,SSRI inhibitorları ilə birlikdə istifadə edilən PDE-5 inhibitorlarının sərtləşmə səviyyəsini artıraraq, boşalma sonrası təkrar sərtləşmə üçün lazım olan zamanı azaltmaq və buna görə performans tərəddütünü azaldaraq təsir göstərdiyi düşünülməkdədir.

Müalicədə yerli anesteziya kremlərinin istifadəsi: Erkən boşalma müalicəsində istifadə edilən digər bir üsul,yerli anesteziyaya aid olan kremlərin istifadəsidir. Cinsi əlaqədən öncə penisə tətbiq olunan krem, sprey penistə duyğu itkisi meydana gətirərək boşalmağı gecikdirməkdədir.

Erkən boşalmada psixoloji müalicə: Erkən boşalmanın səbəbləri arasında sayılan psixoloji problemlərin müalicəsi xəstəliyin geriləməsini təmin edir. Ümumiyyətlə,görülən psixoloji problemlər xəstənin həyat yoldaşı ilə olan seksual problemləri və ya əlaqədəki uyumsuzluqdur.

Davranışlı müalicələr: Bu ​​müalicə metodunda tətbiq olunan üsullar xəstələrin cinsi əlaqə əsnasında erkən boşalmağın qarşısını alacaq bəzi manevrlər etməsində əsaslanır. Bu manevrlər “dur-başla” (stop-start) və “sıxma” metodlarıdır.

-Dayan-başla metodu mərhələli bir metoddur və hər mərhələ təxminən 2 həftə davam etməkdədir,hər həftə ən az üç dəfə bəhs edilən manevrlərin edilməsi lazımdır. Bu manevrlər boşalmanın gecikdirilməsi məqsədini daşımaqdadır.

-Sıxma metodu isə cinsi əlaqə əsnasında boşalma hiss edildiyi zaman cinsi əlaqənin dayandırılması,penisin uc qisiminin boşalma hissi keçənə qədər sıxılması və bunun sayəsində boşalmanın gecikdirilməsidir.

Cərrahi müalicə: erkən boşalmada cərrahi müalicə məntiqi penisin bu xəstələrdə həddindən artıq həssas olması fərziyyəsinə söykənir penisə gedən sinirlərin müxtəlif yollarla kəsilməsiylə həssaslığın azaldılması nəzərdə tutulmaqdadır.

Belə hallar yaşayan bütün kişilərə məsləhətim vaxtında həkimə müraciət edərək erkən boşalmanı yaradan səbəbləri aradan qaldırmasıdır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN