Nədir?

Estrogen Hormonu
Estrogen deyiləndə ağıla ilk gələn qadınlıq olmalıdır. Bir qadını qadın edən cinsi və fiziki xüsusiyyətlərin formalaşmasında baş rolu estrogen hormonu oynayır. Kişi bədənində də olan bu hormon qadınların yumurtalama dövrünə addım atdıqları anda bədənlərində ifraz etdiyi bir hormondur. Məsələn, bir qadında döşlərinin böyüməsini təmin edən hormonlardan biri estrogendir. Reql dövrünün olması və həyata keçirilməsində estrogen hormonunun təsiri yüksəkdir. Bu hormonun orqanizmdə olma nisbəti olduqca mühüm əhəmiyyət kəsb edir. Az olması halında başqa, çox olması halında da başqa xəstəliklərə səbəb olur.Vücuddakı səviyyəsini nizamlamaq üçün müxtəlif təbii üsullar vardır.
Estrogen Hormonunun Azalması
Bu hormonun azalması halında qadınlarda erkən menopauzaya qədər müxtəlif reaksiyalara yol aça bilər. Erkən yaşda qarşılaşılan menopauza dövrün xəstəliyidir və erkən ya da vaxtında olursa olsun qadınlar üçün olduqca çətin keçir. Orqanizminizdə hormonal çatışmamazlıq yaşayırsınızsa bu nöqsanlar təbii üsullarla aradan qaldırala bilər. Bu yazımda estrogenin əslində əldə edilməsi olduqca asan və bir o qədərdə önəmli bir hormon olduğunu anlayacaqsınız.
Təbii Estrogen Mənbələri
Təbiətin bir möcüzəsi olaraq adlandırıla bilən bitkilərdən biri soyadır.Tərkibində olan maddələr sayəsində eyni zamanda məmə xərçəngi riskini də ortadan qaldıran bitkidir.
–Zirə otu
–Cəfəri otu
–Adaçayı bitkisi
–Boymadərən bitkisi
–Mahud çiçəyi yağı
–Qırmızı dərili otu
Soya ilə birlikdə yuxarıda sadalanan bitkilər də tərkibcə estrogen baxımından olduqca zəngindirlər.