Fetal Cərrahiyyə (Ana Bətnində Əməliyyat)

 In Hamiləlik, Maraqlı

Fetal Cərrahiyyə Nədir?

Fetal cərrahiyyə (fetal surgery) termini ana bətnində ikən körpənin ultrasəs kimi üsullarla aşkar edilən bəzi anomaliyalar səbəbilə əməliyyat edilməsi mənasında istifadə edilir. Ara sıra qəzetlərdə bu məsələ ilə bağlı “ana bətnində əməliyyat edildi” başlıqlı xəbərlərə rast gəlirik. Xüsusilə son 25 ildə bu mövzuda elmi işlər artıb və nadir klinikalarda bu növ əməliyyatlar həyata keçirilir.

Fetal cərrahi əməliyyat, hamiləlik müddətində zərərli təsirləri olan, doğum sonrası həyatı təhdid edən ilərləyici anatomik malformasiyaların düzəldilməsində həyata keçirilir.

Fetal cərrahiyyədə tətbiq olunan hallar:

Hidronefroz, Sidik sistemində tıxanıqlıq
Kongenital diaframatik herni (CDH)
Ağciyərin kongenital kistik adenomatoid malformasiyası (CCAM)
Kongenital qəlb anomaliyaları
Sakrokoksigeal teratom (SCT)
Hidrotoraks
Hidrosefali
Meningomyelosel, Spina bifida
Əkizdən əkizə transfizya sindromu

sezaryenleAna bətnindəki fetusa tətbiq edilən əməliyyatlardan sonra araşdırmalarda əldə edilən bir nəticə də fetuslarda yaranın yetkin insanların əksinə skar yaratmadan yaxşılaşmasıdır. Bu vəziyyət yarıq damaq-dodaq kimi bəzi əməliyyatların doğumdan əvvəl keçirilməsi məsələsində bəzi üstünlükləri ola bilər çünki əməliyyata bağlı skar və izlər az olacaqdır.

Fetal cərrahi əməliyyatın hamiləliyin hansı periodunda aparılmasının uyğun olduğu da hələ məlum deyil. 22-ci hamiləlik həftəsindən əvvəl müdaxilə edilsə uşaq düşmə ehtimalı, 30-cu hamiləlik həftəsindən sonra əməliyyat keçirilsə erkən doğuş hadisəsi artmaqdadır.
Aradakı etimadlı periodda uşaq düşmə hadisəsi isə məlum deyil.

Fetal cərrahiyyədə açıq və laparoskopik olmaq üzrə iki fərqli üsuldan istifadə edilir. Açıq üsul daha əvvəl tətbiq olunmağa başlanılmışdır. Açıq üsulla aparılan əməliyyatda qarına tətbiq edilən kəsik ilə ana bətninə çatmaq olur və ana bətninə tətbiq edilən kəsik ilə fetus ana bətni kənarına çıxarılır. Əməliyyatın sonunda ana bətni və hamiləlik amnion pərdələri

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search