Gepatit

 In Gepatit Virusu

Gepatit Nədir?

Qaraciyərdə əmələ gələn iltihabi reaksiya tibb dilində hepatitis olaraq adlandırılır və viruslara bağlı olaraq inkişaf edir.Qaraciyərdə böyüməyə,daha həssas olmağa və zaman içərisində uzunmüddətli zədəyə yol açır.Qaraciyər,vücudu zəhərli maddələrdən təmizləyən,həzm sistemində vəzifəli ödü sintezləşdirərək qana verən,vücutda vəzifəli bir çox daşıyıcı zülalları sintezləşdirən əsas orqandır.
Karbonhidrat,yağ və zülal metabolizmində da mühüm vəzifələri vardır.
Virus gepatit qaraciyərə yerləşən virusların səbəb olduğu ən çox görülən yoluxucu bir xəstəlikdir.Hepatotrop viruslar olan A,B,C,D,E, virüsları və yeni adlandırılmış G,TTV,
SEN-V,kimi müxtəlif tipləri vardır.

Gepatit A

İnkişaf etməkdə olan ölkələrdə daha çox uşaqlarda,inkişaf etmiş ölkələrdə isə yaşlılarda görülür. Ağız yoluyla yoluxur.Virus yemək və sudan keçir.Ən çox rastlanan növdür.

Gepatit B

Qan məhsullarının köçürülməsi,qulaq deşilməsi,döymə etdirilməsi,diş müalicəsi,manikür,pedikür, və ya cinsi əlaqə ilə keçə bilər.Hepatit B-li ana doğuş sırasında,virüsü körpəyə keçirə bilər.

Gepatit Chepatit

Kirli enjektor istifadəsi,kirli qan və qan məhsullarının köçürülməsi və cinsi yolla yoluxur. Anadan körpəyə keçə bilər.Hepatit C,səssiz və hiyləgər bir infeksiyadır əsasən 20 il ərzində qaraciyərin sirrozu inkişaf edir və zamanla xərçəngə çevrilə bilər.

Gepatit D

Virus olan çirkli enjektor istifadəsi,kirli qan və məhsullarının köçürülməsi ilə keçir.Bu virus yalnız Hepatit B virusu yoluxmuş insanlarda xəstəlik yaradır.

Gepatit E

Oral yolla bulaşır.Ən çox 15-49 yaş arasında görülür.Hamiləlik dövrü yoluxma baxımından çox risk altındadır.Gigyenik şəraitin pis olduğu ölkələrdə Gepatit E daşıyıcılıq faizi yüksək olub Azərbaycanda %0,5-dir.Avropada bu nisbət %0,1-in altındadır.

Viral Gepatitin Əlamətləri Aşağıdakılardır

Halsızlıq,orta dərəcədə qızdırma,əzələ və oynaq ağrıları,mədə bulantısı,qusma,qarın ağrısı,dəridə və göz ağlarında hepatutsarılıq,tünd rəngdə sidiyin olması, biokimyəvi olaraq serum bilirubin və aminotranferaz səviyyələrində artış,serolojik olaraq virus antigenlərə qarşı antikorların inkişafı ilə birlikdə qaraciyər və serumda gepatit viral genomunun müəyyənləşdirməsi ilə görülür.

Səhiyyə işçiləri,diyaliz xəstələri,orqan və qan köçürülməsi tətbiq olunanlar,kassada işləyənlər,xəzinədarlar,toplu halda olan yerlərdə (məktəblər,əsgər yataqxanaları,yaşlı evləri,vs) yaşayanlar, maddə bağlılığı olanlar, homoseksuallar çox tez-tez cinsi partnyor dəyişdirənlər və ailəsində Gepatit B daşıyıcısı olanlar risk qrupuna daxildir.

Virus orqanizmə daxil olmamışsa qorunması mümkün bir xəstəlikdir.Ən təsirli yolu peyvənd vurdurmaqdır.

Tətbiq olunacaq vaksin cədvəli,toplam üç doza müəyyən zamanlara bölünərək həyata keçirilməsi ilə olur.

Ayrıca,gigiyena qaydalarına diqqət etmek, bərbərlərdə istifadə edilən alətlərin sterilləşdirilmiş olmasına diqqət etrmek,diş müalicələrində lazımi tədbiri almaq,qan alma və vermədə, qanın virussuz olduğuna əmin olmak,cinsi münasibətlərdə prezervativdən (condom) istifadə etmək, səyahətlərdə immoglobin etdirmək,kağız pullara toxunduqdan sonra əlləri yumaq vacibdir.

Recent Posts
Showing 8 comments
  • Anonim

    salam doktor.doktor vaxtasiri muayine ve mualice olunsa sagala biler.yoxsa sirroz olacaq.boyrek kistasi var yoldasimda.tezelikce emele gelib.dopler muayinedegorundu.noqte boyda.hekim dediki tehlukeli deyil.birde hekim exogenlik ne demektir.

  • Anonim

    salam doktor.menim yoldasim hepatit c dir.2il bundan qabaq tutulub.ele o vaxtdan da mualice eletdirir.6ay iterferon inyeksiyasi eletdirib.analizler verdi 6ay erzinde virus teyin olunmadi.biraz ara verdi.amma hekim ona yene de elave mualiceler yazirdi. sonra analiz verdi virus yuku yene artmisdi. 3aydi ki yene vurdurur. bu yaxinlarda yene analiz verdi virus teyin olunmur. hekim dedi ki 1ay da vurdursan besdi. amma her ay muayineye gelmelisen.interferonla beraber yene de elave ringer ,novalex,absolut,kimi preparatlar da yazir.hekim goresen yene virusun yuku qalxacaq.evvelceden teskkurler.sag olun.

    • Fuad Nəzərov

      Salam. Siz düzgün edirsiniz. Vaxtaşırı analizlər verilməsi mütləqdir və bu belə də davam etməlidir. Sağ olun

  • Nurane

    men hepatit c ancaq virus yoxdur aleme kece bilermi usagmi keseriya yla dunya gelib usagada kece bilermi

  • serxan

    Men hepatit b ucun harda vaksin vurdura bilerem

    • Fuad Nəzərov

      Salam. Siz hepatit xəstəliyini hər hansı bir klinikada istədiyiniz vaxt yoxladıb və məsləhətlər ala bilərsiniz. Sağ olun.

Leave a Comment

Start typing and press Enter to search