Göbək Yırtığı

 In Göbək Yırtığı - Cərrahi Əməliyyat

 

Göbək yırtığı nədir?

Göbək yırtıqları göbək çuxuru içindən və ya dərhal yaxınından çıxır və bir fındıq böyüklüyündən – portağal böyüklüyünə qədər müxtəlif ölçülərdə ola bilər. Göbək yırtıqları qadınlarda daha tez-tez görülür və ən tez hamiləlik əsnasında xəstə tərəfindən hiss edilir. Normalda içəri doğru olması lazım olan göbək çuxuru , çölə doğru cıxır. Hamiləlik bitimində bəzi qadınlarda göbək yırtığı itə bilər. Hamiləliyin sonlanmasına baxmayaraq yırtıq davam edirsə , müalicəsi lazımdır.

Doğumdan əvvəl ana ilə uşaq arasındakı bağı meydana gətirən və uşağın böyüməsi üçün ehtiyaclarını təmin edən damarlar göbək halqasının içindən keçir. Doğumla birlikdə bu damarlar bağlanır. Hələ tam bitişməmiş olan göbək halqasının içində yaranan boşluqdan qarın içi orqanlarının girib çıxmasıyla göbəkdə əmələ gələn şişə göbək yırtığı deyilir. Bu səbəblə umbilikal herniler ( göbək yırtığı ) anadangəlmə mənşəlidir. Bu yırtıqların çoxu zamanla özbaşına bağlanır. Bu səbəblə uşaqlarda göbək yırtıqları 4 yaşına qədər ( yırtıq boğulması , bağırsaq tıxanması kimi vəziyyətlərə səbəb olmaz isə ) izlənir.

Ancaq yetkinlərdə göbək yırtığı meydana gəldiyi zaman özbaşına bağlanma olmayacağına görə cərrahi əməliyyata ehtiyac  duyulur. Göbək yırtıqlarını əməliyyatla düzəltmək sadə və etibarlı bir yoldur. Yırtıq defektinin kənarlarının birbaşa olaraq yaxınlaştırılması ilə ( Laparoskopik üsul ya gobek-fitigida açıq üsul ilə ) əməliyyat edilir və təkrarlama riski aşağıdır. Qarın cidarının çox zəif olduğu hallarda yenidən bərpa edilməsi üçün greft  adlandırılan materialdan istifadə edilə bilər.

Digər yırtıq növlərində olduğu kimi qarın içi təzyiqi artıran bütün hallar ( xroniki öskürək , hamiləlik , qəbizlik , ağır yük qaldırma ) göbək yırtığı meydana gəlməsi səbəbləri arasındadır. Göbək yırtıqları bütün yırtıqların % 8,5 ‘ ini meydana gətirir.

Göbək yırtığını barmağınızla açıq olan göbək halqasını hiss edə bilərsiniz. Ayrıca göbəkdə ağrı , şişlik , həssaslıq , görünüş pozqunluğu kimi fərq faktorları göbək yırtığı olduğunuzu göstərə bilər. Bunun xaricində şişlik birdən böyüməyə başlarsa , yırtıq uzanılan vaxt ya da içəri aşağı doğru əyildiyimiz zaman içəri girmirsə , həssaslıq artırsa , tualetə  gedə bilməmək , bulanma , qusma kimi simptomlar mövcuddursa təcili olaraq həkimə müraciət etməyiniz lazımdır. Bu göbək yırtığının içinə qarın içi orqanlardan biri yada bir neçəsinin girməsi və burada sıxışıb qaldığı mənasını verir və bu zamn  təcili olaraq sıxışan bu orqanların canlılığını itirmədən öncə cərrahi bir əməliyyat tətbiq  edilməlidir.Əks halda ediləcək əməliyyat yalnız göbək yırtığı əməliyyatı olmayacaq , sıxışan orqana da istiqamətli cərrahi əməliyyat tətbiq etmək lazım olacaq.

 Göbək yırtığı niyə olur ?

Göbəkdə yırtığın çıxdığı açıqlıq bölgəsi anadangəlmə bir zəif nöqtədir. Göbək yırtığının çıxdığı yer , körpə ana bətnində , ana ilə arasındakı qan axınını təmin edən kordonun körpə qarın divarına girdiyi yerdir. Doğumdan sonrakı bir neçə gün içində kordon  düşür – göbək bağının düşməsi – formasında adlandırılar. Bu bölgə tamamilə bağlanır; buranın tam bağlanmaması nəticəsində uşaqlarda göbək yırtıqları , bağlandıqdan sonra yetişkinlik dövründə yenidən açılması nəticəsində yetişkinlik göbək yırtığı ortaya çıxır. Bu səbəblə göbək yırtıqları da yenə ” anadangəlmə bir zəif nöqtədən ” çıxan yırtıqlardır.

 Göbək yırtıqlarının müalicəsi nədir?

Göbək yırtıqları da qasıq yırtıqları kimi qarın divarı yırtıqlarındandır və yalnız əməliyyat ilə bağlanır. Bütün qarın divarı yırtıqlarlarını yamaq ilə bağlamaq olar.

Kiçik göbək yırtıqlarının yamağı , birbaşa tikiş ilə əməliyyatı sonradan təkrarlanma nisbəti yüksəkdir. Təcrübələrə əsasən , bütün göbək yırtıqlarının patch ilə əməliyyat edilməsi təkrarlanmanın qarşısını almaq baxımından daha doğrudur.Yamaq ilə əməliyyat edilməyən göbək yırtıqlarının kiçik də olsa , zaman içində yüksək nisbətlərdə təkrarlanma ehtimalı təyin edilmişdir .

Göbək yırtıqları daha çox qarın içi təzyiqin çox artdığı hamiləlik və ya həddindən artıq kökəlmək kimi dövrlərdə olur. Hamiləlik əsnasında ortaya çıxan göbək yırtıqları üçün , bəzən qeysəriyə əsnasında yırtığın tikiş ilə əməliyyat edilməsi yoxlanılır.

Göbək yırtıqları açıq və qapalı üsulla əməliyyat edilə bilər. Açıq üsulla standart yamaqlardan istifadə edilərkən, bağlı üsulda mütləq kompozit yamaqdan istifadə edilir.Göbək yırtığının diametri böyüdükcə bağlı üsulun üstünlüyü daha diqqətə çarpan olaraq ortaya çıxır : böyük göbək yırtıqlarında bağlı üsul xəstə üçün daha asan və konforludur .

Açıq və ya qapalı əməliyyatdan sonra eyni gün və ya ertəsi gün xəstənin evinə getmə şansı vardır. Göbək yırıtıqlarında patch ilə əməliyyat edildiyi zaman təkrarlanma ehtimalı yox deyiləcək qədər azdır. Ancaq buna qarşılıq yaxşı əməliyyat edilməmiş, yamaq istifadə edilməmiş və bir dəfə təkrarlanan göbək yırtığının əməliyyatı çətinləşməyə başlayır.Təkrarlanan göbək yırtıqları hər zaman quruluşuqca olan göbək yırtığından daha böyük olur.

 

Göbək yırtıqları müalicə edilməzsə riski nədir?

Göbək yırtıqları böyüdüyündə , artan nisbətdə yırtıq boğulması riski daşıyır. Digər yırtıqlara görə göbək yırtıqlarının boğulma riski daha çoxdur.Bu səbəblə kiçik belə olsa göbək yırtıqlarının əməliyyat edilməsi daha doğru seçimdir.Daha əvvəllər , uzandıqda və ya əllə içəri doğru sıxdıqda itən yırtıq , artıq içəri girmir . Təcili bir vəziyyət olan yırtıq boğulması ağrı və bölgədə qızartı da əmələ gətirir. Təcili vəziyyətlərdə kafi sağlamlıq xidməti tapmaqda çətinlik çəkəcəyinizi düşünürsünüzsə , ən qısa müddətdə göbək yırtığından xilas olmalısınız .

 

Recent Posts
Showing 35 comments
  • Naile756

    Salam həkim məndə qoz boyda qrija var. Qarnıma ağrı vermir heç bir ağrı olmur. Lakin 1 aydır bud tərəfimdən aşağıya doğru dartınma hiss edirəm ən çox da axşamlar olur mütləq əməliyyat olunmalıdır yoxsa müalicəsi var? Çox sağ olun.

  • Zuzu_h.offa

    Salam. Mende anadan gelme gobek yirtigi var. Dogularken gobek qisa kesilib.Cirk edir bezense su gelir. Cox vaxt gobekde agrilar olur. Men ne etmeliyem? Emeliyyat mutleqdir?

  • Fuad Nəzərov

    Salam. Ola bilrəsiniz ancaq dəqiq kliniki yoxladıqdan sonra deyə bilərəm. Sağ olun

  • Ruxsare

    hamile vaxti gobek yirtiginnan emeliyyat olmaq olar? Men de 2 ayliqdi, gobek yirtiginnan emeliyyat ola bilerem?

  • Aynure

    Yeniden ana olmag isteyirem,hamilelikde problem olmadiki?

  • Aynure

    Salam,hekim men dunen agir demirler qaldirmisam,bu gun gobeyimde cox az goyneme var ve gobeyimin icinde 1/4 findig boyukluyunde et gorsenir, bu yirtigdi?lecekle sixib baglamisam gobeyimi. Mualice ve pehrizle kecib geder, yoxsa mutleq emeliyyat olunmaliyam? Xais eliyirem tez cavablandirasiniz, Tesekkurler.

    • Fuad Nəzərov

      Salam. Sizdə Omfalit və ya Göbək yırtığı olduğunu güman edirəm. Differensiyasiya üçün kliniki baxış vacibdir. Sağ olun

  • huru

    Salam hekim mende gobek yirtiqim var. Neceye olar.

  • Fuad Nəzərov

    Salam. Göbək yırtıqlarında şişkinlik aparıcı simptomlardan biridir. Tək ağrı olması isə davam edirsə həkimin rəyi qaçınılmazdır. Sağ olun

  • Şahlar

    Salam hekim bir hehtedir göbəyim ağrıyır. Siskinlik yoxdur. Səbəbi göbək yirtigi olar? Çox sağolun.

  • Fuad Nəzərov

    Salam. Siz düzgün təsvir etdiniz. Göbək yırtığı olan xəstə əməliyyat olunmalıdır. Sağ olun

  • Aslan

    Salam Hekim,gobekde yirtiq olduqda qarin nahiyesinde de wiwkinlik ola bilermi? Yani kenardan baxanda kok olmayan insanda kok qarni varmiw kimi gorsenir ve onu da elave evim ki,qarin nahiyesin de 24 saat gerginlik var,ele bil daxilde war var.
    Evvelceden tewekkur edirem.

  • Elnur

    Salam , Gobekde Yirtiq olarsa Hamilelik Davam ede bilermi?

    • Fuad Nəzərov

      Salam.Əgər göbək yırtığına həkim nəzarət edirsə hamiləlik davam edə biər. Sağ olun.

  • vüsale

    Hekim usaqin yasi 2 yas10ayliqdi

  • vüsale

    Salam hekim Menim oglu göbeyi agriyrdi dediler qirijasi var hekme apardim hekim dedi ele bisey yoxdu zeyif usaqdi qebzlikden gobegne guc dusu derman yazdi kecdi gedi sonra 3 ay kecenden sonra usaqi qsrnindan pirusdub tutdu ne yiyirdi qaytarirdi qarin basdugnda mede altinda qan laxtalanib tamaqrafi kecib diyaqnozu qoydular emelyay oldu 2014 aprelde emelyat ugurla kecdi 5 aydi usaqin gobeyi cixib oynayanda qisqranda aglayanda gobegi cixir usaqi incidir hekme apariram deyir qarnini yayliqla bagla kececek gobegnde goyermeler olur emelyet gobeynin etrafindan olub yuxardan asaqi men indi qorxram emelyatdan olar yoxsa gobek yirtqdi ne edim

    • Fuad Nəzərov

      Salam. Siz dediyiniz vəziyyətə həkim kimi qiymət vermək üçün mütləq xəstəni müayinə etmək lazımdır.Sağ olun.

  • Fuad Nəzərov

    Salam. Göbək yırtığı olan insan mütləq əməliyyat yolu ilə ondan azad olmalıdır. Sağ olun.

  • Nanə

    Salam.həkim məndə göbək yırtiğı 35 millidir bunun mənə nə kimi zərəri var.Məndə bağarsağın fəaliiyəti zəifdir .bilmək istəyirəm bu onunla əlaqəsi varmı. Sağ olun.

  • Gunel

    Doktor sizinle nece goruse bilerem?

  • Gunel

    Salam aleykum hekim Bagislayin narahat ediremse Sizden bir soz sorusum Gobek yirtigi emeliyati neceye basa gelir bilmek olar? Cox sagolun

    • Fuad Nəzərov

      Salam. Göbək yırtığının qiyməti bir neçə amillərdən asılıdır. Onun üçün həkim xəstənin vəziyyətini qiymətləndirməlidir. Sağ olun.

  • Elnare

    Salam hekim.Gobek yirtigi ola ola hamile qalmaq olar?

    • Fuad Nəzərov

      Salam. Göbek yırtığı ilə hamilə qalmaq olar. Ancaq ən əsası birinci trimestrdə həkim cərrah nəzarəti vacibdir. Sağ olun.

  • Fuad Nəzərov

    Salam. Olar fərqi yoxdur əgər əməliyyat uğurla sona çatıbdırsa demək ki hər şey qaydasındadır. Sağ olun.

  • gunel memmedova

    bagisdiyin 2 gun yox 20 gundu emeliyyat olub

  • gunel memmedova

    usagimda gobek yirtigi var.dunen gece gobeyinde siskinlik oldu usaga narahatciliq verdi.gece hekime apardiq dedi ki bogulmadi.2 gunduki qasiq yirtigindan emeliyyat olub.2 yasi var.sualim hekimedi.1 ayda 2 defe emeliyyat ola biler.zeif usaqdi

    • Fuad Nəzərov

      Salam. Əgər əməliyyat uğurla sona çatıbdırsa demək ki hər şey qaydasındadır. Sağ olun.

  • İmran

    Məndə fındıq boyda göbək yırtığı var. Əməliyyat (yamaqla) haqqı nə qədərdir və hara müraciət etməliyəm

    • Fuad Nəzərov

      Salam. Siz 050 226 50 50 tel. nömrəsinə zəng etsəniz Siz bütün şəxsi suallarınıza tam və hərtərəfli cavab ala bilərsiniz.Sağ olun.

Leave a Comment

Start typing and press Enter to search