Hamiləlik Zamanı Əllərdə Uyuşma

Müəllif
Bölmə Hamiləlik

bilekHamiləlikdə Əllərdə Uyuşma, Tikanlaşma, Hissiyatsızlıq, Halsızlıq

Hamiləlikdə zaman zaman əllərdə uyuşma, tikanlaşma, yanma, ağrı, sızlama hissləri ola bilər, hətta daha da irəli dərəcədə olsa zəiflik, hissiyatsızlıq kimi şikayətlər də ola bilər. Xəstə xüsusilə baş barmaq və üzük barmağı arasında barmaqlarda bu şikayətlərin olduğunu ifadə edər, bir əşyanı tutarkən çətinlik çəkdiyini hətta əlindən saldığını söyləyər. Bu şikayətlər Karpal Tenül Sindromu deyilən əl biləyində sinir sıxılması halına bağlı inkişaf edir. Karpal tunel sindromu yalnız hamilə qadınlarda olmaz, hamıda yarana bilər xüsusilə əlini və əl biləyini davamlı təkrarlayan hərəkətlərlə işlədən insanlarda (davamlı kompüter istifadə etmək kimi) görülür. Hamiləlikdə xüsusilə 5-ci aydan sonra olur bu ağrılarr çünki bu aylardan sonra bədəndə kilo artması, su tutulması, şişlik artır. Hamilə xanımların təxminən %20-də karpan tunel sindromuna rast gəlinir. Doğumdan sonra şikayətlərin çoxu keçər.

Karpal tunel sindromu əl biləyindən keçən median sinirin sıxılmasına bağlı inkişaf edən əllərdə uyuşma, tikan batması, halsızlıq kimi şikayətlərlə xarakterizə bir haldır. Median sinirin əl topuğundan keçdiyi tunelə bənzər formaya karpal tunel deyilir. Hamiləlikdə orqanizmdə su tutulması və çəkinin artması ilə bu sinir sıxışa bilər. Median sinir baş barmaq, şəhadət barmağı və orta barmağın tamamında və üzük barmağının yarısında hiss etmə duyğusunu təmin edir. Həmçinin baş barmağın autizm funksiyanı təmin edən əzələni də median sinir bəsləyir. Bu səbəblə median sinir sıxışdığı zaman bu barmaqlarda duyğu itkisi olur, baş barmaqda gücsüzlük olur. Əlin digər barmaqlarına təsir etməz çünki onları başqa sinirlər bəsləyir.

MüalicəsiID-100114287

Diaqnostika və müalicəsi ortopediya mütəxəssisləri tərəfindən tətbiq edilir. Müalicədə əl qolunu düz vəziyyətdə saxlamaq üçün bint, otell kimi tədbirlər görülür. Bəzən əl biləyinə steroid dərmanlar injeksiya edilir. Bu üsullarla yaxşılaşma olmazsa ciddi hallarda əl biləyinə tətbiq edilən kiçik bir cərrahi əməliyyat ilə sinir sıxılmadan xilas edilir.

Hamiləlikdə karpal tunel sindromundan uzaq olmaq üçün orqanizmdə su toplanmasını azaltmaq və duz istehlakını azaltmaq lazımdır. Həddindən artıq kilo artımından qaçınmaq lazımdır. Əl biləyinə daim işlədən bir iş görülürsə arada istirahət etdirmək lazımdır. Əllərin üzərində yatmaqdan qaçınmaq lazımdır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN