Hamiləlik Zamanı Epilepsiya

Müəllif
Bölmə Epilepsiya və Hamiləlik, Hamiləlik

Nədir?

Bədənimizi idarə edən mərkəz beyindir. Bütün fəaliyyətləri beynimiz sayəsində həyata keçiririk. Beləliklə, beyindəki hüceyrələr arasında elektrik bağlantısı vardır. Mərkəzi sinir sistemi hüceyrələrinin gözlənilməz,anidən elektrik boşalması nəticəsi epilepsiya ortaya çıxır. Bir neçə dəqiqə davam edir və sonra keçir. Bu vəziyyət bir dəfədən çox meydana gələrsə, buna epilepsiya xəstəliyi deyilir.Bəzi xəstəliklər var ki bu xəstəlikləri olan insanaların bütün həyatına mənfi təsir göstərir. Yalnız özünə deyil, həyat yoldaşı və ailə üzvlərinə də mənfi təsir edir.

Cinsi münasibətdə olmaq bu xəstələrin ağlında həmişə bir sual işarəsi olaraq qalmaqdadır.

Ya da hamilə qalmaq doğrudurmu, hamilə olanda körpəyə bir zərəri varmı kimi bir çox sual yaranır.

Şəkər xəstəliyi (diabet), epilepsiya (sara xəstəliyi) kimi bir çox xəstəlik nəzarət altına alınmadığı zaman cinsi həyata bəzi mənfi cəhətlər gətirə bilər.

Epilepsiya

epilepsiya x

Epilepsiya Xəstəliyi

Epilepsiya xəstəliyi ümumiyyətlə uşaqlıq çağı xəstəliyidir. Epilepsiya xəstəliyinin müalicəsi adətən yetkinlik yaşından sonra tamamilə uğurla nəticələnir.

Müqavimətli epileptiklər də beyindəki zədəyə bağlı olaraq yaranan epileptiklər də xüsusilə gənc qızlarda uzun müddət dərman istifadə edilməsi lazım gələ bilər.

Epilepsiya və Hamiləlik

Epilepsiya xəstəsi gənc qızların hamilə qalmasında bir təhlükə varmı?

Hamiləlikdə epilepsiya xəstəliyi necə hal alır?

Doğuşda uşaqda bir qüsur olarmı olmazmı?

Bu problemlər gənc qızları, valideynləri və həyat yoldaşlarını maraqlandıran hallardır.

Epilepsiya xəstəsi olan gənc qızlar hamilə qala bilərlər.

Epileptik xəstələr hamiləlik müddətində mütləq həkimlərinin məsləhət gördüyü dərmanları istifadə etmələri lazımdır.

Bu dərmanları istifadə etdikləri təqdirdə və nəzarətlərini təmin etdikləri zaman hər hansı bir problem olmadan rahatlıqla hamilə qala bilərlər və övlad dünyaya gətirə bilərlər.

Epileptik xəstələr mütləq xəstəliyini yoldaşına bildirməlidir. Və hamilə qaldığı müddət ərzində həkim nəzarətində, həkimin seçəcəyi xəstənin özünə və uşağına zərər verməyəcək yada ən az zərər verəcək ehtimalı olan dərmanlarla hamiləliyin davam etdirilməsi lazımdır.

Əks təqdirdə yarana biləcək problemlər və uşaqda meydana gələn qüsurlar ömür boyu xəstənin özünə, həyat yoldaşına və uşağına təsir göstərir.

SON MƏQALƏLƏR
2 şərh
  • Nigar

    Doktor Salam.Hamilelik zamani olan epilepsiya xesteliyine qarsi istifade olunan dermanlarin usaga bir ziyani varmi? evvelceden tesekkur edirem.

    • Fuad Nəzərov

      Salam. Epilepsiya xəstəliyinə görə istənilən preparatlar dölə təsir edir, ancaq onların mənfi təsirini azaltmaq üçün siz qinekoloqla yanaşı nevropatoloqla da məsləhətləşməlisiniz. Sağ olun

ŞƏRH YAZIN