Hamiləlik Zamanı Korset Taxılması

 In Hamiləlik

Hamiləlikdə Korset (Bandaj) Taxmaq Olar?

Korset istifadəsi estetik görünüş baxımından daha çox istifadə edilən üsullardan biridir. Hazırda inkişaf etdirilən hamilə xanımlar üçün xüsusi olaraq istehsal edilmiş korsetlər mövcuddur. Ən təbii halı ilə yaşanması lazım olan bir proses olan hamiləlik mərhələsində, incə görünmək və ya estetik olmaq qayğısı ilə bu cür məhsulların istifadə edilməsi qətiyyən tövsiyə edilmir. Korset istifadəsi incə görünmək məqsədilə olduqda, hamiləlik üçün son dərəcə zərərli olan və həm uşaq, həm də ana üçün mənfi və təhlükəli nəticələr verə biləcək bir vəziyyətə çevkorse bandajrilə bilər.

Mütəxəssislərin hamiləlikdə tövsiyə etmədiyi korset istifadəsi, hamilələr üçün xüsusi olaraq istehsal edilən pambıq parçadan düzəldilmiş, qarın bölgəsini dəstəkləyici qalınlığa malik korsetləri əhatə etmir. Bu cür hamiləlik korsetləri ananın qarnını daha rahat hərəkət etdirməsi,ayaqlar və digər bölgələrdə baş verə biləcək sınıqların qarşısının alınması məqsədilə istifadə edilməlidir. Bu korsetləri seçərkən, bədən ölçülərinə tam uyğun gəlməsi hər hansı bir şəkildə sıxmamasına diqqət edilməsi lazım olan ən əhəmiyyətli məsələdir.

Hamiləlik zamanı korset (bandaj) mütləq həkim tərəfindən təyin olunmalıdır.Çünki, bəzi hallarda uşağın uşaqlıqda düzgün yerləşməməsi, mədə-bağırsaq sistemi pozulmaları, allergik reaksiyalar, böyrək xəstəlikləri zamanı korsetin taxılması hamilə qadına mənfi təsir göstərə bilər.

Korsetin gecə yatmazdan əvvəl və gündüz saatlarında uzandıqda çıxarılması ilə birlikdə hər 3-4 saatdan bir çıxarılmalı və təxminən 40 dəqiqədən sonra taxılmalıdır.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search