Hamiləlik Zamanı Varikoz

Müəllif
Bölmə Hamiləlik, Varikoz-Damar Genişlənməsi

Hamiləlikdə varikoz nədir?

Varikoz dərində olmayan venaların xəstəliyidir. Həm estetik, həm də sağlamlıq baxımından əhəmiyyətli bir haldır. Xüsusilə ayaqlarda dərində olmayan venaların nizamsız bir şəkildə uzanması, genişlənməsi və qıvrımlar yaratması halı varikoz adlanır. Varikoz sözü Latınca Varix (qıvrımlaşmış damar) sözündən gəlir. Bədənimizdə qanı ürəyə aparan venaların bunu içlərindəki balaca qapaqlar vasitəsilə həyata keçirirlər. Qapaqlar tək istiqamətli çalışaraq qanı yuxarı, qəlbə doğru itələyir. Varikoz bu qapaqların yaxşı işləmədiyi hallarda ortaya çıxır. Qapaqların yaxşı işləməməsi genetik olaraq zəif olmasından qaynaqlandığı kimi uzun müddət ayaqda qalaraq işləmək məcburiyyətində olunan peşə qruplarında da çox görülür. Hamiləlikdən əvvəl varikoz var ola bilər, hamiləlikdə tədbir görülməsə daha da böyüyəcəkdir. Və ya əvvəlcədən gözlə görünən bir varikoz yox ikən hamiləliyin təsiri ilə görülə bilən halda olacaqdır. Hamiləlikdə xüsusilə vücudda dövr edən qan miqdarının artması, hormonların təsiri ilə damarların dah da zəifləməsi və eyni zamanda qarında olan böyümə və çəki artımı ilə ayaqlarda olan təzyiqin artması da təbii olaraq varikozun əmələ gəlməsini sürətləndirir.

Hamiləlikdə varikozun yaranmasına nə səbəb olur?

Hamiləlikdə görünən varikozhamilelikde varikozar xüsusilə genetik olaraq venaların içindəki qapaqlarının quruluşuq pozğunluğu, daim ayaqda qalaraq işləmək məcburiyyətində olan peşə gruplarında,hamiləlikdən əvvəl də olan varikozlar hamiləlikdə daha da irəliləyir. Hamiləliyin özü təkbaşına da varikoz əmələ gəlməsinə səbəb ola bilər. Xüsusən uşağın bədənin altında qalan damarlara verdiyi təzyiq varikozun yaranmasına amildir. Bu təzyiq təsiri artıq çəki olan bölgələrdə və çox hamilələrdə daha da çox olur. İkinci amil: Hamiləlikdə artan hormonların bütün bədənin əzələlərində olduğu kimi toplar damarların divarlarındakı əzələlərdə də zəifləmənin təsir etməsidir. Beləliklə, damarlar içində qan yığılması ilə asanlıqla genişlənərək varikoz damarlar halını alırlar. Yenə hamiləlikdə orqanizmdə dövr edən qan miqdarının həcm olaraq artması da varikozun əmələ gəlməsini asanlaşdıran bir amildir.

Hamiləlikdə varikoz müalicəsi necə aparılır?

Hamiləlikdə yaranan varikozların müalicəsində dərman və cərrahi metodlar körpəyə edəcəyi yan təsirə görə ağırlaşma olmadıqca tətbiq edilməz. Bundan başqa, hamiləlikdə yaranan varikozların çoxu hamiləlik bitdiyinə görə uşağın etdiyi təyziq ortadan qalxdığı zaman itirlər. Bu səbəblə daha çox irəliləməsinin qarşısını almaq üçün tədbirlər görmək daha önəmlidir. Xüsusilə ayaq əzələlərinin işlədvarikoz carapən məşqlər, gəzinti, tez tez ayaqları hərəkət etdirmək, dincələrkən ayaqları ürək səviyyəsindən yuxarıda tutmaq, varikoz corabından istifadə etmək varikozların verdiyi ağrı, dolğunluq kimi əlamətləri azaldarkən irəliləməsinə də mane olurlar. Doğumdan 2 ay sonra belə itməyən varikozlarda, doğum sonrası varikoz şikayətləri davam edən varikozlarda,kozmetik problem yaradan varikozlarda, doğuşdan dərhal sonra 3-cü aydan etibarən müalicəyə başlamaq məsləhətlidir.

Hamiləlikdə varikozdan necə qorunmaq olar?

Hamiləlikdə varikoz corabları olduqca faydalıdır.Varikozun qarşısını almaq üçün uzun müddət ayaqüstə hərəkətsiz dayanmamaq, arada yürüş edərək ayaq əzələlərini işlətmək uzanaraq ayaqları yüksəkdə tutaraq dincəlmək və damarların boşalmasını təmin etmək faydalı olar. Çox dar paltarlar, corabın topuqdan yuxarısını sıxan corablardan istifadə edilməməlidir. Artıq çəkinin qarşısının alınması, Sauna, günəş vannası, hamam kimi hədsiz isti mühitlərdə olunmamalıdırş.Ayaq ayaq üstünə atmaq kimi qan dövranına mane olacaq hərəkətlər edilməməlidir. Varikoz corabıdan istifadə olunması da diqqət ediləcək tədbirlər kimi sayıla bilər.

Xarici genital bölgədəki varikoz doğuşa mənfi təsir edə bilərmi?

Perina və uşaqlıq yolu, labialarda, xarici genital bölgədə də varikoz yarana bilər. Bunlar kosmetik problemlərdən başqa, ağrı və dolğunluq yaxınmalarına səbəb olurlar. Bu bölgədəki varikozlar doğumda travma ilə qanmaya səbəb ola bilər ancaq əksəriyyətlə normal doğum etməyə mane olmazlar. Doğuş zamanı körpənin başı çıxmadan əvvəl lazımdırsa varikozların olmadığı bölgədən epizyotomiya (tikişli doğum) açılaraq başın rahat çıxması və damarların qorunması ola bilər.

SON MƏQALƏLƏR
18 şərh
  • cemile

    Salam Həkim..ilk hamilelikdi.7 ayimdi..dizdən asagi ve dizden yuxari kiçik damarlarım cixib..lap əvvəldən qicda agrilarim olurdu.indi biraz yol gedən kimi ağrıyır..damarin çox cixmasindan qorxuram..qarsisini neçə alim? Xahiş cavablandirin

  • Inci

    Salam hekim .cavabinizi gozduyurem.birdeki zehmet olmasa cavabda adimi yazinki bilim menim sualima cav yazmisiz.cox xahis edirem.

    • Fuad Nəzərov

      Salam İnci xm. Siz başqa şərhdə öz adınızı yazmadığınızdan mən sizin adınızı yaza bilmədim. Sağ olun

  • Inci

    Salam.menim bir ayagimda ikinci usaqda ikinci usaqda varikoz yarandi.bir az yorulan kimi agri verir.iki il olub artiq.tanidigim yaxsi bir hekimde yoxdurki mezlehet versin.duzgun mualice ucun .ne etmek olar.zehmet olmasa yazardizda

  • saida

    salam men bes ayliq hamileyem mende qirmizi tor seklinde az da olsa yaranmaga baslayib qarsisini almaq ucun varikoz corablarindan almaq isteyirem sadece bilmek isteyirem ki hansini meslehet gorerdiniz (baldira kimi olani yoxsa butov kalqotka kimi olani?) yay feslinde geymekucun kapron formasinda naziklerin hec bir faydasi yoxdur deye meslehet gorduler bu ne derecede dogrudur?

    • Fuad Nəzərov

      Salam. Aşağı ətrafların Varikoz xəstəliyi zamanı xüsusi corablar müvafiq ölçüdə olur. Həmin corabların istifadə qaydası ilə öncə tanış olmaq məsləhətdir. Sağ olun

  • ruslan

    menim bacimda 2ci hamilelikde valikoz yaranib solda ve 3cu uwaga 5ayliq hamiledi indi sag ayaginda yarnaib abort ya dohuw yad akeyseriye hansi olacaq? cox xaiw edirik cavab yazin, cixilmaz veziyetdeyik

    • Fuad Nəzərov

      Salam. Bu vəziyyət heç də çıxınılmaz vəziyyət deyil. Onun üçün qinekoloqa müraciət edin və birlikdə bu problem çözülməlidir. Sağ olun

  • ayka

    Salam. Menim 5ayliq hamileyem ayagimda varikoz emele gelib. Hemde genital varikoz var. Dogus keyseriyye ola biler? Ikinci hamileliyimdi birinci usaqda yox idi teze emele gelib.normal dogus idi. Sagolun.

    • Fuad Nəzərov

      Salam. Kesariyye əməliyyatına göstəriş qinekoloq verir. Sizdə olan aşağı ətrafda patologiya mütləq nəzərə alınmalıdır. Sağ olun

  • Elminada

    Salam varikoz 9cu ayda hamileyem bu halda menumcun hansi doguw meslehetlidi.yeni keseriyye olsa daha yaxwidi deyirler zehmet olmazsa cavablandirardiz.cawqin veziyetdeyem.damarlar uzdedi

    • Fuad Nəzərov

      Salam. Ayaqlarda varikoz xəstəliyi olan hamilələrdə doğuş prossesi bir az fərqlidir. Onu mütləq siz doğuşdan əvvəl həkim qinekoloqla məsləhətləşməlisiniz. Sağ olun

  • Anonim

    Dizden yuxaroda damarlar genislenibse ne etmeli

    • Fuad Nəzərov

      Salam. Siz birinci növbədə aşağı ətrafların USM (Doppler) müayinəsini etdirin. Sonra qan təhlili olunmalıdır və kliniki yoxlamadan sonra tibbi göstəriş vermək olar. Sağ olun.

    • konul

      Salam mende ıkıncı hamılelıkden sonra varıkoz damarlar dahada artır. Men cerrahıyye emelıyyatı olmadan hansı yolla mualıce ede bılerem. Cox xahıw edırem cavab yazın agrılarım cox olur ayagda.

ŞƏRH YAZIN