Hamiləlikdə Bel Ağrısı və Qorunma Yolları

Müəllif
Bölmə Hamiləlik

Hamiləlik, bir sıra problemlər ilə birlikdə qadın üçün fərqli bir mərhələdir. Qadının psixoloji və ya bədən sağlamlığına da təsir edir. Daha əhəmiyyətlisi, təxminən doqquz ay on gün davam edən hamiləlik dövrü, bütün yaşanılan problemlərin və çəkilən əziyyətlərin unudulduğu doğum prosesi ilə yekunlaşır.

Doğuş ağrılarının ya da doğuş zamanı baş verənlərin, ana körpəni qucağına aldığı anda bir mənası qalmır. Buna görə hamiləlikdə yaşanan narahatlıqlar, çox vaxt ana tərəfindən səbrlə qarşılanır.

Hamiləlikdə Bel Ağrısı Nəyə Görə Olur?

belagrisi

Hamiləlikdə Bel Ağrısı

Hamiləlikdə ən çox yaşanan problemlərdən bel ağrıları, xüsusilə son üç ay ərzində artır. Bu vəziyyətin əsas səbəbi, ananın daşıdığı yükün artması,vücud anatomiyasında dəyişikliklərin olmasıdır.Yatağın anotomik olmaması və ana namizədinin yastıqsız yatması, çox yumşaq yastıq istifadəsi da bel ağrılarını artırır.

Hamiləlikdə Bel Ağrılarından Necə Qorunmaq Lazımdır?

Hamiləlikdə bəzən ilıq su ilə duş qəbul etmək, oturarkən bel boşluğuna yastıq qoymaq,çox yumşaq kreslolar və kətildə uzun müddətli oturmamaq, ağır işlər görməmək və davamlı əyilib qalxmamaq hamiləlikdə bel ağrısı problemini daha yüngül keçirməyinizə yol açacaqdır. Oturacaqlar anatomik olmalı, yatağınız çox sərt və ya çox yumşaq olmamalıdır. Bir az yüksək bir yastıqdan istifadə edilməli və bütün ağırlığınızı belinizə salmamaq üçün başınız bir az hündürdə yatmalısınız.

Hamiləlikdə Ayağınız Ağrıyarsa;

Hamiləlikdə bel ağrısına görə qətiyyən ağrı kəsici istifadə etməyin.Narahat edən ağrıları ilıq su ilə bir duş rahatlaşdıracaq. Duşu, hamiləlik çatlarının genişlənməməsi üçün çox isti olaraq qəbul etməmək lazımdır. Bununla birlikdə duşdan sonra belinizi bürüyərək isti tutmaq sizi xeyli rahatlaşdıracaq.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN