Hamiləlikdə Cinsi Əlaqə

 In Hamiləlik, Kişi Sağlamlığı, Qadın Sağlamlığı

Hamiləlikdə, uşaq düşməsi yada erkən doğum, vaginal qanaxma və körpədə inkişaf geriliyinin olması kimi riskli hallar olmadığı zaman cinsi əlaqənin heç bir təhlükəsi yoxdur.

Hamilə olan qadınlar cinsi əlaqə haqqında həkimlə danışmaqdan çəkinirlər. Hamiləlikdə cinsi əlaqə haqqında kifayət qədər məlumata malik olmadıqlarına görə hamiləlik dövründə bəzi problemlər yaşanır. Bu məlumatlara əsaslanaraq ümumiyyətlə, cütlüklər arasında cinsi əlaqənin qadağalanması dövrü başlamış olur. Bu dövr qadınlarda fiziki və ruhi dəyişikliklərin olduğu bir prosesdir. Qadınların cinsi arzuları periodik olaraq artır və azalır. Bu səbəbdən hamilə qadınlar fərqli problemlər yaşamağa başlayır.Yoldaşlarının da dərin düşüncəli olmaması cütlüklər arasında problemlər yaradır. Bu səbəblə hamiləlik prosesində cütlüklər birlikdə bu məsələ haqqında məlumatlandırılmalıdır.

Hamiləliyin ana namizədinin cinsi həyatı üzərində təsiri

Hamiləliyin ilk trimesteri (İlk üç aylıq dövrü)

Hamiləlikdə bu proses ana namizədinin qoxulara qarşı daha həssas olduğu, yuxuya meylli olduğu, mədə bulanması və qusmanın yaşandığı bir dövr olaraq qəbul edilir. Bəzi ana namizədlərində iyrənmə həyat yoldaşının nəfəs və bədən qoxusuna davam gətirməyəcəyi səviyyələrə çıxa hamilelikte-cinsel-iliski-zararli-mibilər. Bu daha çox ilk hamiləliyini keçirən qadınlarda, stress və qayğının yüksək səviyyədə yaşanan bir dövrdür. Ana namizədlərinin cinsi əlaqənin körpəyə və özünə zərər verəcəyi haqqında mənfi fikirlərinin formalaşdığı bir prosesdir. Bu cür fikirlərin yaranması cinsi əlaqə arzusunda azalmağa səbəb olacağına görə ana namizədləri dərhal cinsi əlaqəni ikinci plana atır və həyat yoldaşından uzaqlaşır.

Münasibətdə cinsi xəbərdarlıqlardan başqa ağrıların olması, cinsi bölgənin qanlanmasının artması ilə birlikdə şişlik başlaması cinsi əlaqəni ağrılı hala gətirir. Amma ümumi mənada bu vaxt ana namizədində orqazmın daha çox yaşandığı, genital bölgədə nəmlənmənin daha çox olduğu bir dövrdür. Bu baxımdan baxıldığında ana namizədləri cinsi əlaqəni bu dövrdə daha hiss edərək yaşaya bilər.

Hamiləliyin ikinci trimesteri (3-6 ay arası)

Bu dövrdə ana namizədlərinin bədənlərində yaranan fiziki dəyişikliklərə uyğunlaşma dövrü yaşanır. İlk dövrdə yaranan əlamətlər aradan qalxır, ana namizədləri özlərini daha yaxşı hiss etməyə başlayır. Artıq qadınlar hamiləliyini qəbul etmiş, bunun yaratdığı mənfi təsirlərdən xilas olmağa başlamışlardır. Bədənlərində olan dəyişiklikləri qəbul etmiş və ruhi problemləri aşmağa başlamışlardır. Uşağın hərəkətlərini hiss etməyə başlamış, fiziki şikayətləri azalmağa başlamış və ana namizədi cinsi əlaqəyə qarşı daha çox maraq göstərməyə başlamışdır. Genital bölgədə qanlanma artımının olmasına görə cinsi əlaqədə orqazm daha çox yaşanmağa başlamışdır.

Hamiləliyin son trimesteri (6-9 ay arası)

Hamiləlikdə ikinci dövrlə birlikdə azalan şikayətlər bu dövrdə yenidən ortaya çıxır. Bu təsirlərlə yanaşı ana namizədində yenidən cinsigebelik-pozisyonlari arzu və istək azalır, bu səbəbdən cinsi əlaqə istəyi də ikinci plana atılır. Doğumun yaxınlaşmasına görə ana namizədlərinin yaşadığı qorxu cinsi əlaqə istəyinin iflasa uğramasına səbəb olur. Eyni zamanda uşaqla olan əlaqənin artması, cinsi əlaqədə uşağın zərər görəcəyi fikri ana namizədinin cinsi əlaqədən qaçmasında təsirli olur.Ana bətnin böyüməsi səbəbi ilə cinsi əlaqədə müəyyən mövqelərdə qadının ağrı hiss etməsi cinsi əlaqədə mənfi təsir etməyə başlayır. Buna görə cütlüklər özləri üçün əlverişli olan mövqeləri müəyyən etmələri daha uyğun olar. Bu dövrdə də pelvis bölgəsində qanlanma artdığına görə cinsi əlaqədən duyulan həzz daha çox olur.

Zahılıq Dövrü

Bu dövr qadınlarda doğum səbəbi yorğunluq əlamətlərinin daha çox yaşandığı bir prosesdir. Uşağın doğumu ilə birlikdə yuxusuz günlərin başlanğıcı qadınların yorğunluğunu artırır.

Doğumla birlikdə uşaqlıq yolu mukozasında nazikləşmə, nəmlənmənin azalması, travmaya bağlı uşaqlıq yolunda şişlik və ağrılar olduğu üçün cinsi əlaqədən həzz almama vəziyyəti yaşanır. Qadının yaşadığı ruhsal dəyişikliklər, günahkar olma hissi cinsi xəbərdarlıq müddətinin uzanmasına səbəb olur. Buna görə zahılıq dövründə 4-6 həftə ərzində cinsi əlaqə arzusunda azalma olur. Ancaq özlərini cinsi əlaqəyə hazır hiss edən cütlüklərdə hər şey əvvəlki halına qayıda bilər.

Hamiləlikdə cinsi əlaqənin məhdudlaşdırdığı hallar

Daha əvvəlki hamiləliklərində uşaq düşməsi, ana bətni ağzı çatışmazlığı, erkən doğum kimi hallar yaşamış olan qadınlarda cinsi əlaqə məhdudlaşdırıla bilər.Yaşanan hamiləlikdə erkən doğum riskinin, uşaq düşmə riskinin, suyun tez gəlməsi, vaginal qanın olması, genital bölgədə infeksiya olması kimi amillərin olduğu hallarda cinsi əlaqə məhdudlaşdıra bilər vəya qadağan oluna bilər. Bu müddət həkim tərəfindən müəyyən olunur. Körpədə inkişaf geriliyinin olması və ya fetal distres inkişaf riski olan ana namizədlərinə də cinsi əlaqədə olma məhdudiyyəti gətirilə bilər. Qadınlarda bu cür risklərin olmaması halında və ana namizədinin narahat olmaması vəziyyətində hamiləlik müddətində cinsi əlaqədə olmaq olar.Ata namizədində cinsi əlaqə ilə yoluxan infeksiya olması halında, mütləq müalicədən sonra cinsi əlaqədə olmaq olar.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search