Hamiləlikdə Qəbizlik

 In Hamiləlik

Hamiləlik dövründə yaşanan çətinliklərin başında qəbizlik və həzm problemləri gəlir.Bir çox ana namizədi qəbizlik və şişkinlikdən şikayət edir.Ana namizədlərinin daha rahat və sağlam bir hamiləlik dövrü keçirməsi həll yollarını sizlər üçün paylaşıram .
Qəbizlik,həzm sistemində ən çox rast gəlinən problemlərdən biridir.Hamiləlik dövründə də haradasa normal olduğu söylənən qəbizlik problemini hamilələrin yarısından çoxu yaşayır.Qəbizliyin ilk növbədə hamiləlik dövründə normal bir proses olduğunu qəbul etmək və qarşısını almaq üçün nələr etmək lazım olduğunu öyrənmək lazımdır.

Qəbizlik Nədir?

Defekasiya (nəcis ifraz etmə) tezliyinin azalmasına hətta narahatlıq verəcək dərəcədə nəcis ifraz edə bilməməyə qəbizlik deyilir. Nəcis qatı,sərt,kiçik həcmli olur və bununla yanaşı şişkinlik,gərginlik,rektal dolğunluq və ya nəcisi tam ifraz edə bilmədiyinizi hiss edərsiniz.

Həzm edilməkdə olan qida artıqlarının suyu,yoğun bağırsaqdan keçərkən sorulur.Qida artıqlarınız gedərək qatılaşır,nəcisə çevrilir,bağırsaq düz əzələləri sayəsində düz bağırsağa doğru çəkilir və anusdan bayıra atılır.Bağırsaq hərəkətlərinin yavaşlaması;nəcisin normaldan uzun müddət yoğun bağırsaqda qalmasına,beləcə daha çox su əmilməsinə,buna görə də qida artığının daha da sərtləşməsinə səbəb olur.

Qəbizliyin Əsas Əlamətlərihamilelikte-kabizlik

Bağırsaq hərəkətlərinin yavaşlaması
Suyun daha çox əmilməsi
Fiziki fəaliyyətlərin azlığı
İstifadə edilən dərmanlar
Hamiləlik
Qidalarla qəbul etdiyiniz lif miqdarının az olması
Hormonal,sistemik və nevrolojik bəzi xəstəliklər

Hamiləlikdə Qəbizliyin Səbəbləri

Artan progesteron hormonu düz əzələlərin yavaşlamasına səbəb olur.Mədənizdə boşalma vaxtı artır və bağırsaq hərəkətləri yavaşlayır.
Bu dövrdə bağırsaqdan maye əmilməsi artır.
Dəmir və kalsium həbləri da qəbizlik yaradır.
Böyüyən uerus,bağırsaqlar üzərində təzyiq yaradır və buna bağlı qəbizlik yaşana bilər.

Qəbz Olmamaq Üçün Bunları Edin

Gündə 1,5-2 litr su və ya maye istehlak edin.Maye ehtiyacınız su,şorba,ayran,kompot,bitki/meyvə çayları,meyvə suyu ilə qarşılaya bilərsiniz.
Qəhvə,kola kimi içəcəklər və banan kimi nişastalı qidalar qəbizlik yaradır.Bu növ qidalardan uzaq durun.
Bol lif tərkibli qidalar istehlak edin.Günlük 25-30 qram lifl qəbul etməlisiniz.Lifli;meyvə,tərəvəz,taxıl və quru paxlava,suda həll olunması dəyişən,həzm edilməyən hissələridir.Lif qəbulunu artırmaq üçün;tərəvəz yeməyi,bol yaşıl salat və miqdarına diqqət edərək meyvə (xüsusilə quru qayısı,əncir,ərik) istehlak etmənizdə fayda vardır.

Lif baxımından zəngin olan qara çörək,bulgur,kəpəkli makaron,qara düyü,buğday əzməsi kimi imagestam taxıllı qidalara üstünlük verin.
Gündə bir öyün yeməmək həzm sisteminin çalışma sistemini pozar.Buna görə xüsusilə nahar və səhər yeməyinizi yeməyə diqqət göstərin.
Quru paxlava həm lif həm də yaxşı bir zülal qaynağı olduğundan,qidalanmağınızda mütləq yer verməlisiniz.
Bitki və meyvə çaylarının (ıhlamur,limon,alma,nanə kimi) həzm sistemi üzərində müsbət təsirləri vardır buna görə istehlak etmənizdə fayda vardır.
Qatıq,bağırsaq hərəkətlərinizi və həzm sistemini tənzimləyir və qəbizliyin qarşısını alır.Yeni çıxan qatıqların rəf ömürlərini artırmaq üçün qatığın içindəki faydalı bakteriyalar olduqca azaldılır.Bu da qatığın həzm sisteminə olan faydalı xüsusiyyətini yox edir.Ən yaxşısı evdə öz qatığınızı hazırlayın və hər gün istehlak edin.
Fiziki fəallıq həzm problemlərinin ən önəmli müalicəsidir.Həftədə ən az 3 gün,yarım saat gəzmək ya da üzmək qəbizlik şikayətini azaldır.

Yuxarıda sadaladıqlarımı yerinə gətirdiyiniz halda qəbizlik problemi yaşamağa davam edirsinizsə həkiminizə müraciət edin.Bu vəziyyətdə adətən dərman müalicəsi tətbiq olunur.
Qəbizlik probleminə ciddi yanaşın! Müalicə edilməyən qəbizlik problemi;anal fissur,hemeroid,rektal prolapsus kimi bir sıra həzm sistemi xəstəliklərinə səbəb ola bilər.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search