Hamiləlikdə Saç Kəsdirmək və Boyamaq Doğrudurmu?

Müəllif
Bölmə Hamiləlik

783645_detaySaç Kəsdirmək

Bu sual hamilə qadınların çoxunu yaxından maraqlandırır. Hamiləlik əsnasında saçları kəsmək və rəngləməyin uşağın sağlamlığına zərər verə biləcəyi deyilir. Bəs həqiqətdə vəziyyət necədir? Həqiqətdə hamiləlik dövründə saç kəsdirmək hamiləliyi mənfi təsir göstərməz. Buna görə də hamilə qadın istədiyi saç kesimini seçə bilər. Saç boyasına gəlincə həkimlərin çoxu hamiləliyin ilk 3 ayı ərzində saçlarını rəngləməyi məsləhət görmürlər. Saç boyaların tərkibində olan müxtəlif maddələr orqanizmə zərər verə bilər. Əvvəla, bunlar amonyak, hidrogen peroksidi, rezorsinol kimi maddələrdir. Saç boyası saçlarda 30 dəqiqə və hətta daha çox müddət ərzində qalır. Bu müddət içərisində bu maddələr baş dərisinə təmas edir və kiçik miqdarlarda da olsa hamilə qadının qanı tərəfindən sorulur. İlk 3 ay ərzində plasentanın həyat dəstəkləmə prosesi davam edir və bu müddət içində rüşeym hələ tam müdafiə içində deyil. Ona görə bu və digər zərərli maddələr ana qanından rüşeymin qanuna düşə bilər.Hamiləliyin təxminən 16-cı həftəsində tam bir proses baş verir və bundan sonra qadın saçlarını boyaya bilər. Ancaq bu halda müəyyən qaydalara riayət edilməsi lazımdır: Ammonyak tərkibli boyaları seçim etməyin. Hazırda satışda tərkibində ammonyak olmayan müxtəlif saç boyaları da var (boyanın qutusunun üzərində “amonyak istifadəsiz” yazır).

Saç Boyamaq

Üzvi boyalar, xüsusi köpüklər və şampunlar həddən artıq təsir etməsələr də, orqanizm üçün zərərsizdir. sacboyamak1Ən zərərsiz boyalar isə təbii boyalar olan xına növü boya. Bu təbii boyalar həm də saçların keyfiyyətini artırır, həm də daha sağlam edir. Bildiyimiz kimi, hamiləlik zamanı saçlar nazikləşdirir və tökülür.Gözəllik salonuna səhər saatlarında getməyiniz tövsiyə edilir, çünki bu saatlarda mühitdə olan hava daha təmiz olur. Hamiləlik zamanı qadının immuniteti zəifləyir və bunun nəticəsində allergiyaya meylli olan qadınlarda saç boyası allergik reaksiya verə bilər. Bu səbəbdən saçlarını boyadan əvvəl bir test edin. Axşamdan boyanın kiçik hissəsini qulaq arxasına sürtün və səhər nəticədən sonra istifadə edin. Əgər dəridə qızarma, qaşıntı kimi yan təsirlər olarsa saç boyasını dəyişdirin. Qadında allergiyaya meyillik varsa, hamiləlik zamanı saçlarını rəngləmək tövsiyə edilmir. Hamiləlik zamanı qadının hormonal tarazlığı kəskin bir şəkildə və buna görə də istədiyi rəng tutmağa (daha tünd və ya daha açıq, bərabər olmayan rəng, ləkəli saçlar). Buna görə də əvvəl boyanı saçın kiçik hissəsində test edin. Nəticə sizi qane etsə, bütün saçlarınızı boyaya bilərsiniz.Hamiləlik zamanı ombre kimi müasir üsulları üstünlük verərsiniz. Bu zaman saç boyası dəri ilə təmasda olmur və beləliklə tərkibində olan maddələr ananın qanuna düşmür. Yekun ola haraq hamiləlik zamanı müəyyən qaydalara tabe olmaq şərtilə saçları boyamaq mümkündür.

 

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN