Göbək Bağının Dolanması
Bir çox hamilə qadın həkim nəzarəti zamanı bu dəhşətli cümləni eşidir: “Uşağın boynuna göbək ciyəsi dolanıb”. Hamilə qadınların əksəriyyəti bunu eşidən kimi narahatçılıq keçirdir. Amma əksər halda narahatlıq üçün səbəb yoxdur. Ana bətnində uşaq ağ ciyərlə nəfəs almır, oksigen bədəninə qanla girir. Göbək ciyəsi ana ilə körpəni birləşdirən bağdır. Bu bağ birləşdirici toxumadan və 3 damardan ibarətdir; Damarlardan biri oksigeni və qida maddələrini anadan körpəyə çatdırır, qalan 2-si isə parçalanma maddələrini körpə bədənindən çıxarır. Daha sonra isə bu maddələr ananın bədənindən çıxır.Hamiləliyin əvvəlində rüşeym amnion mayedə sərbəst üzür və bunun nəticəsində qoluna, ayağına, gövdəsinə, boynuna göbək ciyəsi çox asan dolana bilir. Hamiləliyin ərəfəsində rüşeymin boynuna göbək ciyəsi dolanması təhlükəli sayılmır. Bu müddətdə uşağın ölçüləri kiçikdir, kifayət qədər yer var və körpə üzə bildiyinə görə göbək ciyəsi asanlıqla açılır. Ancaq əgər bu vəziyyət hamiləliyin 32-ci həftəsindən sonra müəyyən edilibsə, hamilə qadın mütləq əlavə nəzarətlərdən keçməlidir və daim həkimlərin nəzarətində olmalıdır. Göbək bağının dolanması nəticəsində qan dövranı pozula bilər. Bu isə çox təhlükəli bir haldır.Uşağın boynuna göbək bağının dolanması konkret səbəbləri yoxdur. Amma həkimlərin müşahidələrinə görə, bu patologiya daha tez-tez hallarda uşağın xroniki hipoksiya fonunda inkişaf edir. Xroniki oksigen çatışmamazlığının səbəbləri arasında: Hamilə qadında qan azlığından olması, – Hamilə qadının az hərəkətli həyat tərzi, – Hamilə qadının açıq havada az olması ola bilər.
Göbək bağının həddən artıq uzun olması da bu nəticəyə gətirib çıxara bilər. Bəzən göbək ciyəsi uzunluğu 1 m-ə çata bilir (normalda 70 sm qədərdir). Həkimlərin müşahidələrinə görə, göbək bağının uzun olması, bu patologiya iştirakında olan qadınlarda daha tez-tez rast gəlinir. Amnion mayenin çox olması da dölün boynuna göbək bağı dolanmasına gətirib çıxarır.
Bu vəziyyətin qarşısını almaq üçün:
Qadın hamiləlik zamanı qan azlığının tez təyin olunması üçün müəyyən olunmuş zamanlarda qan analizi verməlidir və qan azlığına görə müalicə olunmalıdır – Tez-tez açıq havada gəzməlidir, – Stressdən uzaq olmalıdır. Həkimlər, hamilə qadınlara qorxu filmlərini və çox duyğusal filmləri, kriminal xəbərləri izləməyi tövsiyə etmirlər. Stress zamanı nəzdində adrenalin hormonu ifrazatı olur və bu uşağın fəallığından xəbərdarlıq edir. Nəticədə çox fəal şəkildə hərəkət edən körpə göbək bağına dolana bilir.