Hamiləlikdə USM

 In Hamiləlik

Hamiləlik Dövründə USM

Hal hazırda ultrasəs hamiləlik müayinələrinin ən mühüm hissəsi olmuşdur.
Hamiləlikdə heç bir problem olmasa da müəyyən vaxtlarda müəyyən fasilələrlə ultrasəs aparılır. Hamiləliyin fərqli aylarında ultrasəslə fərqli dəyərləndirmələr aparılır. Məsələn, hamiləliyin ilk aylarında körpənin çəkisi ölçülməz yalnız ürək atışı və kisə böyüklüyü kimi qiymətləndirmələr aparılır, hamiləliyin 5-ci ayında çəkisi, suyu, plasentanın vəziyyəti, orqanların strukturu kimi daha ətraflı qiymətləndirmələr aparılır, bunlardan başqa da fərqli aylarda fərqli dəyərləndirmələr aparılır.

Ultrasəs qiymətləndirilməsi ilə təxminən %30-35 nisbətində uşaqda anomaliya olsa belə təyin edilməyə bilər.Yəni ultrasəs körpədəki inkişafla bağlı pozuntuların çoxunu müəyyən etsə də hər zaman hamısını müəyyən etməsi imkansızdır.12

Ultrasonografiyanın körpəyə heç bir zərəri yoxdur.Tərkibində radiasiya yoxdur. Tez-tez fasilələrlə edilsə belə uşağa hər hansı bir zərəri yoxdur.

Hamiləlikdə ultrasonografiya hansı məqsədlərlə aparılır?

-Hamiləlikdə ultrasəs aşağıdakı suallara cavab axtarmaq məqsədilə istifadə edilir.
-Hamiləlik varmı? Normal yerində mi? Ana bətni içərisində mi?
-Hamiləlik canlı mı?
-Hamiləlik neçə aylıq? Neçə həftəlik?
-Körpənin boyun qalınlığı normalmı?
-Uşağın təxmini çəkisi nə qədərdir? Həftəsinə görə çəki inkişafı normalmı?
-Uşağın duruşu düzmü?
-Uşaq doğuş yolunu bağlayırmı?
-Körpənin baş diametri ayaq uzunluğu normalmı?
-Uşağın suyu normalmı?
-Körpədə bir anomaliya varmı? 18-20 həftə ətrafında aparılan ətraflı USM ilə uşağın orqanlarında bir inkişaf pozğunluğu varmı araşdırılır.
-Biofizika profil qiymətləndirməsində körpənin hərəkətləri, əzələ tonusu və tənəffüsü qiymətləndirilir.
-Erkən doğuş riski varlığında ana bətni ağzı uzunluğu ölçülə bilər.
– Ana bətni və yumurtalıqlarda myom və ya kista varı?
-Cinsiyyəti nədir?
-Lazımi hallarda isə doppler incələmə (qan axımı) qiymətləndirilir.
-Amniosentez və ya CVS kimi müdaxilələrdə istifadə edilir.

Hamiləlik müddətində 3 və ya 4 ölçülü ultrasəs aparılması davanlı olaraq şərt deyil, bu sadəcə ailə uşağın üzünü, əllərini və s. görmək istəsə faydalıdır, uşağın vəziyyətini araşdırmaqda faydalı deyil. Hamiləlikdə adi olaraq normal 2 ölçülü ultrasəs istifadə edilməsi kifayətdir.

Ultrasəs nə zaman aparılmalıdır?

Hamiləliyin vəziyyətinə və müəyyən risklərə görə dəyişməklə birlikdə əksəriyyətlə ən azından aşağıda qeyd olunan vaxtlarda keçirilir. Lazım gəlsə daha fərqli zamanlarda da əlavə olaraq tətbiq olunur.
-Hamiləliyin ilk aylarında
-11-14 həftə arasınultrasyonda
-18-20 həftə ətrafında ətraflı ultrasonografiya
-32 həftə ətrafında
-38 həftə ətrafında

Ultrasəslə cinsiyyət nə vaxt başa düşülə bilər?

Cinsiyyətin xarici görünüş olaraq 11-ci həftə ətrafında fərqlənməyə başlayır amma ultrasəslə bu qədər erkən müəyyən etmək olmaz. Əksəriyyətlə 15-20 həftələrdə ultrasəslə ayırd etmək olar. Əlbəttə, bunda hər zaman yanılma payı vardır. Həmçinin bəzən uşağın duruşundan asılı olaraq cinsiyyət təyin etmək heç mümkün olmaya bilər.

Recent Posts
Showing 2 comments
  • Fuad Nəzərov

    Salam. USM müayinəsinin dölə və ya zahı qadına zərərli olduğu isbat edilməyib. Sağ olun.

  • Metanet

    Doktor salam.Men 2 ayliq hamileyem hamilelikde bir nece defe USM etdirmeyin ziyani var? evvelceden tesekkur edirem.

Leave a Comment

Start typing and press Enter to search