Hamiləlik Zamanı Əllərdə və Ayaqlarda Şişlik

Müəllif
Bölmə Hamiləlik

Hamiləlik Zamanı Əllərdə, Ayaqlarda Şişlik (Ödem)

Hamiləlikdə tez-tez rast gəlinən şikayətlərdən biri də xüsusilə ayaqlarda və əllərdə görülən şişlərdir. Hamiləliyin ilk aylarında o qədər də rast gəlinmir, hamiləliyin sonuna doğru şişlərin görülməsi bir o qədər də artır. Ən çox ayaqlarda, ayaq topuğunda olur. Əllərdə daha nadir görülür.Şişlik zamanı ayğınızı ayaqqabı barmağınızı isə üzük sıxmağa başlaya bilər. Əllərdəki şişlik çox şiddətli olduqda karpan tunel sindromu (sinir sıxılması) görülə bilər. Əllərdə uyuşma,tikan batması və gücsüzlük kimi hallar ola bilər.Karpan tunel sindromu haqqında daha ətraflı məlumatla sonrakı məqalələrimdə tanış ola bilərsiniz.

Hamiləlikdə şişlər necə yaranır?

Hamiləlikdə orqanizmdə saxlanılan su artır, damar içərisində qan miqdarı da haradasa %50 nisbətində artar. Bu səbəbdən damar xaricində toxumalarda şiş əmələ gələ bilər. Xüsusilə ayaqda çox duran insanlarda yer çəkiminin təsiri ilə ayaq, ayaq topuqları və ayaqlarda şiş çox görülür.Çəkisi çox olan hamilələrdə şişlər daha çox görülür, çəkicə zəif hamilələrdə şişə çox rastlanmaz.

Şiş bəzən hamiləlikdə yüksək təzyiq (preeklampsi, hamiləlik zəhirlənəmsi) deyilən vəziyyətə də müşayiət edə bilər. Preeklampsi varlığında yalnız şiş olmaz, yüksək təzyiq, sidikdə çox zülal atılması kimi tapıntılar da olur. Hər bir şiş preeklampsi mənasına gəlmir ancaq çox şişi (üzdə də şişlər olmuşsa) və çəkisi olan hamilələrdə preeklampsi inkişaf riski daha çox olduğu üçün diqqətli olmaq lazımdır.

Diqqət: Əgər ayaqlarınız şişliklə birlikdə qızartı, ağrı, temperatur artımı kimi əlamətlər varsa və hər iki ayaq arasında nisbətsiz şiş varsa infarkt kimi ciddi bir vəziyyətə gətirib çıxarda bilər. Bu halda mütləq həkiminizə müraciət edin.

Şişləri azaltmaq üçün nələr etmək lazımdır?

Şişləri azaltmaq üçün ən önəmlisi ayaqda çox durmamağa qayğı göstərməkdir. Zaman zaman uzanmaq və ayaqların altına yüksək bir yastıq qoymaq şişlərin qarşısını alır. stride-stretch-with-chair1Məşqlər edənlərdə şişlər daha az görülür. Şişlər var deyə qətiyyətlə su içməməzlik etməyin, su içmək şişlikləri artırmaz əksinə, azaldar, bol su içmək hamiləlikdə faydalıdır. Şişlərin qarşısını almaq üçün ideal olan normal miqdarda duz istehlakına davam etməkdir.Dar şalvar və corablar geyinməyin, rahat bol paltarlar geyinin. Uzanma imkanınız olmadığınız zamanlarda ayaqlarınızı bir stulunun üzərinə uzadaraq oturun. Ayaq ayaq üstünə ataraq oturmayın.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN