Haymoritin Müalicəsi

 In Haymorit (Sinuzit)

Müalicəsi

Soyuqdəymə, zökəm vəziyyətinin 10 gündən uzun davam etməsi halında, mütləq həkimə müraciət edilməlidir. Sinuzit bir çox adamın zənn etdiyi kimi müalicəsi mümkün olmayan bir xəstəlik deyil. Xüsusilə xroniki sinuzit zamanı ən mühüm məsələ sinuzitə səbəb olan əsas səbəbin ortadan qaldırılmasıdır. Kəskin sinuzitdə dərman müalicəsi üç həftə davam edən antibiotik, burun damcıları və allergiyaya qarşı dərmanlarla aparılır. Ancaq hava yollarını bağlayan burun əti böyüməsi, burun sümüyü və qığırdaq əyriliyi, allergiya kimi səbəblər varsa, müalicədən sonra bu səbəblərin aradan qaldırılması sinuzitin xroniki bir xəstəlik halını almasının qarşısını alacaqdır.sinuzitee

Xroniki sinuzitdə bəzən burun polipi deyilən ət böyümələri də müşayiət edir. Bu tip hallarda müalicə cərrahidir. Xüsusilə son 10 ildir ki, sinuzit cərrahiyyəsində endoskoplar istifadə edilir və aparılan əməliyyata Funksional Endoskopik Sinus Cərrahiyyəsi (FESC) adı verilir. Burun içinə qoyulan bir kamera vasitəsi ilə monitordan əməliyyat etməyə imkan verən endoskopik cihazlarıla tətbiq edilən bu üsul, sinusların havalanmasını əngəlləyən səbəblərin həlli məsələsində olduqca böyük rol oynayır.

Endoskopik üsulla (görüntü, müayinə və əməliyyat) həm burun içi kimi dar və qaranlıq bir yerdə işi asanlaşdırır, həm də sinusa yol açan əsas amil düzəldilib digər sağlam bölgələrə toxunulmur. Bu əməliyyat həm lokal, həm də ümumi anesteziya ilə həyata keçirilir. Əməliyyatda ən mühüm məqsəd sinus ağızlarının açılmasını təmin etmək,sinusların içini təmizləməkdir. Ümumiyyətlə yalnız burun içindən girmək kifayətdir. Bəzən maksillər (yuxarı çənə sümüyü) sinusa daxil olmaq üçün dodaq altından əməliyyat lazım gələ bilər. Bu üsulla burun içindəki ət, sümük əyriliyi kimi digər xəstəliklər də müalicə edilir.

Endoskopik üsulla əməliyyat keçirilməyə başlandıqdan sonra sinuzit təkrar etmə nisbəti son dərəcə azalmışdır. Ancaq yenə də xüsusilə allergiyanın rol oynadığı sinuzitlərdə yenidən problem yaranması görülə bilər. Sinuzit cəmiyyətimizdə güman edildiyindən daha çox görülür.

 Diaqnozusinuzitt

Xəstənin şikayətləri və müayinə nəticələrinə görə sinuzit olması düşünülsə belə qəti diaqnoz radioloji olaraq çəkilən filmlər nəticəsində qoyulur.Xüsusilə müalicəyə cavab verməyən və ya əməliyyata göstəriş hesab edilən xəstələrdə mütləq kompüterli tomoqrafiya çəkilməlidir. Kompüterli tomoqrafiya burun içi və sinuslar haqqında həkimə çox faydalı məlumatlar verir.

Recent Posts
Showing 2 comments
  • Abuzer

    Salam hekim.
    Sual bermey istiyirdim…
    Hava soyug olanda cimib cole cixmag yeni sacin her gun yuyulmasi ve soyug yerde qalmasi haymorite sebeb ola bilermi ???

Leave a Comment

Start typing and press Enter to search