Hidrosel Xəstəliyi və Müalicəsi

 In Kişi Sağlamlığı, Körpələr

Hidrosel nədir?

Hidrosel termini, Yunanca hydro; Su və cele; Şiş sözlərindən gəlir. Hidrosel, testisləri əhatə edən pərdələr içində normaldan daha çox maye yığılması nəticəsində testis kisəsinin (skrotum) şişməsi halıdır. Normalda testis ilə bu pərdələr arasında, testisin sürüşkənliyini təmin etmək üçün 0,5 -1 mln. maye olarkən hidrosel zamanı bu maye miqdarı 100-200 mln. hətta bəzən daha çox həcmlərdə ola bilər.H - 01

Hidrosel növləri hansılardır?

Kongenital (Doğuşdan Gələn) Hidrosel:

Ana bətnində testis, qarın içində yerləşir və hamiləliyin 14-cü həftəsindən etibarən qarının alt bölgələrinə doğru irəliləyir və sonra skrotum adlanan testis torbasına düşür. Bu düşmə zamanı birlikdə sürüklənən qarın pərdəsi (periton) skrotuma qədər testislə birlikdə düşür. Doğuşdan bir müddət sonra bu kisəcik bağlanaraq iplik kimi bir quruluş halını alır, bu kisəcik bağlanmaz isə qarın içərisindəki maye bu açıqlıqdan keçərək testis ətrafında skrotumda toplanır və şişə səbəb olur,bu yaranan vəziyyət hidrosel adlandırılır, əgər açıqlıq böyük isə qarın içi orqanlar buradan çıxaraq qrıja yarana bilər. Hidrosel, testisi əhatə edən pərdələrlə məhdud qalıbsa, buna testikulyar hidrosel, testis kortu boyu kistlər bir quruluş şəklində məhdud isə kord hidroseli və ya kordon kistası adlandırılır. Doğuşdan gələn hidrosel yeni doğulan oğlan uşaqlarının təxminən %6-da görülür. Yeni doğulan hidrosel xəstələrinin bir çoxu doğuşdan gələn ancaq şiş, infeksiya və ya qan dövranı pozğunluqlarının bu dövrdə hidrosele səbəb ola biləcəyi unudulmamalıdır.

Yeni doğulanlarda 2 növ hidrosel görülür;

Komunikan hidrosel (əlaqəli hidrosel); Skrotuma düşən qarın örtüyünün tamamilə açıq olması anlamında,
Komunikan olmayan növ hidrosellərdə, bu zərin qarın tərəfində olan hissəsinin normal olmayan şəkildə bağlanması və peritoneal mayenin skrotum içərisində qalması mənasındadır.

Yetkin Hidrosel:

Hidrosel, yeniyetmə kişilərin təxminən %1-də və adətən 40 yaşın üzərində görülür.

Yetkin kişilərdə və daha yaşlılarda skrotumun məruz qaldığı travma, testis iltihabı xəstəlikləri, testis şişləri, varikosel əməliyyatları və radyoterapidən sonra kimi səbəblər ilə hidrosel yarana bilər. Böyrək nəqli olan xəstələrin % 70-də tək tərəfli hidrosel yaranır. Testis burulması (testisin öz ətrafında anidən dönməsi), %20 xəstədə reaktiv hidroselə səbəb ola bilər və təcili müdaxilə tələb edən testis burulmasını gözardı edə bilər.

Diaqnozu

Hidrosel diaqnozu şikayət və fiziki müayinə ilə asanlıqla qoyula bilər. Bir çox hidrosel heç bir şikayətə səbəb olmaz, xəstələrin həkimə müraciəti adətən testis torbasında ağrısız şiş səbəbi ilə olur. Xəstə testis torbasında ağırlıq, dolğunluq hiss edir. Nadir hallarda qasıq bölgəsində yüngül narahatlıq hissi və bel hissəsinə vuran ağrıdan narahat olurlar. Ağrı adətən olmaz əgər varsa eyni zamanda kəskin epididim infeksiya səbəbi ilə ola bilər. Kongenital hidroseldə, testis torbasındakı şişin səhərlər itib, günün irəliləyən saatlarında görülməsi tipikdir. Qızdırma, titrəmə,bulantı, qusma yüngül hidrosellərdə adətən görülməz.

hTestis torbası müayinəsində, hidrosel testisin üst ön hissəsində yerləşir. Yüzdə 7-10 iki tərəflidir. Xüsusilə sağ tərəfdəki hidrosellər əsasən qasıq qrija ilə birlikdədir. Əgər infeksiya yoxdursa testis torbasında qızartı və ya rəng dəyişikliyi yoxdur. Testis torbasına qaranlıq bir otaqda işıq tutulduğu zaman şişkinlik səbəbi hidrosel isə işığı keçirir, buna transulliminasiya deyilir. Kongenital hidroseldə isə şişlik, uşaq ayağa qalxanda və ya ağlayanda daha müəyyən olarkən, müayinə zamanı və ya yatan zaman itir.

İnguinal-skrotal ultrasonografiya, diaqnozu təsdiq etmək üçün keçirilə bilər, testislərdəki anormallıqlar (xüsusilə testis şişləri), kompleks kistik kütlələr, spermatosel, və ya birlikdə qrıja olub olmadığını göstərməkdə aktivdir.Testis rəngli Doppler ultrasonografiyası, testisdəki qan axınını göstərmədə istifadə edilir və xüsusilə testis burulmasından şübhələnilirsə mütləq aparılmalıdır.

Müalicəsi

Müalicədə iynə ilə mayenin boşaldılması və ya cərrahi əməliyyat tətbiq olunur.İynə ilə mayenin boşaldılmasında daha sonra xəstəlik təkrar edilə bilər.Əməliyyatla isə həm maye boşaldılır, həm də qrıja əməliyyatında olduğu kimi torbalarla qarın arasındakı açıqlıq ortadan qaldırılır.
Hidrosellə birlikdə qrıja varsa, ağrı çox isə təcili əməliyyat edilməlidir.

Əməliyyat mütəxəssis həkim tərəfindən həyata keçirilməlidir.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search