Nədir?
Hindistanli Prithviraj Patil və tailandlı Suparta Sasuphan digər uşaqlardan bir xüsusiyyətləri ilə fərqlənirdilər. Onlarda anadangəlmə hipertroxiz (conginetital hypertrichosis) digər adı ilə qulyabanı xəstəliyi və ya canavar adam sindromu var idi. Bu, qeyri-adi və çox nadir xəstəlikdir.
Anadangəlmə hipertroxiz xəstəliyi olan uşaqlarda qarşısıalınmaz tüklənmə baş verir. Heyvanlardakı xəzəbənzər nazik tüklər baş və bədənin digər hissələrini örtür.
Hipertrixoz, Dünyanın ən qəribə 7 xəstəliyindən biridir. Dəri xəstəliyi kimi göstərilən bu hal, insanın sosial həyatına mənfi təsir etməkdə və xarici aləmdən özünü təcrid etməsinə səbəb olur. Psixologiya pozan bu narahatlıq, nadir görülür və fiziki pozğunluqlar kimi özünü göstərir.
Qədim zamanlardan bəri var olan canavar adam sindromu, doğuşdan gələn bir xəstəlik deyil. 1968-ci ildə Avstraliyada görülməyə başlayan xəstəlik, “Ambras sindromu” kimi də adlandırılır. Sindromun əsasında, genetik pozuntu vardır. Lakin bu amilin səbəb olduğu görülsə də tam səbəbi hələ də tapılmamışdır.
Hindistanda da üç bacıda görülən bu xəstəliyin irsi ola biləcəyi müdafiə edilmişdir.Daxili yoluxma xəstəliyinin da səbəb olduğu düşünülən canavar adam sindromu, texnologiyanın inkişaf etməsi ilə təsiri azaldılmağa başlanmışdır. Lazer və epilyasiya alətləri ilə müvəqqəti olaraq müalicə edilən xəstəlik, müəyyən bir müddətdən sonra özünü yenidən təzələyir. Lakin araşdırmalar nəticəsində, testosteron faktorunun bədənə yeridilməsi ilə bu xəstəliyin müalicə olunması xəbəri mütəxəssislər tərəfindən bildirilmişdir.