Hovuzda Üzərkən Gözlərinizi İnfeksiyadan Qoruyun

 In Maraqlı

Hovuzlar hər nə qədər dezinfeksiya edilsə də içindəki bakteriya və yad maddələr göz sağlamlığına mənfi təsir göstərdiyinə görə hovuza girərkən mütləq qoruyucu tədbirlər görün.

Yay aylarında havanın isinməsi ilə  hovuzdan istifadə etmək də artıb. Bununla bərabər gözlərimizin infeksiyaya yoluxması da artmışdır və elə sizlərə infeksiyadan qorunmağın yolları haqqında məlumat verməyə çalışacam.

1_100

Göz infeksiyası

Hovuzların böyük əksəriyyəti kimyəvi üsullarla (chlorid) dezinfeksiya edilir. Amma tək bu yəni hovuzları dezinfeksiya etmək infeksiyalardan qorunmaq üçün yetərli deyil. Hovuzdan istifadə edən şəxs sayı nə qədər çox olsa, infeksiya riski də bir o qədər artar. Bundan başqa, hovuza düşən quru yarpaqlar, həşəratlar, tozlar bakteriya mənşəli ola bilər. Əlavə olaraq infeksiyaya yoluxmuş bir şəxsdən digərinə də xəstəlik keçə bilər.

Hovuzlarda ən çox gördüyümüz göz infeksiyası konjuktivitdir. Bu infeksiya virus və ya bakteriya mənşəli ola bilər. Gözdə qızarma, sulanma, yanma kimi əlamətləri ilə özünü göstərir. Virus mənşəli olanlar adətən yüngül kliniki şikayətlər edir və bu 3-4 gündə öz-özünə keçə bilər. Əgər immunitet sistemi zəifdirsə vəziyyət ağırlaşaraq həftələrlə davam edə bilər.

Bakteriya mənşəli olanlar daha ciddi bir vəziyyət ortaya qoyur. Mütləq həkim nəzarəti və antibiotik müalicəsi tələb edir. Nadir hallarda acanthamoeba adlı bir parazit də infeksiya yarada bilər. Bu gözdə xüsusilə kornea təbəqəsində çox ciddi yaralar yaradıb korluğa qədər gətirib çıxarda bilər.

Hovuzda üzərkən göz sağlamlığınızı qorumaq üçün;

gozlerinizi-koruyun

Eynəkdən istifadə

Gözü yaxşı əhatə edən üzgüçü eynəyindən istifadə etmək lazımdır.
Hovuzda üzərkən kontakt linzalar çıxarılmalıdır.
Quruluğun qarşısını almaq üçün süni göz yaşından istifadə edilməlidir.
Hovuzdan çıxanda üz və gözlər bol su ilə yuyulmalıdır.
Hər hansı bir infeksiyası olanlar hovuzdan istifadə etməməlidir.
Göz allergiyanın çox olduğu dövrdə günəşdən və hovuzdan qorunmaq lazımdır.
Çox adam olan hovuzlarda xüsusilə gigiyena şərtlərinə əməl edilib edilmədiyi yaxşı araşdırılmalıdır.
Hovuz təmizliyi gündəlik aparılmalıdır.
Hovuzdan istifadə edən şəxslər hovuza girməzdən əvvəl mütləq duş qəbul etməlidirlər.
Girişdən əvvəl ayaqlar üçün dezinfeksiya hovuzu olmalıdır.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search

unutqanlığın səbəbi