İnfarktın Səbəbləri

 In Ürək - Damar Sistemi

İnfarkt (miyokard infarktı) ürək əzələsinin bir hissəsinin o regiona kifayət qədər qan axmamasına görə (əksəriyyətlə ürək damarının tam tıxanması nəticəsində) ölməsi (qalıcı xəsarətə məruz qalması) nəticəsində meydana gəlir.

Səbəblər və Risk Faktorları

İnfarktların çoxu koronar arterlərdə (ürək əzələsinə qan və oksigen daşıyan arteriyalar) yaranan laxtalar (trombus) səbəbiylə meydana gəlir. Laxtalar ümumiyyətlə, ateroskleroz nəticəsində meydana gələn dəyişikliklərə görə daralmış koronar arterlərdə yaranır. Arter divarının içindəki aterosklerotik val bəzən çatlayır və bu da laxta yaranmasına səbəb olur.ami

 

Burada bir ürək arteriya (koronar arter) fraqmentini görürük. Damar ateroskleroz zaman içində irəliləyir (A və B), mühüm darlıq yaradır, (C) və sonunda damar bir laxta ilə tıxanaraq (D) miyokard infarktına yol açır.

Koronar arterlərdəki laxtalar ürək əzələsinə qan və oksigen axınını əngəlləyir, bu da o bölgədəki ürək hüceyrələrinin ölümünə səbəb olur (nekroz). Zədələnmiş ürək əzələsi yığılıb-açılma qabiliyyətini itirir və ürəyin geri qalan qismi ziyan görən bu hissənin vəzifəsini də yerinə yetirmək məcburiyyətində qalır. Ziyan görən hissə  çox miqdarda isə (məsələn, sol qarıncığın -ventrikulun-%40-dan çox isə) xəstənin həyattda qalmağı mümkün deyil.

antmiBir koronar arterin tutulması ilə yaranan infarktda o damarın bəslədiyi ürək bölgəsi fəaliyyətini itirir.

İnfarkt bütün dünyada ölümə yol açan 1 nömrəli sağlamlıq problemidir.

Koronar arter xəstəliklərinin və infarktın risk amilləri ümumiyyətlə ürək damar xəstəlikləri risk faktorlarının eynisidir.

Qeyd olunan risk amillərinin çoxu artıq çəki ilə bağlıdır. Dar olan bir damarın üzərində laxta yaranmasını hər hansı bir səbəb başlata bilər. Bəzən ani və depressiv stress buna səbəb ola bilər.

Son bir neçə ildə, koronar arter xəstəliyi üçün artmış homosistein, C-reaktiv zülal və fibrinojen səviyyələri kimi yeni risk amilləri müəyyənləşdirmişdir. Ancaq bu yeni risk amillərinin praktiki dəyəri üzərində çalışmalar hələ də davam edir və hazırda homosistein səviyyəsinin fol turşusu ilə endirilməsinin müsbət təsirləri olduğuna dair sübut yoxdur.

Hər 5 ölümün biri infarkata görə baş verir.İnfarkt yeniyetmələrdəki ani ölümün əsas səbəblərindən biridir.

İnfarkta təkan verən amillər

Bilirik ki, bir sıra risk faktorların varlığında ürək damar xəstəliklərinə yaxalanma riski və bunun nəticəsi olaraq da infarkt keçirmə riski artır. Bəs, ürək damarları dar olan və infarkt keçirmə riski yüksək olan xəstələrdə infarktı yaradan faktorlar nədir?

Araşdırmalarda, bir sıra faktorların infarkta təkan verdiyi görülmüşdür.Bunlar:
-Hədsiz fiziki yorğunluq
-Hirs, qəzəb
-Mənfi şəxsiyyət quruluşuinfarkt-srdce-clanok
-Alkoqol
-Qəhvə
-Tıxac
-Hava çirklənməsi
-Ağır yemək
-Kokain
-Seksuall fəallıq
-Dolanışıq çətinlikləri

Bir hirslənmə və ya həddindən artıq həyəcanlanma, ürək damar xəstəliyinə yol açan bir risk faktoru olmamasına baxmayaraq, tutulmağa namizəd bir damarı olan bir ürək damar xəstəsində, damarın tutlmasına yol açıb infarkt ola bilər.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search