İshal Təhlükəli Ola Bilər

 In İmmunitet Sistemi

İshalın şiddətlə seyr etdiyi hallarda körpə, uşaq və yaşlılarda ölümə səbəb ola bilər.

Xüsusilə çox tez-tez ishalı və bulanması olan xəstələrdə itirilən maye və elektrolit adlanan duz və minerallar qarşılanmadığı zaman yol açdığı situasiya körpə, uşaq və yaşlılarda ürək və böyrək xəstəliyi olanlarda həyatı təhlükə yarada bilər. Su itkisinə bağlı olaraq təzyiq düşməsi, döyüntü, böyrək çatışmazlığı, şüur pozğunluğu, asidoz adlanan qanda turşuların təhlükəli şəkildə artması və ən nəhayət koma və ölüm halları inkişaf edə bilər.1047887_620x410
Hər nə qədər xaric etmə tezliyi və ifrazat konsistensiyası adamdan adama dəyişiklik göstərsə də ishal dedikdə, çox vaxt həm tezlik, həm də nəcisin maye həcminin artması nəzərdə tutulur.İshal Kəskin (akut) və Xroniki olmaqla iki qrupda təhlil olunur.
Kəskin ishal deyildiyi zaman, bir neçə gün ilə bir həftə arasında dəyişən müddətlərdə davam edən ishal nəzərdə tutulur.Xroniki ishal isə ən azı 3 həftə davam edir. İshalın kəskin və ya xroniki olduğunun müəyyənləşdirilməsi, adətən səbəblərinin fərqli olması, fərqli tədqiqlərlə diaqnozunun qoyulması və fərqli şəkildə müalicə edilmələri üçün əhəmiyyətlidir.

Hər Növün Ayrı Əlaməti Var

Sekretuvar ishal adlanan ifrazat artımına bağlı bölgədə, bağırsaq hərəkətlərinin sürətləndiyini və çox sulu ishal olur.Ozmotik ishalda isə bu vəziyyətə səbəb olan qidanın istehlakı kəsildiyi zaman ishal da dayanır. Motilite ilə əlaqəli ishalda, kramp tərzində qarın ağrısına rast gəlindiyini; İnflamatuar (iltihablı) ishalda isə qarın ağrısına temperaturanın və nəcisinin mikroskopik araşdırmasında qan və iltihab hüceyrələrinin görülməsinin də müşayiət edə bilər.

Dərmanlar və Qida Zəhərlənmələri də İshala Səbəb Ola Bilər

Akut ishallara ən çox olaraq virus, bakteriyal və ya parazit infeksiyaların səbəb olur, yeni başlayan dərman müalicələrində də bənzər təsirin görülə bilər.İshal səbəbləri arasında başqa bir faktor olan qida zəhərlənməsinin isə bakteriya toksinləri yolu ilə ortaya çıxan qısa müddətli bir ishaldır.Otaq temperaturunda qalan salat, ət və ya mayonezli qidalar ilə konserva ərzaq istehlakından sonra zəhərlənmə vəziyyəti ortaya çıxır.Turist ishalı olaraq adlandırılan koli basili adlı mikrobun yol açdığı və ani qarın ağrısı, ürək bulanması, qusma ilə başlayan ishala xüsusilə isti iqlim xüsusiyyətinə malik az inkişaf etmiş ölkələrə gedənlərdə rast gəlinir.1034695_620x410

Hansı Hallarda Həkimə Müraciət Edilməlidir?

38,3 dərəcə və üzərində bədən temperaturası olması, orta dərəcədə və ya şiddətli qarın ağrısı olması, şiddətli bağırsaq iltihabı olduğu təxmin edilən qanlı ishal olması, diabet, ürək xəstəliyi və AİDS kimi dehidrotasiyanın ciddi nəticələrə yol açacağı, altda yatan xəstəliyi olanlar, 48 saat keçməsinə baxmayaraq heç bir yaxşılaşma əlaməti göstərməyən ishal varlığı, orta və ya ciddi dehidrotasiya əlamətləri olması (Gipotenziya, sidik azalması, şüur pozğunluğu kimi), ağızdan maye və qida qəbulunu əngəlləyəcək qədər intensiv qusma olması vəziyyətində, vaxt keçirmədən infeksiya xəstəlikləri və ya gastroentrologiya mütəxəssisinə müraciət edilməlidir.

Recent Posts
Showing 6 comments
  • gulya

    salam hekim.atamda mart ayindan etibaren ara sira qanli ishal musahide olunur.hal-hazirda analizin cavabini gozleyirler.sizce emliyyat ehtimali ola bilermi?

  • Elvin

    Salam Doktor

    gun erzinde 2 defe ishal olunmasi normaldir?
    adeten mende axsama yaxin yeniden aqrin agrisi olur ve ishal olunduqdan sonra kecir?

    • Fuad Nəzərov

      Salam. Defekasiya aktı gündə 3 dəfədən həftədə 3 dəfəyə qədər norma daxilindədir. Sağ olun

  • ELVİN KAZİMOV

    SALAM XAİŞ EDİREM XİRONİKİ İSHAL XESTELİYİ VE MÜALİCESİ HAQDA MELUMAT VERERDİNİZ HEKİMİN RESEPDİ İLE 1 AYDAN COXDU ASTREN PROBİOCSİN CASTREN SPARMOBİD QEBUL ETMİSEM HEC BİR XEYRİ OLMAYİB MEDE VE KUREK AGRİLARİ VE QARİN SANCLARİ OLUR

Leave a Comment

Start typing and press Enter to search