Dəqiq olmasa da, bəzi qaynaqlara görə kesar əməliyyatının adı Julius Ceasardan (Sezar) gəlir. Sezarın bu əməliyyat vasitəsilə dünyaya gəldiyi təxmin edilir. Lakin, o da var ki, Sezarın anası, o, yetişkinliyə çatana qədər yaşamışdır. O dövrlərdə belə bir doğuşdan sonra ananın uzun müddət yaşamağı çox da ağlabatan deyil.
Başqa qaynaqlara əsasən, sezar (kesar) sözü latınca kəsmək mənasına gələn “caedare” sözündən gəlir.
Kesar əməliyyatı qədim dövrlərdə ibtidai metodlarla həyata keçirilirdi. O dövrlərdə əməliyyat və anesteziya kifayət qədər inkişaf etmədiyi üçün doğuşdan sonra ananın həyatda qalmağı demək olar ki, mümkün deyildi. Bu metoddan ancaq uşağın dünyaya gələ bilməsi üçün istifadə edilirdi. Ana, uşağı doğa bilmədiyi üçün bu yoldan məcburən istifadə edilirdi və buna əməliyyat yox kəsmək demək daha düzgün olar.
-Kesar əməliyyatı ilə ananın həyatda qaldığı ilk əməliyyat 1500-cü illərdə həyata keçirilmişdir.
-1800-ci illərdə kesar əməliyyatından sonra ananın həyatda qalma ehtimalı 85% idi.
-O dövrlərdə sorularaq öz-özünə yox olan cərrahi saplardan (ing. suture) istifadə edilmirdi, əməliyyatdan sonra iplərin sökülməsi mümkün olmayacağı üçün kəsik yerlərinə tikiş qoyulmurdu. Sökülməyən tikişlər isə infeksiyaya yol açacaqdı. Bunun qarşısını almaq üçün bir vaxtlar kesar əməliyyatında ana bətni də çıxarılırdı.
-Əvvəllər kesar əməliyyatında uterus şaquli kəsilirdi, lakin daha sonralar transvers şəklində kəsilməyə başlandı və bu, uterus yırtılmasının qarşısını aldı.
Müasir dövrdə tikiş və sterilizasiya üsullarının, antibiotikın, cərrahi əməliyyat texnologiyalarının və bu kimi digər amillərin inkişafı nəticəsində kesar əməliyyatı kifayət qədər təhlükəsiz əməliyyat növünə çevrilib.
İndiyə qədər müvəffəqiyyətlə sonlanan 150-dən artıq kesar əməliyyatı etmişəm.
Fuad Nəzərov
salam hekim bilmek olar keyseriyye emeliyyati ucun en yaxsisi belden anestezi verilmesidi ya umumi 1nci usaqda belden anestezi verilmisdi bel ayaq agrisindan indiyene kimi eziyyet cekirem umumidende qorxuram bilmirem ne edi meslehet vere bilersiz
Salam. Anesteziya növünü zahı ilə anestezioloq birlikdə seçir. Sağ olun.
Salam,Doktor! Keysər əməliyyatından neçə müddət sonra yenidən hamilə qalmaq olar?
Salam. Kesar (Qeyseriyyə) əməliyyatından sonra hamilə qalmaq tibbi baxımdan individualdır. Hamilə 1 ildən sonra qalanlarda da tamamilə sağlam uşaq dünyaya gəlməsi mümkündür. Hamilə qadının orqanizmasına da ziyan vurulması ehtimalı azdır, əgər qida rasionu düzgün qurulursa. Ancaq məsləhətdir ki qadın orqanizmi 3 il müddətinə tam bərpa olunsun. Sag olun.