Kesar Kəsiyi Əməliyyatı Haqqında Bilmədiklərimiz

 In Kesar - Cərrahi Əməliyyat, Maraqlı

 

Hansı vəziyyətdə kesar kəsiyi əməliyyatına qərar verilir?

Kesar ilə doğuş qərarı hamiləlik müayinələri zamanı verilə biləcəyi kimi, doğuşun  induksiya (suni sancı) ilə uğursuz alındığı zamanlarda, və yaxud doğuş prosesi başladıqdan sonra birinci və ya ikinci mərhələdə verilə bilər. Əsasən, doğuş  başladıqdan sonra doğuşun normal halda davam etmədiyi vaxtlarda kesar kəsiyi əməliyyatına qərar verilir.Uşağın vücudu çıxana qədər hər hansı bir vaxtda normal doğuşdan imtina edərək uşağın kesar ile doğulmasına qərar verilə bilər!

 

Hamiləlik müayinələri  əsnasında kesar kəsiyi əməliyyatına qərarın verilməsi

Doğuşu kesarla həyata keçirmək qərarı hələ doğuş başlamazdan əvvəl, antenatal analizlər zamanı verilə bilər. Fakultativ (təcili olmayan) kesar adlanan və əvvəlcədən vaxt təyin edilərək həyata keçirilən bu əməliyyat aşağıdakı vəziyyətlərdə seçilir.

Placenta Previa

Plasentanın uşaqlıq yolunu tamamilə ya da qismən örtdüyü hallarda. Qismi qapanma olduğu zamanlarda doğuş əsnasında uşaqlıq yolu açılarkən həddindən artıq qanama ola biləcəyindən, tamamilə qapanma olduğu zaman isə uşaq heç bir şəkildə kanala girə bilməyəcəyindən doğuş mütləq kesarla olmalıdır. Diaqnoz 36-cı hamiləlik həftəsindən sonra ultrason analiz nəticəsində qoyulur. Bəzı hamilələrdə hamiləliyin erkən dövrlərində çəkilən ultrasonlarda plasentanın uşaqlıq yoluna yaxın yerləşdiyi, bəzən də uşaqlıq yolunu tamamilə bağladığı müşahidə olunur. Bu zaman kesar əməliyyatına dərhal qərar verilməsi düzgün deyil, çünki hamiləliyin son mərhələlərində (36-cı hamiləlik həftəsinə qədər) plasenta, rəhimin (uşaqlıq) büyüməsi ilə yuxarı çıxaraq normal yerləşə bilər.

Uşağın “tərs” ya da “yan” durması

Fetuslar hamiləliyin erkən dövrlərinde ümumiyyətlə başı yuxarıda dururlar və yerlərini tez-tez dəyişirlər. Müəyyən müddət sonra, xüsusilə, 36-cı hamiləlik həftəsindən sonra uşaq, yeri daraldığından mövqeyini dəyişdirməsi çətinləşir. 36-cı hamiləlik həftəsindən sonra uşağın rəhim içində enləməsinə durmağı kesar üçün müəyyən bir səbəb təşkil edir. Makat ilə gələn fetusların diqqətli bir araşdırma nəticəsindı vaginal doğuşuna icazə verilə bilər. Ancaq ilk gələn hissə (yəni doğuş kanalına ilk girən hissə) ayaqdırsa, doğuş mütləq kesar ilə həyata keçirilir. İlk dəfə doğacaq ana namizədlərində makat gəlişi ilə doğuş mümkündür, lakin doğuş zamanı ola biləcək risklərə görə kesar əməliyyatı tez-tez tətbiq olunur.

İri  uşaq

Doğuşu yaxın olan bir uşağın ultrason və klinik analizlərlə 4500 qramdan daha ağır olduğu müəyyən olduğu zamanlarda kesar ilə doğuş həyata keçirilir. Ortalama bir boyda və çəkidə olan bir ana namizədində iri uşaq, ana namizədi ya da uşaqda arzuolunmaz bəzi halların əmələ gəlməsinə səbəb ola bilər. Bunlar arasında ən çox müşahidə olunanlar doğuşun davam etməməsi və ikinci mərhələnin sonunda çiyin ilişməsidir. Bu risklərin qarşısını almaq üçün kesar əməliyyatı həyata keçirilir.

Pelvis Darlığı (çanaq  darlığı)

Bu halda ümumiyyətlə, ana namizədinin uşaqlıq dövründə keçirdiyi və sümük pelvis quruluşuğunu pozan xəstəliklərdə rast gəlinir. Şübhəli hallarda antenatal dövrdə diqqətli bir pelvik müayinəsi ilə diaqnoz qoyulur. Pelvis quruluşu rəhim içindəki uşağı doğmağa uyğun deyilsə kesar ilə doğuma qərarı verilir.

Herpes  Simpleks  İnfeksiyonu

Herpes simpleks virusunun (HSV) yoluxuculuğunun davam etdiyi dövrdə anadan uşağa doğum əsnasında virus keçmə riski var. HSV uşaqda ciddi sinir sistemi infeksiyasına səbəb ola biləcəyindən doğum kesar ilə həyata keçirilir. Ancaq bəzən kesar əməliyyatı belə yoluxuculuğun qarşısını ala bilmir.

Daha  əvvəl  kesarla  uşaq  dünyaya  gətirənlər

Daha  əvvəl  kesar  ilə doğanlar  nə üçün  təkrar  kesara müraciət edirlər?

Kesar kəsiyi zamanı rəhim kəsilir. Bu kəsik uşaq çıxarıldıqdan sonra tikilərək bağlanır. Nə qədər yaxşı tikilsə də kəsik bölgəsində rəhim əzələsi bütünlüyünü itirir. Daha sonrakı hamiləliklərdə rəhim və döl təkrar böyüməyə başladığında əvvəlki kəsik yerində gərginlik əmələ gəlir. Bu gərginlik kəsik bölgəsinin öz-özünə açılmasıyla (“dehisans”) ya da bölgədə yırtıq əmələ gəlməsiylə (“uterus rüptürü”) nəticələnə bilər. Belə bir halda bu, qanamaya yol açaraq və plasentanın funksiyalarını pozaraq ana namizədi və uşaq üçün ciddi bir təhlükə yarada bilər.

Kesar ilə uşaq  dünyaya  gətirmiş  olanlarda  indiki  hamiləlikdə  rəhimdə dehisans (“açılma”) ya da rüptür (“yırtılma”) əmələ  gəlmə  riski  nədir?

Bu sualın cavablandırmaq üçün rəhimdəki kəsiyin yerini bilmək lazımdır: kesarda rəhimə vəziyyətə görə iki ayrı kəsik növündən biri tətbiq olunur. Birinci və ən çox tətbiq olunan, rəhimin uşaqlıq yolu ilə birləştiyi alt hissəyə (alt segment) tətbiq olunan üfüqi  kəsikdir. İkinci kəsik növü isə rəhimin yuxarısında gövdə qisminə tətbiq olunan şaquli kəsikdir. Klassik insizyon (kəsim) adı verilən bu şaquli kəsim uşağın alt segment kəsiyindən çıxmasının çətin olduğu hallarda tətbiq olunan nadir bir kəsik növüdür. Alt segment üfüqi kəsiklərdə hamiləlik əsnasında rəhimin hamiləlik və ya doğuş zamanı bu kəsik yerindən yırtılma ehtimalı təxminən mində 2 qədərdir. Klassik insizyonda isə rəhim gövdəsi ciddi xəsarət gördüyü üçün ehtimalın nə qədər olacağı bilinmir lakin demək olar ki, rəhmin yırtılma ehtimali çoxdur.

Kesar ilə uşaq dünyaya gətirmiş olanlarda indiki hamiləlikdə doğumun  vaginal yoldan olma şansı varmı?

Əvvəlki doğumu kesarla  olanlarda indiki doğumun da kesarla olunması uyğundur, ancaq məcburi deyilXüsusi şərtlər yerinə yetirildiyində öncədən kesarla uşaq dünyaya gətirən bir ana normal doğuş edə bilə (bu xüsusi şərtlər arasında ən başlıcası doğuş zamanı təcili olaraq əməliyyata alınmağa müvafiq şərtlərin olmağıdır). İstisna təşkil edən yeganə hal əvvəlki kesar kəsiyi əməliyyatında klassik insizyondan istifadə olunmasıdır. Bu halda sonrakı doğuşların da kesarla olunması daha məqsədəuyğundur.

Recent Posts
Showing 51 comments
  • amin2

    Salam doctor. Menim iki qizim var. ikiside keseriyye ile olub. Birinci qizim 1yash 2ayliq olanda(1ci emeliyyatdan 6ay sonra hamile qalmisham) ikinci olub. Ara az oldugundan emeliyyat bir az cetin kecib. Indi ikinci qizimin 1yashi var. yeniden hamile qala bilerem? Bunun ne kimi tehlukesi var?

  • Nurane__

    Salam hekim. Men kesar emeliyyati olmusam 1 il di 2ci usaga qala bilerem?

  • Seva

    Salam hekim .men 2defe kesar olmusam.ve ikinci kesarimdan 4il kecib.3cu usag isteyirem bu qorxulu deyilki?umumiyyetle 3cu kesar risklidirmi ne derecede qorxuludur?cox sagolun

  • Anonim

    salam doktor.menim 2kesr oldugum 7 ayindadi. 3cuye hamileyem.5 heftelikdi.2ci kesrimden olan usagimi itirmisem.insallah 3cu kesre getmek istiyirem.cox qorxuram.bir de hekim capiq yerinde incelme ne demekdi.evvelceden tesekkurler.

    • Fuad Nəzərov

      Salam.Çapıq yerində əzələ qatının zəif olması kesariyyə əməliyyatının ağırlaşması kimidir. Sağ olun

    • Fuad Nəzərov

      Salam. Kesar əməliyyatı düzgün aparılırsa heç bir əks göstərişdən söhbət gedə bilməz. Sağ olun

  • Pervi

    Salam hekim men 2defe kesr olmuwam,2ci usaga qizim 4aylig olanda hamile qalmiwdim,emeliyyat zamani dedilerki capigim cirilib lap az,sonra hekim matkani yigdi tikdi,indide ustunnen 3il kecib 3cu uwagi isteyirem sizce bu ne derecede risklidi?uziden kecmiwem capigda problem yoxdu,tam sagalib

  • Zulu

    Salam doktor.men 2defe kesrle ana olmusam.hec bir problemim olmayib.indi balaca usagimin 5yasi var.eger 3cu usaga hamile qalsam ne kimi tehluke ola biler?ve narkozu nece alacam?mene dediler 3cu mutleq spinal formada olmalidir.bu duzdurmu?

    • Fuad Nəzərov

      Salam. Kesariyyə əməliyyatının say məhdudiyyəti yoxdur. Anesteziya növünün seçimi həkim təyin edir xəstənin istəyi nəzərə alınır. Sağ olun

  • konul

    Men sadece kesre gore biraz qorxum var ona gore deqiqlesdirmek istedim yenede sag olun

  • konul

    Salam hekim mart ayinda 2 ci defe kesr oldum indi yene hamileyem ancaq abort istemirem dermannan usaqdan azad ola bileremmi.

  • Nezz

    Cox sagolun cavablandirdiginiz ucun.ama riskli doguwdu he?birdeki conme ehtimali ola biler?tewekkurler

    • Fuad Nəzərov

      Salam. Doğuş vaxtına yaxınlaşan zaman USM aparın. Bütün əməliyyatların hər hansı risk dərəcəsi mövcuddur. Sağ olun

  • Nezz

    salam.mən 37 həftəlik hamiləyəm.uşaq sağrı vəziyyətdədir.çox tərpənir.heç aşağı düşmür.gah yuxarıda olur başı gahda böyürdə.çönmə ehtimalı var uşağın?bidəki sağrı gəlişilə normal doğuş edə bilərəm?

    • Fuad Nəzərov

      Salam. Ola bilər tam normal olsun. Sarğı gəliş normal doğuş formalarına aiddir. Sağ olun

  • Gunes

    cox sagolun

  • Gunes

    bes kesr emeliyyatinin tehlukesi varmi?usaga ziyani var?

    • Fuad Nəzərov

      Salam. Düzgün həyata keçirilmiş kesariyyə əməliyyatı nə dölə nə də qadına ziyan gətirə bilməz. Sağ olun

  • Gunes

    salam.Hekim menim 1ci hamileliyimdir.1 gozumde usagliqdan ceplik var ve hec gormur ama o birsi gozum gorur menim ucun dogusun gozume ziyani ola biler?kesrin usaga ziyani varmi?

    • Fuad Nəzərov

      Salam. Sizin vəziyyətdə mütləq qinekoloqun baxışı ilə göz həkiminin konsultasiyası vacibdir. Sonra doğuşun aparılması haqda qərar verilməlidir. Sağ olun

  • Lamiye

    Salam kesir emeliyyati olarken nece narkoz almaq daha meqsede uygundu belden yoxsa obwi men belden almiwam ve belimde agrilar olur bu kececekmi? Indiden sagolun

    • Fuad Nəzərov

      Salam. Kesariyyə əməliyyatı üçün dünyada anesteziya seçimi üçün spinal formaya üstünlük verilir. Bizim klinikada seçim konkret olaraq hər bir xəstə ilə müzakirə edilir. Sağ olun

  • Anonim

    SALAM DOKTOR. FQDS NE DEMEKDIR.SAG OLUN.

    • Fuad Nəzərov

      Salam. Mədənin və 12 barmaq bağırsağın fibrovolokon optika cihazı ilə yoxlanılmasına FQDS deyilir. Sağ olun

  • Anonim

    SALAM DOKTOR.4CU KEYSERIYYE MUMKUNDUR.SAG OLUN

  • zohrab

    salam doktor.doktor 2ci kesrden 6 ay sonra 3cu defe kesr olannar var.hamileliyi cox yaxsi kecib.sag salamat ovladini qucagina alib.6 ay da tezdi.eger 1 ilden tez olsa ne kimi agirlasmasi ola biler.evvelceden tesekkurler.sag olun.

    • Fuad Nəzərov

      Salam. Kesariyyə əməliyyatından sonra təkrar hamilə qalmaq normal haldır. Onun profilaktik olaraq siz daha tez tez yoxlanmalısınz ki yaranmış fəsadları vaxtında aradan qaldırmaq mümkün olsun. Sağ olun

  • Anonim

    2ci kesrden sonra 3cu kesr ne vaxt oia biler

    • Anonim

      hekim men 2ci kesrden olan oglumu 20 gununde itirdim.kesr oldugum ise 4cu ayin icindedi.operasiyamin yeri cox yaxsidi.hamile qala bilerem.xahis ediremc mumkunse cvb yazin da

      • Fuad Nəzərov

        Salam. Kesariyyə əməliyyatından 4 ay sonra hamilə qalmaq fizioloji baxımdan çox tezdir. Sağ olun

      • Anonim

        salam doktor.mende medede eroziv qastrit var.3 defe mualice eletdirmisem.yaxsi olub.amma her yaz payiz aylarinda yene agrilar basliyir.qidani yeyenden sonra kecir.mene komeklik edin. evvelceden tesekkurler.sag olun.

        • Fuad Nəzərov

          Salam. Düzdür elə də olmalıdır. Müalicə sxemi elədir. Siz vaxtaşırı FQDS aparmalısınız. Sağ olun

    • Fuad Nəzərov

      Salam. 3 kesariyyə əməliyyatı ən azı bir ildən sonra. Sağ olun

    • Fuad Nəzərov

      Salam. Hər halda sizi zaman maraqlandırır. Bir il optimal zamandır. Sağ olun

  • dilber

    Salam menə vaginal kesr kəsiyi haqda lazimdi???

    • Fuad Nəzərov

      Salam. Siz dediyiniz üsul bir az başqa cür səslənir. Ancaq son operativ üsullardan biri kimi sayılır. Əgər sizi çox maraqlandırırsa bizim klinikaya müraciət edin şəxsən sizə hər tərəfli izah edilər. Sağ olun.

  • nigar

    hekim onu da deyim ki
    əməliyyatdan sonra mən tez sağaldim ayaga durdum .esitmisem heftelerle yatanı olur 1i menim baldizim.derisi gec sagalirdi onun. mende bele bir sey bas vermedi. tez sagaldim.bunun ücün mende problem yoxdu da yeqin ki.cox qorxuram hekim mene bir sey olsa meleyime kim baxar.baxarlar ey ama menim qeder,men istediyim qeder baxa bilmezler..meni etrafli melumatlandirib yaxsi xəbər verməyinizi üreklendirmeyinizi gözleyirem.her seycün cox sağolun.

  • nigar

    salam hekim cox sağolun cavabinizcün.1sual da verim da olar.bağışlayin men oğluma ana südü verirem.hamilə olduğum ücün onu dayandirmaliyam?internetden cox araşdirmişam yazilir ki vermək olar.ama hamı mene deyir ki olmaz kəs.qusma işdəməyə salassan usağı.özüm də kəsmək yox
    vermək isteyirem.bu günə kimi verirem usagda hec bir narahatliq yoxdu cox sükür.indi sizin de fikrinizi öyrenmek isterdim.teşekkür edirem qabaqcadan.

  • nigar

    hekim bayaq da dediyim kimi 2ciye hamileyem.mende tezden o kesiyin yeri acila bilermi.1 il kecib.yazmisiz ki kesrden sonra 6aydan 1ile qeder hamile qalmaq olmaz.

    • Fuad Nəzərov

      Salam.Deməli,əgər əməliyyat düzgün aparılıbsa ,kesar əməliyyatından sonra uşaqlıqda olan çapıq qıssa müddətdə bərpa olunur.Hər ehtimala qarşı Siz həkim nəzarətində olmalısınız.

Leave a Comment

Start typing and press Enter to search