Kirpik Dibi İltihabı və Müalicəsi – Blefarit

 In Göz Sağlamlığı

Müntəzəm olaraq göz müayinəsi və gigiyenaya diqqət edərək kirpik dibi iltihabından qorunmaq olar əgər diqqət edilməzsə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Kirpik dibi iltihabı, xüsusilə antidepressantkortizon dərman istifadə edən xəstələrin göz sağlamlığı üçün təhlükəlidir.Davamlı göz müayinəsigigiyena bu xəstəlikdən qorunmağın əsas yollarıdır.

Göz qapağının rütubətli və yağlı quruluşu, normal şərtlərdə zərərsiz bəzi bakteriyaların bu şəraitdə yaşamasına imkan verir. Ancaq antidepressant və kortizon növü dərman istifadə edən xəstələrdə göz quruluğuna bağlı olaraq kirpik dibi iltihabı (Blefaritin) yaranır. Müalicə edilmədiyi zaman infeksiya yayılaraq ciddi göz xəstəliklərinəkirpik tökülməsinə qədər mənfi nəticələrə səbəb ola bilər. Blefaritin müalicəsində, uşaq şampunu ilə kirpik diblərinin təmizlənərək isti su ilə durulanması, antibiotik və kortizon damlalar, süni göz yaşı dkirpik-dibi-iltihabi_646x340amlaları və antibiotik həblər istifadə edilir.

Antidepressant və kortizon növü dərman istifadə edən xəstələr diqqətli olmalıdırlar

Antidepressantkortizon növü dərman istifadə edən xəstələrin, kirpik dibi iltihabı riski altında olduğunu bilməlidirlər. Xəstəlikdən qorunmaq üçün nizamlı göz müayinəsindən keçmək vacibdir.Xüsusilə yağlı dəriyə malik insanlarda kirpik dərinliklərində göz yaşının ifraz edilməsini təmin edən vəzilərin ağızlarının keçilməzliyi mənşəli göz qapağında şişlər yarana bilər.Davamlı yoxlanışlar ilə xəstəliyə erkən müdaxilə edilərək yarana biləcək kirpik dibi iltihabının qarşısını almaq olur.

Normal şərtlərdə göz qapağının normal quruluşu zərərsiz bəzi bakteriyaların yaşamasına imkan verir.İmmunitet sisteminin zəifləməsi, kirpik dibindəki piy hüceyrələrinin həddən artıq yağ ifraz etməsi, siqaret dumanı, bir sıra dərmanlar, kimyəvi maddələr, viruslar, antidepressant və kortizon kimi bir sıra allergik maddələr, bu zərərsiz bakteriyaların çoxalmasına və kirpik dibi iltihabının inkişaf etməsinə səbəb ola bilər.

Xəstələr müalicə edilməzsə kirpiklərini itirə bilərlər

Kirpik dibi iltihabının daha çox yetkinlik dövründə başlayır və uzun illər davam edə bilər.Bu hal xəstənin həyat keyfiyyətinə mənfi təsir göstərir. Blefarit xroniki bir problemdir. Müalicə olunmadıqda kirpiklər içəriyə doğru çevrilir, kirpiklərdə ağarma,korneada quru nöqtələr, çiban və sərt yağ kistləri yarana bilər.

Kirpik dibi iltihabının göz qapaqlarında qızartı və şişlik, kirpik dərinliklərində qabıqlanmaya səbəb olur.Bu qabıqlar qalınlaşdıqca yaranan çapıqlar səhərlər göz qapaqlarının bir-birinə yapışmasına səbəb olur. Müalicə edilmədiyi zaman bu vəziyyət daha da ağırlaşır və gözün digər hissələrinə də yayılaraq daha ciddi problemlərə səbəb olur. Müalicəyə başlanmazsa yayılan infeksiya bağlı olaraq kirpiklər tökülə bilər.

nocanvas_kirpik-dibi-iltihabiKirpik dibi xəstəliyindən qorunmağın yolu: Nizamlı müayinə və şəxsi gigiyena

Müntəzəm göz müayinəsigigiyenanın bu xəstəlikdən qorunmağın əsas yolu olduğunu dah öncə də bildirdim. Diqqətli və qayğılı münasibət göstərilmədiyi zaman yüngül halları da müalicə etmək son dərəcə çətinləşir və müalicədən sonra şikayətlər təkrar ola bilər. Bu səbəblə xəstələrin şəxsi gigiyena və kirpik diblərinin təmizliyinə diqqət göstərmələri çox önəmlidir. Eyni zamanda gözlərimizlə tez-tez təmas halında olan əllərimizin də təmizliyinə diqqət etməliyik. Hər gecə yatmadan əvvəl bir pambıq köməyiylə kirpik diblərini uşaq şampunu ilə təmizləməliyik. Beləcə, gün boyu gözlərimizə yapışan toz və kirpiklərdə qalan makiyaj qalıqlarından xilas olmuş olarsınız.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search