Qadınlarda aşağı səviyyələrdə olsa da ümumiyyətlə testosteron kişilərin testisləri tərəfindən ifraz olunan və gündəlik həyata belə təsir edən təsirli bir hormondur.
Bədəndəki əzələ inkişafını, cinsi istəyi və gücü, tük köklərinin qidalanmasına birbaşa təsir edən testosteron hormonu 30 yaşların əvvəllərindən başlayaraq getdikcə azalmağa başlayır. Buna görə kişilərdə 30 yaşdan sonra saçlar seyrəkləşir, qarın nahiyədə kökəlmə olur.
Ancaq bunun qarşısını almaq və normal vücud görünüşünə sahib olmaq insanın öz əlindədir. Elə bu haqda olan yazımda fikirlərimi siznlə paylaşacam.
Əvvəlcə yediyiniz qidalara diqqət yetirməlisiniz. Həddindən artıq yağlı və şəkərli qidalar bədəndəki ostrogen (qadınlıq) hormonunda artım meydana gətirəcəyi üçün bel ətrafında və döşlərdə yağlanmalara səbəb olur və testosteron hormonunun funksiyasını pozur. Bunun səbəbi isə kişilərdə də az miqdarda olan ostrogen miqdarı qaraciyərdə təmizlənir. Ancaq yağı və şəkəri də təmizləməklə vəzifəli olan qaraciyər üçün artıq iş olduğu üçün ostrogen fermentini təmizləməyi çatdıra bilmədiyi üçün orqanizmdə artım meydana gətirəcəkdir. Buna görə bunun istehlakına diqqət yetirmək lazımdır. Ancaq yağı tamamilə kəsmək də düzgün deyil. Yağ, zülaldan sonra testosteronu artırmaqda ən önəmli qidalardan biridir. İstehlak edəcəyiniz yağlar; Ət, toyuq və balıqda olan heyvan mənşəli yağlar, fındıq-fıstıq-badam kimi quru meyvələrdə olan yağlar və zeytunyağı kimi faydalı yağlardan olmalıdır.
Bədəninizin çinkosuz və D vitaminsiz qalmaması testosteron hormonu baxımından çox əhəmiyyətlidir.Sink tərkibi çox olan ərzaqlardan bəziləri; Toyuğun döş əti, hinduşka əti, quzu əti, quzu ciyəri, karides, yaşıl noxud, pendir, yulaf, bitter şokolad, yer fıstığı, badam, fındıq,quru lobya, ənginar, yumurta, qabaq və pomidor qidalardır. D vitamini isə balıq yağında, dəniz məhsullarında, süd və süd məhsullarında, yumurtada, göbələkdə və kartofda olduqca çox miqdarda vardır. Ancaq bədən D vitaminini öz-özünə sintezləşdirməsi üçün gündəlik 20-25 dəqiqə günəş işığına ehtiyacı vardır. Orqanizm D vitaminini ancaq günəş işığı ilə təmin edə bilir.
Bütün bunları tətbiq edərkən çəki artımına olduqca diqqət etmək lazımdır. Bədənin yağlanması testosteron səviyyəsini aşağı salacaq bir səbəbdir. Bu səbəbdən kişilərə özəl, əzələ artırmağa görə pəhrizlər üçün mütəxəssisə müraciət edərək artıq çəkidən yaxa qurtara bilərsiniz.
Həmçinin stressli bir həyat tərziniz varsa qısa bir tətilə çıxın. Çünki stress testosteron ifrazatına mənfi təsir göstərən bir amildir. İstirahət etmək imkanınız yoxdursa döyüş idman növləri ilə məşğul ola bilərsiniz.