Türkiyədən Prof.Dr. Ömər Özkan, son illərdə istər tibbdə istərsə də gündəlik həyatımızda diqqət mərkəzində olan kök hüceyrə və kordon bağının şişlərin müalicəsində istifadə edildiyini, ancaq orqan köçürmələrində də hüceyrə yenilənməsinin çarəsi olduğunu dilə gətirdi.
KLONLAŞDIRMA ARTIQ TƏTBİQ EDİLƏ BİLƏR
Professor Doktor Ömər Özkan, kök hüceyrənin iflicdən miqrenə, ürək infarktından parkinsona hətta hemoroide qədər hər dərdə dərman olduğunun ortaya çıxdığını bildirərək “Kök hüceyrə insan orqanizminin əsas hüceyrəsidir. Orqan və toxuma çevrilə bilər. Sonsuza qədər bölünə bilmə və çoxalma qabiliyyətinə malikdir. Elmi olaraq bir insanın eynindən ortaya çıxarmaq mümkündür. Klonlaşdırma artıq tətbiq edilə bilər vəziyyətə gəldi çıxdı. Ancaq kilsənin qarşı çıxması səbəbindən qarşısı alınır. Yalnız laboratoriya işlərində icazə verilir. Araşdırmaları davam etdirmək naminə bizim də bir Sağlamlıq Elmləri İnstitutu ilə kök hüceyrə laboratoriyası qurmağımız lazımdır” dedi.