Uşaqların çoxunda görülən barmaq əmmə, güman edilənin əksinə, hər zaman aclıq əlaməti deyil. Vərdişin 4 yaşından sonra davam etməsi, uşaqlarda laqeydliyin, sevgisizliyin və inamsızlığın işarəsi ola bilər.
Körpələr, diş çıxarma dövründə damağın qaşınmasına görə barmaq əmməyə başlayır. Bu davranış, adətən uşaqlar yuxuya gedərkən, acarkən, tək qaldığı zaman,qorxduğu zaman ortaya çıxır. 3-4 yaşlarına qədər normal qəbul edilən davranışın, bu yaş aralığından sonra davam etməsinin altında psixoloji faktorlar yer ala bilər. Valideynin təzyiqli və idarəedici mövqeyi, uşağın özünə inamını azalda bilər və uşaq barmaq əmmə hərəkətini göstərə bilər. Özünə kifayət qədər maraq göstərilmədiyini düşünən uşaqlar da diqqət çəkmək üçün daha kiçikmiş kimi davranmağa meylli olur.
Bu məsələdə ən böyük köməkçi faktor barmaq əmməkdir. Ailə içində yaşanan gərginliklər də uşaqlarda bu davranışa təkan verə bilər.”Barmaq” əmmək, hər hansı bir pisko-patoloji amil olmadan 3-4 yaşlarına qədər normal görülən bir hadisədir və hər bir uşaqda görülür. Bu davranışın ən əhəmiyyətli iki səbəbi yeni doğulan körpələrin barmaq əmməyi daha ana bətnində öyrənmiş olması və doğuşdan sahib olduqları ən güclü reflekslərdən birinin əmmə refleksi olmasıdır.
Diş quruluşunu pozur
Barmaq əmmə vərdişi aclıqdan irəli gəlmədiyi üçün adətən qidalanma problemlərinə səbəb olmaz. Araşdırmalar, ən gec 5-6 yaşlarında sona çatarsa davranış zərərsiz olur. Lakin barmaq əmmənin bu yaşlardan sonra davam etməsi dişlərdə deformasiyaya səbəb olur. Hələ inkişaf etməkdə olan əzələ və sümük strukturları üzərində təzyiq tətbiq edən barmaq əmmə, dişlərin yer dəyişdirməsinə yol açır.