Dişlərin Çıxması
Uşağın dişlərinin çıxması da əslində böyüdüyünü, inkişaf etdiyinin ifadəsidir və bu bizi xoşbəxt edir. Halbuki eyni vəziyyət narahatçılığa, iştahasızlığa səbəb olduğu zaman anaları çətinliyə salsa da bunların olması tamamilə normaldır və hamısı keçicidir.
İlk dişlər, altıncı aydan etibarən çıxmağa başlayır
Ümumiyyətlə hər nə qədər ilk diş, 6-cı aydan, hətta bəzən bir yaşdan sonra çıxsa da, 2-ci aydan etibarən görülməsi də mümkündür. Nadir olaraq bəzən körpələr bir və ya daha çox diş ilə doğulurlar. Çox sallanırlarsa bunların çəkilməsi lazımdır çünki uşağın onları udma ehtimalı vardır və ya əmizdirmə əsnasında problem yarada bilər. Adətən ilk çıxan diş ön tərəfdəndir. Diş, diş ətinə yaxınlaşdıqca o ətrafda qızartı, şişlik, həssaslıq ola bilər. Hətta bəzən dişin çıxacağı yerdə kiçik maye ilə dolu bir şişlik də yarana bilər. Bu kistlər adətən zərərsizdir və xüsusi heç bir müalicəyə ehtiyac yoxdur. 20 ədəd süd dişlərinin hamısının çıxması adətən üç yaşına doğru olur. Daimi dişlər altı yaş çıxır. Bəzi dişlər çıxarkən digərlərinə nisbətən daha ağrılı ola bilər. İlk çıxan diş bəzən ən pisi ola bilər. Bəzən daha böyük azı dişləri də problem çıxara bilər. Bir anda birdən çox dişin çıxması da mümkündür.
Uşağınız diş çıxararkən qarşılaşacağınız əlamətlər
Bir çox uşaq diş çıxararkən heç bir problem yaşamazkən bəziləri əhəmiyyətli dərəcədə çətinlik çəkirlər. Adətən diş çıxarma ilə bağlı ağrılar dalğalanma şəklində gəlir, gedir və başladıqdan sonra bir neçə dəqiqə içində keçər.
Diş çıxarma zamanı aşağıdakı əlamətlər yarana bilər
Artan tüpürcək
Yuxu nizamsızlığı
İştahsızlıq
Narahatçılıq
Körpənin əllərini dişləməsi
Ağız ətrafında tüpürcək yığılması
Nə vaxt həkimə müraciət etməlisiniz?
Diş çıxarma çox adi bir hal olduğundan və temperatur, ishal narahatçılıq da tez tez görüldüyündən, bir çox zaman eyni dövrdə qarşımıza çıxır. Diş çıxarma bu əlamətlərə səbəb olmaya bilər. Başqa bir xəstəliyin temperatur, ishal və narahatçılığa səbəb olması daha mümkündür. Bu və ya sizi narahat edən başqa əlamətlər olarsa həkiminizə müraciətinizdə fayda vardır. Yalnız dərhal diş çıxarmaqdan meyadana gəldiyinə inanmayın. Bir yaşından sonra diş həkiminə normal baxış üçün müraciət edə bilərsiniz.
Evdə tətbiq edilə biləcək sadə və faydalı təkliflər
Əziyyət çəkən körpənizin diş ətinə yüngül təzyiq etsəniz rahatlayar. Bu səbəbdən əllərinizi yuduqdan sonra barmağınızı o bölgəyə yavaşca qoymağınız və ya təmiz bir parça mateialını dişləməyə icazə verməyiniz uyğun olacaqdır.
Əgər sizcə, ağrı iştahsızlığa yol açarsa, bəzən yemək verərkən fərqli bir butulka ucu və ya ağızlı stəkan istifadə etməyiniz onun daha rahat qidalanmasına kömək edə bilər.
Soyuq əşyalar diş ətindəki qızartı və şişliyi azalda bilər. Bu səbəblə təcrübəli valideynlər təmiz, dondurulmuş parça materiallarından istifadə edirlər. Eyni zamanda tərkibində su olan dişliklər də var və soyuducuda soyudularaq istifadə edilir. Bununla yanaşı diş ətlərinə uzun müddətli həddindən artıq soyuq tətbiq etmək məsləhət görülmür. Unutmayın, körpənizin boğulmasına səbəb ola biləcək hər hansı bir şeyi ağzına aparmasına icazə verməyin.
Ağrı kəsici istifadə
edilməsi
İstifadə edilməməsinə üstünlük verilir, ehtiyac duyulduqda həkiminizin məsləhət etdiyi formada körpənizin diş ətini rahatlatmaq məqsədilə aşağıda göstərildiyi kimi ağrı kəsicilər vermək olar.
Diş əti üçün dərmanlar
Aptekdən ala biləcəyiniz bəzi dərmanlar ağrı kəsmək məqsədilə bilavasitə diş ətinin üstünə sürtmək olar.Onların tərkbində diş ətini müəyyən bir müddət üçün keyləşdirən maddələr vardır. Qısa müddət üçün işinizə yaraya bilər ancaq bəzi uşaqlar bunların dad və ya yaratdığı təsiri xoşlamır. Bu dərmanların körpənin boğazına toxunmaması vacibdir çünki o bölgənin keyiməsi gəyirmə reaksiyasını yüngülləşdirə bilər və yeməklərin ağciyərə qaçmasına səbəb ola bilər.
Qida yolu ilə qəbul edilən ağrı kəsicilər
Parasetamol və ya ibuprofen tərkibli dərmanlar ağrının azaldılmasında faydalı ola bilərlər. Bunlar daha əvvəl bəhs etdiyimiz üsullar yoxlandıqdan sonra bir neçə dəfə verilə bilər. Körpə diş çıxardığı çox dərmandan istifadə etməmək daha uyğundur.
Daha əvvəl də qeyd etdiyimiz kimi, diş çıxarmaq normaldır. Bu səbəblə buna bağlı olaraq yaranan problemləri normal qəbul edin. Çox körpə və uşaqlarda əvvəl axır 20 ədəd süd dişi çıxır, daha sonra bu dişlər tökülür və yerinə 32 ədəd daimi diş gəlir.
1,8ayliq uwaqda agiz suyu axmasi mumkundur?
Salam. Ağız suyunun körpələrdə axmasının səbəblərindən biri dişlərin əmələ gəlməsi zamanı diş yatağında olan qıcıqlandırıcı faktordur. Sağ olun
Sağ olun təşəkkürlər
Salam. Süd dişləri individual olaraq 7-8 bəzən 10 yaşa qədər tam daimi dişlərlə əvəz olunur.Əgər süd dişi çixarılıbsa hər hansı bir səbəbdən yerinə daimi diş geəməsi mümkündür. Sağ olun
Doktor mən başa düşmədim sizi. Əgər süd dişi çəlməyibsə demək onun yerinə diş çıxmayacaq. Zəhmət olmasa bu haqda mənə məlumat verin. Çəkilən köpək dişinin yerinə neçə aya diş çıxmalıdır.
Salam. Süd dişləri individual olaraq 7-8 bəzən 10 yaşa qədər tam daimi dişlərlə əvəz olunur.Əgər süd dişi çıxarılıbsa hər hansı bir səbəbdən yerinə daimi diş gəlməsi mümkündür. Sağ olun
Salam. Sizin uşağın əgər süd dişi çəkilibdirsə mütləq yerinə gələcək. Sağ olun
Salamlar. Mənim sizə bir sualım var. Mənim uşağımın üst qabaq dişini 2 aydır şəkdirmişəm. Hələ də yerinə diş çıxmayıbdır. Uşağın 10 yaşı hələ tamam deyil. Bilmək istəyirəm onun çəkilən dişinin yerinə diş gələcək ya yox?
Sağ olun
Usagim 10 ayliqdi dis cixarmasina gore ishal ve temperatur nece gun davam ede biler.
Salam.Dediyiniz hal uşaqlarda olur , müddəti isə 2-5 gün arası çəkə bilər. Sağ olun
Salam manim oqlum 10 ayliqdi hala disi cixmayib.sismayib ama yeri qasinir,tez cixarmasi ucun na eda bilaram,normal haldimi 10aydan sora cixarmasi
Salam. Siz tələsməyin orqanizm özü tənzimləyəcək. Sağ olun.