Körpələrdə Sarılığın Olması və Müalicəsi

 In Körpələr, Körpələrdə Sarılıq Xəstəliyi

Yenidoğulmuşların bir çoxu dünyaya gəldikdən 2-3 gün  sonra saralır – onların selikli qişaları,dərisi, gözləri sarı rəng alır.
İnsan həyatının ilk 28 günlük müddəti yenidoğulmuş dövrü adlanır.Vaxtında doğulan körpələrin %60-da; Vaxtından əvvəl doğulan körpələrin isə %80-də sarılıq görülür. Yenidoğulan körpələrdə görülən sarılıq xəstəliyinin çoxu fizioloji sarılıq; Yəni daha çox təhlükəli deyil və bir iki həftədə öz-özünə keçir.

Yenidoğulmuşda sarılıq necə yaranır?

Sarılıq bilirubin adı verilən, dəriyə sarı rəngi verən bir maddənin qandakı səviyyəsinin yüksəlməsi və dəridə yığılıb qalması nəticəsində yaranır. Yenidoğulan körpələrin qırmızı kürə hüceyrələri (qırmızı qan hüceyrəsi) daha çox olduğu üçün onların məhv olması (parçalanması) nəticəsində bilirubin maddəsi ortaya çıxır. Doğuşdan əvvəl körpənin bilirubinini ananın qaraciyəri təmizləyir; Doğuşdan sonra isə uşağın qaraciyərinin bilirubini təmizləyə biləcək həcmə çatması bir neçə gün çəkir; Buna görə də qaraciyər tərəfindən kifayət qədər təmizlənməyən bilirubin artaraq sarılığa səbəb olur.5725466882680

Yenidoğulan körpələrdə sarılığın erkən təyin olunması və nəzarətdə saxlanılması olduqca əhəmiyyətlidir çünki, sarılıq adətən özü-özünə keçsə də, bəzi hallarda bilirubin yüksək səviyyələrə çatıb beyin toxumalarına mənfi təsir edə bilər. Buna görə sarılığı olan yenidoğulmuşlar xüsusilə ilk bir həftə-on gün içindəki həkim nəzarəti son dərəcə əhəmiyyətlidir. On gündən sonra qan beyin baryeri bağlanaraq bilirubinin qandan beynə keçməsinin qarşısı alındığı qəbul edilir.

Fizioloji sarılıq

Fizioloji sarılıq adətən həyatın ikinci günü başlayır, üç və dördüncü günlərdə ən yüksək səviyyəyə çatır daha sonra getdikcə azalır.

Patoloji sarılıq

Patoloji sarılıq uşaq doğulduqdan dərhal sonra inkişaf edir, bilirubinin səviyyəsi körpənin qanında çox tez artır, qaraciyər, dalaq böyüyür, sidik rəngi tündləşir, nəcis rəngsizləşir, hemoqlobinin səviyyəsi çox aşağı düşür və s. Bu sarılıq forması nadir hallarda inkişaf edir və onun əsas səbəbləri ana ilə körpənin rezus-uyğunsuzluğu  (anada qanın rezus-faktoru mənfi, körpədə müsbət olduqda), qaraciyərin bətndaxili zədələnməsi, bəzi genetik patologiyalar və s.-dir.

Digər səbəblər

Yenidoğulmuşlarda sarılıq yarada biləcək başqa səbəblər də var. Bunlardan ən çox görülən ikisi qan qrupu uyğunsuzluğuna (ABO və ya Rh uyğunsuzluğu) bağlı yaranan sarılıqdır. Bu hallarda qırmızı qan hüceyrəsi çox sürətli bir şəkildə parçalanır və çox miqdarda bilirubin aşkara çıxır.

Digərləri;

Körpənin kifayət qədər ana südü ya da butulkadan qidalanırsa formula (mama) qəbul edə bilməməsi,
Diabetli anaların körpələri,
Bəzi çətin doğuşlarda, körpənin baş dərisi altında qan yığılması vəziyyəti,
Sidik yolu infeksiya,
Ana südü sarılığı,
Doğuşdan gələn bəzi hormon xəstəlikləri.
Bu halları müəyyən etmək üçün xüsusi analizlər aparmaq lazımdır.

Körpənizin sarılıq olduğunu necə bilə bilərsiniz?

Sarılıq əvvəlcə üz nahiyəsində başlayır, qandakı bilirubin səviyyəsi artdıqca zamanla sinəyə, qarına, əl və ayaqlara doğru irəliləyir. Göz ağı da saralır.

Dəridəki sarı rəng ən yaxşı gün işığında və ya floresan lampa işığı altında görülür.
Körpənizin sarılıq olduğunu görər görməz, gözləmədən bilirubin səviyyəsinin müəyyən edilməsi üçün həkimə müraciət etməyiniz çox vacibdir. Həkim aparacağı müayinə ilə qandakı bilirubin səviyyəsinə baxıb baxmayacağına qərar verərək nəzarət etmək barəsində sizi istiqamətləndirəcəkdir.

Bilirubin artdıqca uşaqda nə kimi əlamətlər yaranır?

Ən başda uşağın cildindəki sarılıq getdikcə tütndləşərək aydınlaşır. Körpə daha çox yatır, əmməsi azalır (bu sarılığı daha da artırır). Əgər bilirubin çox yüksəlib beyinə təsir edibsə (kernikterus), o zaman körpə cır səslə ağlamağa başlayır, başını geriyə atır. Bu vəziyyətdəki bir körpədə nəticədə əksəriyyətlə zəka və inkişaf geriliyi, eşitmə, görmə problemləri yaranır.

Hansı uşaqlar sarılıq baxımından daha çox nəzarətdə saxlanılmalıdır?

Vaxtından əvvəl doğulmuş körpələr
Doğum əsnasında baş dərisi altında qanaxma əmələ gəlmiş olanlar
İlk 24 saatda sarılığı aşkar olunanlar
Əmmə problemi olub buna bağlı olaraq yaxşı qidalanmayan körpələr
Sarılığı iki həftədən uzun sürən körpələr,
Böyük qardaş və bacıda uşaqlıq dövrlərində işıq müalicəsi tələb edəcək qədər sarılıq müəyyən edilmiş olanlar.

yenidogan-sariligi-tedavisi_646x340Sarılığın Müalicəsi

Körpənin qarın, qol və ayaqlarında sarılıq varsa, bununla yanaşı çox yatırsa,əmməsi də zəifləmişsə neçənci günündə olursa olsun, dərhal həkimə müraciət edilməlidir. Çünki bunlar bilirubin səviyyəsinin artmış olduğunun göstəriciləridir.
Körpədə sarılıq varsa həkimin müayinəsilə birlikdə körpəni daha yaxşı qidalandıraraq sarılığın tez keçməsi baxımından əhəmiyyətlidir.Patoloji sarılığın yüngül formalarında isə körpəyə qlyükoza, ödqovucular və işıqla müalicə təyin olunur. Daha ağır formalarında qan köçürülməsindən istifadə olunur.

Yenidoğulmuş sarılığı daha çox görülməsinə və bir çox körpədə də öz-özünə keçməsinə baxmayaraq, bu hal hər körpəyə aid deyil. Hansı yenidoğulmuşda bilirubin səviyyəsinin təhlükəli səviyyəyə çatacağı hər zaman təxmin edilə bilinmədiyi üçün körpənin ilk 3-5 gün içərisində bir həkim tərəfindən yoxlanılması çox vacibdir.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search