Laparoskopik Əməliyyatın Aparılması

Müəllif
Bölmə Laparoskopik Cərrahi Əməliyyat

Laparoskopik cərrahiyyə nədir?

Laporoskopiya optik alətlərlə qarın bölgəsinin iç qisminin görüntülənməsinə deyilir. Laporoskopik cərrahiyyə laporoskopiya texnikasından istifadə edilərək aparılan cərrahi əməliyyatdır. Laporaskopik əməliyyatlar xəstəyə ən az dərəcədə zərər verən əməliyyatlar statusundan olan endoskopik əməliyyatlar qrupundadır. Laporoskopik demək aparılan cərrahi əməliyyatın qarın bölgəsində olduğunu göstərir.

Laparoskopik Cərrahiyyə ilk dəfə olaraq 1987-ci ildə Fransada tətbiq olunan bir əməliyyat növüdür. Fransanın bu üsuldan istifadə etməsindən sonra avropa ölkələrində də istifadə edilib və 1999-cu ildən etibarən ölkəmizdə də geniş olaraq istifadə edilən bir əməliyyat formasıdır.

Xalq dilində qansız əməliyyat olaraq da bilinən bu əməliyyat formasında, xəstənin vücüdunda skalper istifadə edilmədən əməliyyat həyata keçirilir. Laporoskopik əməliyyat xəstənin göbək dəliyindən girlilərək tətbiq edilir. Cərrahi əməliyyat zamanı lazım olduğu təqdirdə qarın bölgəsində 3 mm vəya 5 mm dəliklər açılaraq lazımi bütün proseslər xəstəyə ən az şəkildə zərər verərək tamamlanır.

Digər Cərrahi Əməliyyatlarda İstifadə Edilməsi

Laporoskopik əməliyyat ilk olaraq öd kisəsi əməliyyatında istifadə edilməklə başlayıb daha sonra appendisit, qasıq yırtığı, mədə rezeksiyası kimi əməliyyatlarda böyrəküstü vəzlərin əməliyyatında eyni zamanda bir çox ümumi cərrahiyyəyə aid əməliyyatlarda  istifadə edilir. Laporoskopik cərrahiyyə ortopediya, ginekologiya, ürək damar cərrahiyyəsi kimi sahələrdə də geniş istifadə edilməkdədir.

IMG_2848

Tətbiq Etdiyim Laparoskopik Xolesistektomiya Əməliyyatdan bir Görüntü !

Laporoskopik cərrahiyyə zamanı cərrahın rahat işləməsi üçün qarının şişirdilməsi lazımdır, qarını şişirtmək üçün veres adlandırılan bir iynə ilə qarın içinə xəstənin daxili orqanlarına zərər verməyəcək qədər karbondioksid qazı verilir. Qarın üzərində açılan 1 cm-lik bir dəlikdən 10 mm-lik optik bir cihazdan ibarət olan bir boru qarının içinə salınaraq xəstənin qarnına baxılır. Bu görüntülərlə əməliyyata səbəb ola biləcək başqa hallar olub olmadığı göründüyü üçün son dərəcə sağlam qərarlar verilir və bir əməliyyat planı yaradılması çox daha asan bir hal alır.

Əməliyyatın tətbiq edilməsi üçün xəstənin vəziyyəti tətbiq ediləcək əməliyyat üçün uyğun hala gətirilir. Daha sonra əməliyyat üçün lazım olan digər alətlərdə kiçik dəliklər açılaraq xəstənin qarnına yerləşdirilir. Əməliyyat üçün istifadə edilən digər alətlər də normal açıq əməliyyatlarda istifadə edilən alətlərin daha incə şəkilləridir.

Üstünlükləri Nələrdir?

Laporoskopik əməliyatların üstünlükləri mövzusunda digər açıq əməliyyatlardan fərqi çox faydalı bir əməliyyat üsuludur. Laporoskopik əməliyyatlar zamanı xəstənin bədəninə ölçüsü beş ilə on millimetr arasında olan üç və ya ən çoxu altı deşik açıldığı üçün xəstənin cərrahi müdaxilə sonrasında hiss edəcəyi ağrı səviyyəsi daha aşağıdır. Xəstənin bədənində elə ciddi bir zədə yaradılmadığı üçün xəstənin sağalma müddəti çox qısadır. Yaxşılaşma müddətinin qısa olması xəstənin həm əməliyyat sonrasında əziyyət çəkməsi ortadan qalxır həmdə xəstənin qısa bir müddət içərisində işinə qayıtmasını təmin edir.

Qıssa Müddətdə Sağalma

Laporoskopik cərrahiyyə xəstələrin sağalma müddətində və əzab çəkməməsi üçün çox yaxşı bir seçim olduğu kimi əməliyyatı edəcək olan həkimin də yaxşı seçilməsi lazımdır. Sahəsində mütəxəssis olmayan həkimlərin riskli əməliyyatlar üçün seçim edilməməsi cərrahi müdaxilənin yerində olması və sağalma müddətinin qısa olması məsələsində ön plandadır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN