Leykemiya Haqqında Bilmədiklərimiz

 In Leykemiya - Lösemi Xəstəliyi

Ümumi olaraq;

Kəskin leykemiya (lösemi), uşaqlıq çağı xərçəngləri arasında ən çox görülənidir. Cəmiyyətlərə görə görülmə sıxlığı dəyişir və qəbul edilən nisbət; yüz min uşaqda 3-4 arasındadır. Leykemiyanın inkişafında; Radiasiya və boya sənayesində istifadə edilən benzinə məruz qalmaq çox təsirlidir. Bununla yanaşı leykemiya diaqnozu qoyulan uşaqların böyük hissəsində heç bir səbəb yoxdur.

Uşaq leykemiyalarında müalicə formaları; Kemoterapi, radyoterapi sümük iliyi nəqlidir. Kemoterapidə ilk ay; 6-7 fərqli kemoterapatik agentlər fərqli dozalarda, intensiv olaraq verilir. Müalicəyə X şüası ilə keçirilən radyoterapi də əlavə oluna bilər.

Müalicə edilə bilər

Müalicənin birinci ayındakı yaxşılaşma göstəricilərinə baxılaraq risk sinifləndirilməsi aparılır. Bu sinifləndirmədən sonra yüksək riskli qrupa sümük iliyi nəqli lazım ola bilər. Sümük iliyi nəqli üçün; 18-65 yaş arası sağlam olan hərkəs donar namizədi ola bilər.Donar namizədi olmaq üçün; Lisenziyalı Sümük İliyi Banklarına müraciət edilə bilər. Ancaq nəql ediləcək xəstələrdə ilk baxılan ailə üzvləridir. 849890_detay

Bizim üçün leykemiya müalicə edilə bilən bir xəstəlikdir. Ancaq yüzdə 10-20-lik qrupda, xəstəlik təəssüf ki təkrar edə bilər. İki il sonra xəstəliyin təkrar etmə riskinin çox azaldığı, beş ildən sonra isə bu riskin olmadığı güman edilir.

Leykemiyaya qarşı; Uşaqları sənaye çirklənməsindən və kimyəvi maddələrdən uzaq tutmaq lazımdır. Süd məhsulları və təzə meyvelərdən bol-bol istehlak edilməsi təklif edilir. Mobil telefonu istifadəsinə də yetkinliyin gec dövrlərinə qədər icazə verilməməsində fayda var. Komputer istifadəsi də iki üç saatı keçməməlidir.

Yeni müalicələr ilə müvəffəqiyyət nisbəti %80-dir

1960-cı illərdə leykemiya xəstələrinin yaşama şansı təəssüf ki, bir neçə ay idi. Ancaq kemoterapidə istifadə edilən dərmanların sayının artması, xəstələrin həyatda qalma müddəti bir neçə il ola bildi.

Xəstəxana şəraitində təmizlik tədbirləri, dəstəkləyici qidalanma təklifləri, katater kimi daha sağlam damar yollarının istifadə edilməsi və ailələrin də daha diqqətli olması ilə; Uşaqlıq leykemiya xəstəliyinin müalicə edilə bilmə nisbəti yüksəlmişdir. Bütün bu proseslər ilə bu nisbət; %80-ə çatmışdır.

Halsızlıq və Sümük Ağrılarına Diqqət Edilməlidir

Kəskin leykemiya inkişafı günlər, həftələr ərzində sürətli baş verir. Qan xərçəngi hüceyrələrinin artmasına bağlı ilk inkişaf edən əlamətlər; Yayılmış və təkidli sümük ağrıları, halsızlıq, bədəndə qançırlar, diş əti və burun qanaxmaları, sidikdə qan və təkrarlayan infeksiyalardır.

Əvvəl şikayəti olmayan uşağın təkrarlayan infeksiyalar ilə birlikdə halsızlıq və qanaxmaları varsa; Uşaq mütləq bir həkim tərəfindən qiymətləndirilməlidir. Bundan başqa,çəki itkisi, gecə tərləməsi, iştahsızlıq əlamətləri də həkim tərəfindən təhlil edilməlidir.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search