Mədə Qanaxmasının Əlamətləri,Səbəbləri və Müalicəsi

Nədir?

Mədə qanaxması həzm sistemində olan,mədədə müxtəlif səbəblərdən meydana gələn qanamaların ümumi adıdır. Cəmiyyətdə tez-tez rast gəlinən xəstəlik insanlara görə fərqli əlamətlərlə özünü göstərir. Mədə mukozasındakı inflamasiyaya bağlı olaraq inkişaf edən, müalicə ilə yaxşılaşan lakin təkrar yenidən başlayan bir xəstəlikdir. Ciddi sağlamlıq problemlərinə səbəb olmaması üçün mütləq həkim nəzarətində müalicə edilməsi lazımdır.

Mədə qanaxmasının növləri hansılardır?

1107

Mədə

Akut mədə qanaxması: 1-6 həftə ərzində davam edən qanaxmalardır.

Xroniki mədə qanaxması: 6 həftədən daha uzun müddət davam edən qanaxmalardır. Əlamətləri, səbəbləri və müalicəsi akut qanaxmalara görə fərqlilik göstərə bilər.

Mədə qanaxmasının səbəbləri nələrdir?

Ailəvi və ekoloji amillər
Qanmaya səbəb olacaq dərmanlardan istifadə edilməsi
Kəllə travmaları olması
Stress və gərginlik halları
Zəif vücud quruluşu
Cərrahi əməliyyatlar
Müalicə edilməyən yaralar
Çox miqdarda alkoqol istifadəsi

Mədə qanaxması əlamətləri nələrdir?

Əlamətlər yaş qruplarına görə fərqlilik göstərə bilər. Bəzi hallarda heç əlamət göstərməyə də bilər. Əlamətlərin biri və ya bir neçəsi bir yerdə ola bilər.

mide-kanamasi

Mədə qanaxmasının olması

Qarın bölgəsinin üst hissəsində ağrı və narahatlıq hiss etmək
Mədədə meydana gələn həzimsizlik və şişlik şikayətləri
Ürək bulanması və qusmaqla birlikdə turşuluq və yanma hiss edilməsi
Mədədə doyma hissi olması
Qusmanın qırmızı rəngdə ya da qəhvə rəngində olması
Makatdan qan gəlməsi və halsızlıq hiss edilməsi

Mədə qanaxmasının müalicəsi necə aparılır?

Əvvəla qanaxmanın mənbəyi aşkar edilərək, qanamanın kəsilməsinə çalışılır. Bunun üçün xəstəyə qastroskopiya tətbiq edilərək qanaxmanın səbəbi təyin edilir. Tətbiq olunan dərman və istilik müalicələri ilə qanaxma kəsilir. Qanın dayanmasından sonra yenidən olmaması üçün lazım olan dərman müalicəsinə başlanılır. Qanaxmaya səbəb olan xora  varsa onların da müalicəsi aparılır. Qanaxmanın səbəbinin müəyyən olunması, gələcəkdə yarana biləcək xərçəng xəstəliyinin qarşısını alacaqdır. Qanaxması yüngül olan xəstələrə turşu tənzimləyici dərmanlarla birlikdə uyğun pəhriz proqramları tətbiq olunur. Pörtmüş kartof, süd, unlu xörəklər kimi yüngül və yumşaq qidaların qəbul edilməsi yararlıdır. Lif baxımından zəngin qidaların yeyilməsi, qanaxması olan xəstələrə tövsiyə edilmir.

SON MƏQALƏLƏR
2 şərh
  • Fuad Nəzərov

    Salam. Size yeni etap müalicə davam edilməlidir, preparatların təsiri ehtimal olunur. Sağ olun

  • Neman

    Salam Hekim.Mende 3- 4 gündür davam edən ishal var. 2 ay bundan evvel mede qanaxması kecirtdim.İndi ise mede qoruyucu ve demir arttırıcı dermanlardan istifade edirem. İshal ucun ne ede bilerem? zehmet olmasa cavab verin

ŞƏRH YAZIN