Mədə Qıcqırması və Müalicəsi

 In Mədə Rezeksiyası - Cərrahi Əməliyyat, Məsləhət

Mədə qıcqırması

Ağır bir yeməkdən sonra, mədənizin həssas olduğu qidaları yedikdən sonra ya da həddindən artıq ədviyyatlı bir yeməkdən sonra görülə bilər. Bu tip mədə qıcqırmasından qaçınmaq üçün sizə narahatlıq verən qida və içkilər bir yerə qeyd edərək özünüzə uyğun bir qidalanma proqramı yarada bilərsiniz. Ancaq mədə qıcqırmasının səbəbləri təkcə bunlar deyil. Qida allergiyası, bakteriyel infeksiyalar, mədə yarası, öd kisəsi xəstəlikləri, stress və daha bir çox rahatsızlıq mədə qıcqırmasına səbəb olur.mede

Müntəzəm olaraq görülən və şiddətlənən mədə qıcqırması şikayətiniz varsa buna öz özünüzə həll yolu axtarmaq yerinə, həkimə müraciət etsəniz daha da yaxşı olar.

Mədə Qıcqırması üçün Nə Yaxşı Olar?

Mədə qıcqırmasının əsas səbəbi həddindən artıq mədə turşusu ifrazatıdır. Mədə turşusu, həzmi çətin olan qidaları parçalamaq üçün daha çox ifraz olunur və mədənizdə hər hansı bir yara varsa (xora kimi) bu bölgədə yanma yarada bilər. Reflyuksu olanlarda isə turşu yemək borusuna qaçır və mədə turşusuna dayanıqlı olmayan qida borusunu yandırmağa başlayır. Bütün bu əlamətləri yüngülləşdirmək üçün əvvəlcə mədə turşusunun nəzarət altına alınması lazımdır. Antasid dərmanlar (talsid, rennin, gaviscon kimi) mədə turşusunu tənzimləyərək qıcqırmanı azaldır.

Digər Üsullar

Kəklikotu çayızəncəfil çayı mədə qıcqırmasını azaldan bitki çayları arasındadır. Hər iki çay da həzm sisteminə kömək edir. Çayı dəmlədikdən sonra bir müddət soymasını gözlədikdən sonra için. Çaya 1 çay qaşığı bal da əlavə etmək olar.

Bal; Mədə turşusu və yaranın səbəb olduğu ağrılar üçün ənənəvi olaraq istifadə edilir. Hər gün 1 çay qaşığı orqanik balı 1/4 çay qaşığı darçınla qarışdıraraq yesəniz mədənizi rahatladacaq.

Əgər mədə qıcqırması həddən artıq qaz səbəbilə olursa, kürəyiniz dik şəkildə oturun və əlinizlə mədənizi geniş dairəvi hərəkətlərlə masaj edin. Yavaş bir yürüyüş qazın çıxmasına yardımçı olacaqdır.

Stress mədə ağrısına və mədə qıcqırmasına yol aça bilər. Stressi mütləq nəzarət altına ala bilmək üçün bir yol tapmalısınız.

Banan yemək qıcqırmağı bir miqdar azaldır.

Yeməkdən sonra uzanmayın. Kürəyiniz dik olaraq ayaqlarınızı uzadın. Bu şəkildə mədə turşusunun yemək borusuna getməsinin qarşısını ala bilərsiniz.

Yatmazdan 2-3 saat əvvəl yemək yeməyin.

Yatarkən başınızı yastıq köməyi ilə yuxarıda tutun.

Mədə Qıcqırmasından Qaçınmaq Üçün Bunları Edin

Yediyiniz yeməklər səbəbilə mədə qıcqırması yaşayırsınızsa yediyinizəiçdiyinizə diqqət etməlisiniz. Məsələn, artıq qəhvə və çay içməyin, kola kimi qazlı içkilər içmək, yağlı yeməklər, həzmi çətin olan ət yeməkləri, həddindən artıq ədviyyatlı qidalar və fast-food yeməklər mədə qıcqırmasının başlıca səbəbləri arasındadır. Həmçinin glutenlaktoza intoleransınız varsa gluten tərkibli qidalardan və süd məhsullarından uzaq durmalısınız. Bunlardan başqa, siqaret çəkmək, həddindən artıq alkoqol istehlakı, nizamsız yuxu kimi amillərin mədə qıcqırmasını şiddətləndirdiyi məlumdur.mide-eksimesine-ne-iyi-gelir

Bunlara Dəqqət Edin

Yuxarıdakı üsullarla mədə qıcqırmasını bir müddət yüngülləşdirə bilərsiniz ancaq bu üsullar yalnız müvəqqəti bir həll yolu olaraq istifadə edilməlidir. Təkrar edilən mədə qıcqırması yazının əvvəlində qeyd etdiyim kimi fərqli bir sağlamlıq probleminin bir əlaməti olaraq yaşana bilər. Bu tip qıcqırmaların müalicəsi səbəbinə bağlı olaraq antibiotiklə, ağrı kəsicilərlə və lazım olan hallarda əməliyyatla həyata keçirilir. Daima mədə qıcqırması ilə narahat olmaq əvəzinə bir həkimə müraciət edərək qıcqırmanın səbəbini öyrənmək və uyğun müalicə üsulunu tətbiq etmək daha doğru olar.

Recent Posts

Leave a Comment

Start typing and press Enter to search