Müalicəsi
Məmə xərçəngi müalicəsi bu sahədə ixtisaslaşmış bir qrup tərəfindən aparılmalıdır. Bu qrupun əsas üzvləri məmə cərrahı, tibbi onkoloq və radiasiya onkoloğudur. Məmə xərçənginin əsas müalicəsi cərrahidir. Seçim edilən cərrahi şəkli məmə toxumasının tamamilə çıxarıldığı mastektomiya əməliyyatıdır. Ancaq, ilkin mərhələ kiçik şişlərdə məmə qoruyucu cərrahiyyə tətbiq olunması da uyğundur. Xərçəng xəstəlikli toxumanın məmədən, ətrafında bir parça sağlam məmə toxuması buraxılaraq çıxarılmasına lumpektomiya adı verilir. Ancaq, lumpektomiya edilən məmələrə daha sonra radyoterapiya verilməsi şərtdir. Görülən işlər nəticəsində məmə qoruyucu cərrahiyyə nəticələrinin məmə amputasiyası ilə oxşar olduğu başa düşülmüşdür. Bu yanaşma xüsusən qərb ölkələrində məmənin amputasiyasına üstünlük verilir.Cərrahiyyə sonrası lazım gələrsə tamamlayıcı olaraq kemoterapiya və ya hormonoterapiyaları tibbi onkoloqlar tərəfindən aparılır. Bəzi hallarda radyoterapiya da həyata keçirilməsi lazımdır. Müalicə qərarı verərkən şişin böyüklüyü, qoltuq altı limfa vəzilərinə yayılım olub olmaması, şişin hormon asılılıq vəziyyəti, Her2 (c-erb-b2) adı verilən xərçəng geninin varlığı kimi amillər nəzərə alınır. Şişin böyük olduğu hallarda müalicəyə əvvəl kemoterapiya ilə başlanıb şişin kiçildilib cərrahiyəyə uyğun hala gətirilməsi lazımdır. Bu müalicələrə həkiminiz qərar verib sizi istiqamətləndirəcəkdir.
Məmə Xərçənginin Əlamətləri
Döş xərçənginin ən çox rast gəlinən əlaməti, məmədə ağrısız, zamanla böyüyən bir kütlənin hiss edilməsidir. Ancaq, xəstələrin çox azında ağrı da əlamətlərə müşayiət edə bilər. Daha nadir olaraq məmədə dartılma, dəridə qalınlaşma, şişlər, dəridə pozuntular və döş ucunun həssaslaşması ya da iç tərəfə dönməsi də daxil olmaqla döş ucu əlamətləri yer alır. Güman edildiyinin əksinə ağrı və qanlı axıntı irəli mərhələlərdə ortaya çıxır.
Diaqnozu
İlkin mərhələdə döş xərçəngləri digər xərçəng növlərində olduğu kimi irəli mərhələlərə gələnə qədər açıq bir əlamət verməyə bilər. Erkən diaqnozda ən mühüm amil, insanın bu barədə məlumatlandırılmasıdır. Bu səbəblə, döş xərçənginin erkən diaqnostikası üçün təklif edilən nəzarət proqramlarını tətbiq etməyiniz çox vacibdir. Məmə xərçənginə erkən mərhələdə diaqnoz qoyulması, müalicənin müvəffəqiyyətlə aparılması xəstənin yaşama şansını artırır. Erkən diaqnoz üçün üç əsas üsul tətbiq oluna bilər. Bunlar; Evdə öz özünə aparılan məmə kontrolları, həkim tərəfindən ildə bir aparılan məmə müayinələri və mamografi (məmə rentgen filmi) kimi sayıla bilər. Qadınların 20 yaşından sonrakı dövrdə, hər ay məmələrini öz özlərinə müayinə etmələri lazımdır. Menopauzadan əvvəlki dövrdə adətin başlamasından sonrakı 7-10. günlərdə, menopauzadan sonrakı dövrdə isə hər ayın eyni günündə müayinə etməlisiniz. Məmə toxuması içərisində hər hansı bir şübhəli kütlə ələ gəldiyi zaman vaxt keçirmədən həkimə müraciət edin. 20 yaşından sonra 2 ildə bir, 40 yaşından sonra ildə bir dəfə həkimə müraciət edərək məmə müayinəsi olun. Bu şəkildə təqib edilən qadınlarda xərçəngin çox erkən dövrlərdə yaxalandığı və məmə xərçənginə bağlı ölümlərdə %30 nisbətində azalma olduğu müəyyən edilmişdir.
Doktor salam.Meme xercengi sonsuzluq yarada biler?