Alisklamp Haqqında

Müəllif
Bölmə Sünnət - Alisklamp

Azərbaycanda ilk dəfə olaraq Ali Dərəcəli Həkim Cərrah Fuad Nəzərov tərəfindən tətbiq olunmaqdadır !

Nədir?

Alisklamp tikişsiz , qanamasız , estetik , sürətli , problemsiz və xəstəlik riski olmadan sünnət etmək üçün inkişaf etdirilmiş tək istifadəlik bir sünnət alətidir.

Alisklamp sıxma mexanizması ilə sünnət edilməsini təmin edən kiçik bir plastik alətdir. Polikarbonatdan əldə edilmiş şəffaf plastik bir balondan və ağ neylon bir sıxma mexanizmindən ibarətdir.Son dərəcə yüngüldür və istifadə üçün asandır.

Alisklamp yeni doğulmuş uşaqlardan yetkin insanlara qədər bütün yaş qruplarına istiqamətli olaraq fərqli ölçülərdə mövcuddur. EO sterilizasyonu edilir. Hər alisklamp’in yanında uyğun ölçünü seçmək,təmin etmək üçün bir ölçü aparatı yer almaqdadır.alis_hakkinda2

Alisklamp mövcud sünnət alətləriylə çox sayda sünnət edən mütəxəssis və praktikant həkimlər ilə köməkçi sağlamlıq işçilərinin ortaq fikirləri alınaraq hazırlanmış , anatomik cəhətdən uyğun tək sünnət alətidir.

Alisklampın unikal , anatomik uyğun dizaynı və asan istifadə şəkli sünnətdən mükəmməl nəticələr əldə edilməsini təmin edir.Hazırlanarkən günümüzdə mövcud sünnət alətlərində tez-tez qarşılaşılan və ciddi ağırlaşmalara səbəb ola bilən problemlər aradan qaldırılmışdır. Alisklamp ilə sünnət əməliyyatı daha etibarlı , daha sürətli və daha qabiliyyətlə reallaşmaqdadır.

Alisklampın invaziv (yayılma) xüsusiyyəti olmadığına görə klassik sünnət əməliyyatlarında yaşanan problemlərin qarşısını elə bu alətin istifadəsi ilə almaq mümkündür.

 

Alisklampın Üstünlükləri

GİGİYENİK SÜNNƏT : Hər hansı bir açıq yara meydana gəlmədiyindən ötəri xarici mühitdən gələ biləcək bir infeksiyaya qarşı qoruma altındadır.Təkrardan istifadə edilən alətlərin qeyri-kafi sterilizasiyadan qaynaqlanan HİV , hepatit kimi infeksiyalardan qoruyur, sterilizasiyanın tam təmin edilmədiyi toplu sünnət əməliyyatları üçün ən ideal sünnət yöntəmidir.Sünnətlə keçə biləcək HEPATİT və AİDS kimi xəstəliklərin qarşısının alınması ilə ölkənin səhiyyə sisteminin bu xəstəliklərin müalicəsi üçün xərcləyəcəyi pul və bu xəstəliklərin insana verəcəyi əbədi zərərlərin qarşısı alınmış olur.

ESTETİK SÜNNƏT : Tikişlə sünnət seqment əməliyyatı əl ilə edildiyindən mukozada və penis dərisində asimmetriya , qırtışlaşma , tikiş atılan yerlərdə boğumlanmalar , büzüşmə meydana gəlməkdədir. Buda sünnət olan şəxslərin yetkinlik dövründə bir sıra psixolojiq çətinliklərinin ortaya çıxmasına səbəb olmaqdadır.Uzun saxlanılmış mukoza isə erkən boşalma probleminə səbəb ola bilməkdədir. Alisklamp ilə edilən sünnətlər penis dərisi və mukozanın birləşmə yeri cizgi şəkildə düzgün qaydada çıxır.Mukoza glansın hər tərəfində eyni uzunluqdadır,mukoza uzunluğu sünnət edən adam tərəfindən istəyə görə nizamlana bilər.

 TƏHLÜKƏSİZ SÜNNƏT :Glans penisin bir qəza nəticəsində kəsilməsinə və ya digər zədələrə qarşı qoruyur.Sünnət əsnasında penisin təbii quruluşuğuna toxunulmadan yalnız sünnət dərisinin kəsilməsinə imkan verir.

 SÜRƏTLİ SÜNNƏT : DigəAlısklampsr sünnət metodlarına görə daha sürətli bir sünnət prosesidir.Sünnət əməliyyatının çox qısa müddətdə bitməsinə imkan verdiyinə görə uşaqların sünnət stresini ən aza endirir.Sünnət əməliyyatı çox daha qısa zamanda başa çatdığına görə sünnət edən həkimin konsentrasiyası pozulmadan daha çox sünnət etmək imkanı təmin edir.

KOAQULYASİYA YOX: Unipolar , bipolar , və termokoter kimi penis cərrahiyəsində istifadə edilməsi təklif edilməyən vasitələrə ehtiyac yoxdur.Bu vasitələrin sünnətdə istifadəsi müxtəlif tibb qurumlarına görə dünya daxilində təhlükəli olaraq qəbul edilmişdir və heç bir zaman tövsiyə edilməməkdədir.

TİKİŞ YOX : Tikişə hər hansı bir şəkildə ehtiyac qalmır.

QANAMA YOX: Əməliyyat zamanı və sonrasında heç bir qanama görülməməkdədir.Meydana gələn bir neçə damla qan kəsilib götürülməkdə olan sünnət dərisindən meydana gəlir.Bu səbəblə hemofiliya kimi qanama pozğunluğu olan uşaqlarda rahatlıqla tətbiq oluna bilər.

 SARĞI və YARA BANDI YOX: Sarğı və yara bandı ilə sarımağa da ehtiyac yoxdur.Sünnətdən sonra antibiotikdən istifadə etməyə də ehtiyac yoxdur.

 QARŞILIQLI İNFEKSİYA YOX : Sünnət əməliyyatı əsnasında həm sünnət edəni həm də sünnət olanı infeksiyaya qarşı qoruyur.

SÜNNƏTDƏN SONRA RAHATÇILIQ : Sünnətdən dərhal sonra sünnət olan adam alt paltarını və şalvarını geyinə bilər və eyni zamanda gündəlik fəaliyyətlərinə davam edə bilər, klassik sünnət üsullarının əksinə duş qəbul edə bilər , təmiz dəniz və hovuza girə bilər.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN