Ümumiyyətlə,ayaq uyuşması tək və ya hər iki ayaqda birdən hissiyatsızlıq şəklində təsvir edilir və bu vəziyyətə tikan batması və ya yanma kimi hisslər də müşayiət edə bilər. Adətən ayaq uyuşmasının normal bir açıqlaması vardır. Hər ayaq uyuşması narahat etməsə belə, ayaq uyuşması səbəbləri haqqında ümumi məlumat əldə etmək faydalıdır.
Ayaq Uyuşmasının Səbəbləri
–Sinirlərin siqnal ötürüməsinə mane olan hər hansı bir vəziyyət və ya xəstəlik ayaqlarda uyuşmağa yol aça bilər.
–Onurğada yırtıq və ya degenerasiyalı disklər və ya onurğa iliyində daralma sinirlərə təzyiq edərək orqanizmin bu sinirlərlə bağlı hər hansı bir yerində daha çox da ayaqlarda uyuşmağa və ya digər normal olmayan narahatlıq hisslərinə səbəb ola bilər.
–Əgər sinirlər kifayət qədər oksigen qəbul edə bilmirlərsə ya da qidalanmırsa sinir siqnallarına bağlı problemlərə görə uyuşma hiss edilə bilər.
–B12 başda olmaqla vitamin çatışmazlıqları də ayaqda uyuşmağa yol aça bilər.
–Beyin ilə əlaqəli bəzi problemlərdə uyuşma səbəbləri arasındadır.
–MS xəstəliyində əsasən uyuşma ilk əlamətlərdən biridir və bədənin hər hansı bir hissəsinə təsir göstərə bilər.
–Bəzi ürək dərmanları və ya antibiotik bənzəri dərmanlar,sinirlərə təsir göstərərək uyuşma kimi bəzi yan təsirləri ortaya qoya bilər.