Nazik bağırsaq keçməməzliyi və əməliyyatı

 In Media

Nazik Bağırsaq Keçməməzliyi Əməliyyatı

Nazik bağırsaq keçməməzliyi  hansı sıxlıqda olur?

Klinikalara təcili olaraq edilən müraciətlərin % 20-si nazik bağırsaq keçməməzliyi səbəbi ilə müraciət olunur. Ümumi əhalidə nazik bağırsaq keçməməzliyi halı nisbəti  4% olaraq bildirilirməkdədir.

 

Nazik bağırsaq keçməməzliyi nəyə görə yaranır?

-Əməliyyatdan sonra bağırsaq yapışıqlığı:  60%, daha çox əməliyyatlardan 4-6 həftə sonra inkişaf edirlər və əməliyyatların % 1-4-də görülürlər.

– Həzm sistemi şişləri:  20%; Karsinoid şiş, mədə-bağırsaq stromal şiş (GİST), neyroendokrin şişlər (NET), bağırsaq lenfoması, bağırsaq melanoması

-Yayılma (metastaz) verən şişlər: Ağciyər xərçəngi, qida borusu xərçəngi, mədə xərçəngi

– Bağırsaq vərəmi

– Qrıja boğulması: 10%

– Crohn xəstəliyi: 5%

– Poliplər

-Nazik bağırsaq dönməsi (volvulus): 3% səbəbi ilə olur.

-Xarici cisim: Qıl (trikobezoar) və ya tərəvəz artığı (fitobezoar) ilə bağırsaq keçməməzliyi ola bilər.

– İntususepsiya: 1-5%, nazik bağırsağın  iç-içə keçməsidir. Bütün intususepsiya faktlarının,% 95-i uşaqlarda və % 5-i isə yeniyetmələrdə görülür.

– Öd daşlarına bağlı keçməməzlik: Öd  kisəsi daşı olan xəstələrin % 0.3-0.5-də görülür və tez-tez öd kisəsi ilə nazik bağırsaq arasında olmaması lazım olan bir əlaqə (fistül) inkişaf edir və daşlar öd kisəsindən bağırsağın içərisinə tökülür.

 

Nazik bağırsaq keçməməzliyi  hansı əməliyyatlardan sonra olur?

Ən çox olaraq nazik bağırsaq keçməməzliyi  təşkil edən əməliyyatlar appendisit, yoğun bağırsaq əməliyyatları (kolorektal cərrahiyyə), ginekolojik əməliyyatlar, mədə və onikibarmaq bağırsağı əməliyyatlarıdır. Alt qarın bölgəsi əməliyyatlarının üst qarın bölgəsi əməliyyatlarına nisbətən daha çox nazik bağırsaq keçməməzliyinə səbəb olmaqdadır.

Nazik bağırsaq keçməməzliyinin neçə növü vardır?

Nazik bağırsaq keçməməzliyi qismi və  ya tam, ya da sadə və ya boğulmuş ola bilər. Nazik bağırsaq keçməməzliyi hallarının % 40-da boğulma və bağırsaq yapışıqlığı və ya bağırsağın mezenter adı verilən,bağırsağın yağlı toxuması ətrafında fırlanması nəticəsində inkişaf edir.

Nazik bağırsaq keçməməzliyi bağırsaqda nə kimi dəyişikliklər yaradır?

Bağırsaq keçməməzliyi olan hissənin üst hissəsindəki bağırsaqda genişlənmə olur və bu hissədə həzm sistemi ifrazatları və udulan hava toplanır. Bu bağırsaq genişlənməsi daha çox ifrazat edilməsinə xəbərdarlıq edir və yığılan mayelər getdikcə artır. Bunun nəticəsində keçməməzliyin həm üst hissəsində həm də alt hissəsində bağırsaq hərəkətləri artır,xəstə tez-tez və yumşaq bir şəkildə defekasiya aktı yerinə yetirmiş olur və qaz çıxardır. Üst hissələrdə olan bağırsaq keçməməzliklərində qusma baş verir, bu vəziyyət bağırsağı sıxışdıraraq bağırsaqdakı şişliyi daha da artırır.

Nazik bağırsaq keçməməzliyi lazımi şəkildə müalicə edilməzsə nə olar?

Bağırsaq keçməməzliyi lazımi şəkildə müalicə edilməzsə, bağırsağın qidalanma pozğunluğu, nəticədə fəsadına (nekroz və ya çürümə)  sonra da bağırsaq deşilməsi və peritonit adı verilən geniş qarın pərdəsi iltihabına səbəb olur. Bu mənzərə təcili olraq müalicə edilmədiyi təqdirdə ölümcül hal ortaya çıxar. İlk 36 saatda əməliyyat keçirilsə ölüm nisbəti % 8-ə qədər azalar və 36 saatdan sonra aparılan əməliyyat hallarında ölüm nisbəti isə % 25-ə qədər yüksələ bilər.

 

Nazik bağırsaq keçməməzliyinin başlıca əlamətləri nələrdir?

  • Qarın ağrısı: kramp şəklində və şiddətli olur.
  • Ürək bulanması
  • Qusma
  • İshal (başlanğıc mərhələsində görülür)
  • Qəbizlik
  • Mövsümi olaraq ishal
  • Qarında ələ gələn kütlə
  • Qarın şişkinliyi
  •  Nəcisdə qan
  •  Yüksək temperatura
  • Təzyiq

 

Nazik bağırsaq keçməməzliyi hansı xəstəliklərlə qarışdırıla bilər?

  • Düşmə
  • Appendisit
  • Öd yolunun iltihabı (kolanjit)
  • Öd kisəsi iltihabı (xolesistit)
  • Qəbizlik
  • Divertikular bağırsaq xəstəliyi
  • Endometriozis
  • Həzm sistemində yer alan xarici cisimlər
  • İltihabı bağırsaq xəstəliyi
  • Mezenter damar keçməməzliyi
  • Yoğun bağırsaq keçməməzliyi
  • Pankreatit
  •  Yumurtalıq dönməsi (torsiya)
  • Sidik yolu iltihabı

 

Nazik bağırsaq keçməməzliyi diaqnozunda hansı üsullardan istifadə edilir?

Qarın rentgeni: Qarın rentgeni ilə %30 kimi yanılma payı vardır. Ancaq bağırsaqlarda səviyyələnmələrin görülməsi ilə diaqnoz qoyulur.

Kompüterli tomoqrafiya: Tomoqrafiyanın (KT) nazik bağırsaq keçməməzliyində diaqnoz dəyəri  %50 və yerini göstərməkdə  uğuru  %95  kimidir. Yad cisimləri də ayırd etməyə yarayır.

Enteroklizis: Nazik bağırsağın barium adı verilən maddə verilməsindən sonra rentgenin olunmasıdır.

Kompüterli tomoqrafiya (KT) ilə enteroklizis: KT enteroklizis günümüzdə getdikcə klassik enteroklizisin yerini alır. KT enteroklizisin nazik bağırsaq keçməməzliyində diaqnoz dəyəri  %90 və yerini göstərməkdə uğuru  %100 kimidir.

Maqnetik rezonans  tomoqrafiya (MRT): Ağır  vəziyyətdə olan xəstələri MRT cihazına salmaq asan deyil və bu səbəblə kompüterli  tomoqrafiya (KT) qədər praktiki deyil.

Ultrasəs müayinəsi: Nazik bağırsaq keçməməzliyndə ultrasəs müayinəsi ucuz bir diaqnoz metodu olub, diaqnozda % 90-a yaxın dəyəri vardır.

Kapsul endoskopiyası: Kapsul  endoskopiyası (mini-robot və ya mini-kamera), 1×3 sm ölçüsündə (11 mm x 26 mm) və 4 qram ağırlığında və içində bir mikroçip və ya mini-kamera olan bir kapsulun udulması və bu cihazın həzm sistemində səyahət edərək görüntüləri qeyd etməsi və sonunda xəstənin bu kapsulu nəcisi ilə çıxarılması prosesidir. Kapsul endoskopiyası, nazik bağırsağın qismi keçməməzliyi hallarında istifadə ediləcək bir üsuldur, tam keçməməzlik hallarında isə istifadə edilməsi təhlükəlidir.

Diaqnoz əsaslı laparoskopiya: Klassik laparoskopiya və ya yeganə dəlikdən laparoskopiya şəklində tətbiq oluna bilər.

Enteroklizis: Nazik bağırsaqların barium adı verilən maddə verilməsindən sonra rentgen olunmasıdır.

 

Nazik bağırsaq keçməməzliyi necə müalicə edilir?

Əvvəla, burundan mədəyə gedən bir cihaz (nazogastrik borucuq) yerləşdirilir və beləliklə nazik bağırsaqda toplanmış olan mayelər çölə çıxarılır. Bu cihaz orta hesabla 3 gün burada qalır. Bu müalicə ilə müvəffəqiyyət nisbəti  %65-80 kimidir, nəticə əldə edilmədikdə isə əməliyyat planlaşdırılır.

Daha sonra serum taxılaraq xəstənin maye və duz əksikliyi qarşılanmağa çalışılır.

Yapışıqlıq kimi uyğun hallarda laparoskopik cərrahiyyənin rolu böyükdür. Ümumi tendensiya üç və ya daha çox sayda açıq qarın əməliyyatı (laparotomiya) keçirmiş xəstələrdə laparoskopik cərrahiyyə yerinə açıq əməliyyata üstünlük verilməsidir. Eyni şəkildə, radioloji görüntüləmə nəticəsində nazik bağırsaq diametrinin 4 cm-i keçməsi halında laparoskopiya yerinə açıq əməliyyata (laparotomiya) üstünlük verilir.

Xoş xassəli şişlərdə ideal müalicə uyğun şərait yaradıldıqdan sonra şişli hissənin çıxarılmasıdır.

İltihabı bağırsaq xəstəliyində yüksək dozada kortizon verilir və serum taxılır. Bu müalicə ilə nəticə əldə edilməməsi halında cərrahi əməliyyat seçilə bilər.

Boğulmuş qrıja halında, qrıja öz-özünə qarın içərisinə getsə, xəstə müşahidə altında saxlanılır  və uyğun şərait yaranan zaman xəstəyə qrıja əməliyyatı tətbiq edilir, ancaq şərtlər buna imkan verməsə təcili olaraq qrıja boğulması səbəbilə əməliyyat aparılır.

Nazik bağırsaq keçməməzliyinin ağırlaşmaları nələrdir?

  • Bağırsaq deşilməsi
  • Qan zəhərlənməsi (sepsis)
  • Qarıniçi irin
  • Yara parçalanmasıÖlüm
Recent Posts

Leave a Comment

Start typing and press Enter to search