Orta Qulaq İltihabı Uşağınızı Kar Edə Bilər

Müəllif
Bölmə LOR

Uşaqlarda eşitmə probleminin ən ciddi səbəblərindən biri olan orta qulaq iltihabına diqqət edin! Uşağınızda qulağını çəkmə, qaşıma və ya eşitməmə şübhəsi varsa, dərhal həkimə müraciət edin.

Qış aylarında uşaqlarda ən çox görülən xəstəliklərdən biri orta qulaq iltihabıdır. Uşağınız qulağını qaşıyır, eşitməkdə çətinlik çəkirsə ya da qulağından iltihab gəlirsə vaxt itirmədən həkimə müraciət edilməsi lazımdır.

5 yaşına qədər bir neçə dəfə təkrar edilə bilər

Orta qulaq iltihabı, orta qulaqda müxtəlif səbəblərə bağlı olaraq inkişaf edən infeksiyalar səbəbilə yaranır. Tək və ya iki qulaqda da ola bilər. Tez-tez qış və payız aylarında görülür. Qulağını çəkən, qaşıyan, qidalanmada çətinlik, eşitməmə şübhəsi, qulaqda dolğunluq və təzyiq hissi olan kiçik uşaqlara diqqət edilməlidir. Bu əlamətlərdən bir və ya bir neçəsi varsa ağıla ilk olaraq orta qulaq iltihabı gəlir və ən qısa müddətdə həkimə müraciət edilməlidir. Uşaqların böyük əksəriyyəti 5 yaşına qədər bu infeksiyaya bir neçə dəfə tutula bilərlər. Uşaqlarda görülən eşitmə itkisinin ən ciddi səbəblərindən birinin orta qulaq iltihabı olduğu unudulmamalıdır.

Uşaqlar yeniyetmələrdən daha asan tutulur bu xəstəliyə

Orta qulaq, qulaq pərdəsindən sonra gələn hissədir. İçində səsin ötürülməsini təmin edən çəkic,üzəngi sümükləri olur. Bu hissədə, gəniz boşluğuna açılan bir kanal vardır. Bu kanal ostaki borusu adlanır. Bu boru, orta qulağa hava keçidini təmin edir və bununla da hava təzyiqi tənzimlənir. Uşaqlarda ostaki borusu yeniyetmələrə nisbətən üfüqi və qısa olduğundan bakteriyaların bu yolla orta qulağa keçidi asanlaşır və daha tez-tez orta qulaq iltihabı keçirirlər.

Düzgün müalicə olunmazsa eşitməmə yaranacaqorta-kulak-iltihaplari-kronik

Orta qulaq iltihabının ciddi qulaq ağrısı və karlığa yol aça biləcəyi unudulmamalıdır. Eşitmə itkisi, xüsusilə uşaqlarda, öyrənmə qabiliyyətinin azalmasına və nitqin gecikməsinə səbəb ola bilər. Uyğun şəkildə və tez müalicə edilsə, eşitmə tamamilə düzələr. Orta qulaq iltihabının digər bir təhlükəsi, xronikləşməsi və infeksiya beyin və qulaq kimi qonşu orqanlara yayılma riskinin olmasıdır.

Siqaret tüstüsünə məruz qalan uşaqlarda daha geniş yayılır

Kiçik yaşda olan və xüsusən oğlan uşaqları orta qulaq iltihabından daha çox təsirlənməkdədir. Həmçinin butulkadan qidalanma, siqaret çəkilən şəraitdə tez-tez olma, evdə virus infeksion varlığı, qardaş, ana, ya da atada orta qulaq iltihabı olması, qeyri-kafi sağlamlıq şərtləri, qış və payız mövsüm şərtləri, patoloji vəziyyətlər (qeyri-kafi immunitet sistemi, yarıq damaq və down sindromu), qulaq yolunun viran edilməsi və qulaq çöpünün yanlış istifadəsi də qulaq iltihabını yaradan əsas risk amilləri sırasındadır.

Üst tənəffüs yolu infeksiyaları orta qulaq iltihabına təkan verir

Soyuqdəymə, qrip və ya allergiya, ostaki borusunun şişib bağlanmasına səbəb olur. Bunun nəticəsində bakteriyalar orta qulaqda çoxalır və qulaq pərdəsi arxasında mikroorqanizmlərdən ibarət olan bir maye yığıntısı (İltihab) meydana gəlir. Qulaq pərdəsinin arxasında iltihabın yığılıb qalması təzyiq artımına və bu da qulaq ağrısına yol açır. Bəzən qulaq pərdəsi deşilir və iltihab (qanlı, sarı-yaşıl rəngli bir maye) qulaqdan çölə axır.

6 ayda 3 dəfə təkrar etsə eşitmə daha da pisləşər

Orta qulaqda infeksiya əmələ gəldiyi halda hər zaman iltihab çölə axmaya bilər. İltihabın çölə çıxmadığı hallarda maye orta qulaqda qalır. Qulaq pərdəsi bu vəziyyətdə uyğun şəkildə titrəməyəcəyi üçün xəstənin eşitməsi azalır. Kəskin infeksiya keçdikdən sonra, pərdə arxasında yığılan maye, orta qulaqda qala bilər. Bu vəziyyət infeksiya təkrarları ilə özünü göstərir. 6 ayda 3 dəfədən çox orta qulaq iltihabı keçirilməsi xəstəliyin xronikləşdiyini göstərir. Xroniki orta qulaq İltihabı zaman eşitmənin daha da pisləşməsinə yol aça bilər.

Doğru və effektiv müalicə edilməzsə xəstəlik xroniki hal alır orta-kulak-iltihabi

Kəskin iltihabın müalicəsində ağrı kəsici və bakteriyaları məhv edəcək antibiotiklərlə birlikdə burun açıcı dərmanlar istifadə edilir. Bu müalicə 2 həftə sürür. Tez və effektiv müalicənin aparılması, həkimin verdiyi dərmanların təsvir edildiyi qaydada və müddətdə istifadə edilməsi, nəzarət vaxtlarına riayət edilməsi son dərəcə vacibdir.

Müalicə göstərilən qaydada və müddətdə edilməzsə, qulaq infeksiyası xronikləşə bilər və qalıcı karlığa səbəb ola bilər. Butulkadan qidalanan südəmər körpələri kürək üstü vəziyyətdə qoymaq əvəzinə ana südü əmərkən olduğu kimi yan yatırın, ya da oturaq vəziyyətdə saxlamaq daha sağlamdır. Aparılan araşdırmalara görə oturaraq qidalanan körpələr, orta qulaq iltihabına daha az tutulur. Ana südündəki maddələrin immuniteti gücləndirdiyi və xəstəliyə yaxalanma riskini azaltdığı da unudulmamalıdır.

SON MƏQALƏLƏR
8 şərh
  • fuad100

    Salam Hekim .Men denize getdim .eve qayidanda bir qulagimim ewitdmeiyini hiss eledim.2 3gun gozeldim xeyri olmadi.Hekime getdim antibiotik yazdi 2dene 1 hefte icdim .normal olaraq duzeldi.hal hazirda qulagimda ugultu var helede.Yeniden o dermanlari alib icmek lazimdir yoxsa yox? Yadaki sebr edim duzlecek?

  • Aylin

    salam hekim . biz hekime getdik hekim bize dedi olsun ki,birinda qulaqa geden yeri et tutub ona gore ewitmir onun silimkasin cixarduq heqiqetende boyu idi payiz ayi idi apres olundu eti ordan goturduler qulaqi tez tez dolur qulaqin yudurtdum indi temizdi bezen cox yaxwi ewidir bezen de yox esasende xestelenende ewitmir zeyif ewidir mene ele gelir uzaqdan daha cox ewitmir yaxindan yaxwidi qulaqina soz deyirem çox yavawdan sesimi yiqmir bir az berkidirem sesimi ne dediymi mene deyir amma etrefimdaki insanlar mene deyirler ki., ewidir sozu yiqa bilmir neyniyim bilmirem cox caresizem cox nerahatam eyer malice olunsa keçermi ?xaiw edirem sizden mene etrafli cavab yazun evelceden cox tewekkur edirem sizi nerahat etdiyme gore baqiwlayun

    • Fuad Nəzərov

      Salam. Siz çox üzülməyin. Sizə konkret olaraq yardım göstərmək üçün mütləq xüsusi yoxlama aparılmalıdır. İlk növbədə LOR həkiminə müraciət edin. Sağ olun

  • Aylin

    iyi gunler menim oğlum da zeyif ewitmemekliy var qulaqi tez tez dolur ve aparatdanda kecirmiwik zeyif ewidir hec bir malice olunmuyub 6 yawi var ne rtmek lazimdi xaiw eliyrem cavab yazun

  • USAQ PEDIATRI

    DB155 Kolik sancısı,hıçkırık,geğirme ve gazı önlemeye yardımcı olmasıyla birlikte;emzik çökmesini ortadan kaldırır ve bebeğin orta kulağında sıvı birikimini azaltamayı sağlar.
    Patentli bir ürün olan DR.BROWN biberonlar, çoğu biberonda ortaya çıkan vakum ve hava kabarcıklarının oluşmasını önleyerek bebeklerde gaz sancılarını azaltır. Kusmayı minimum seviyeye indirir. Aşırı emme gücü gerektirmediği için orta kulakta sıvı birikmesini önler. Bebeğin mamayı rahat emmesini sağlar. Mama veya sütün hava ile temas etmesini önleyerek C, A ve E vitamin kaybını önlemeye yardımcı olur.

ŞƏRH YAZIN