Otoplastika (Çömçə qulaq) Əməliyyatı

Müəllif
Bölmə LOR

 Nədir?

Qulaqlarınızın görüntüsünə görə saçlarınızı istədiyiniz kimi yığa bilmirsiniz? Çömçə qulaq problemindən xilas olmaq üçün axtardığınız bütün suallara bu yazımda cavab verməyə çalışacam.

Otoplastika əməliyyatı kiçik yaşlarda da aparılan əməliyyat növlərindən biridir. 5 yaşına gəldikdə qulağın yetkin ölçüləri % 80-ə çatır.

Sosial bir problemdirkepce

Çömçə qulaq olmaq sosial bir problemdir.Bu səbəbdən də belə bir problemi olan bir uşaq məsələn, ibtidai məktəbə başlamadan (5 yaşından etibarən) əməliyyat edilir.

Əməliyyatda qulağın yanından, ya da arxasından kəsmə aparılaraq qığırdaq toxumaya çatılır, varsa qığırdaq artığı çıxarılır, eyni zamanda lazımi qıvrımlar verilir.

Çömçə qulaqlıq necə yaranır?

Çömçə qulaqlıq əsasən 2 səbəbdən yaranır, Birincisi qulaqdakı antiheliks deyilən buruğun yaranmaması, bir digər səbəb də qulaqdakı konkav qığırdağın yəni konkanın böyük olması, ya da başa nəzərən çox bucaq altında aralanmasıdır. Bu səbəblər düzəldilməyə çalışılır yəni qıvrım verilir, artıqlıq varsa çıxarılır, aspekti daraldılır.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN