Özofagus (Qida Borusu) Xərçəngi və Müalicəsi

Müəllif
Bölmə Özofagus (Qida Borusu) Xərçəngi

Nədir?

Özofagusun daxili döşəyici təbəqəsindən inkişaf edən bədxassəli şişdir. Orqanın daxili təbəqəsindən inkişaf edən şiş, yemək borusunun içində aşağı, yuxarı və içəridən çölə doğru yayılır. Eyni zamanda limfaqan damarları yoluyla da orqanizmin digər sahələrinə sıçraya bilər.

Ortaya Çıxması Necədir?

Özofagus xərçəngləri dünya üzrə bütün xərçənglər arasında 6-cı sırada yer alır. Bütün xərçənglərin yüzdə 1,5-2-i, həzm sistemi xərçənglərinin isə yüzdə 5-7-i təşkil edir.Görülməsi coğrafi bölgələrə görə dəyişir.Xüsusilə şərq bölgələrində çox görülür. Özofagus xərçəngi, 50-60 yaşlarında çox görülür, 30 yaşın altında nadir hallarda (%0,2) görülür. Kişilərdə qadınlara nisbətən təxminən 3 dəfə daha çox rast gəlinir.Özofagus xərçəngi, xəstələrin yarısında yemək ozefafus_kanseri1borusunun orta hissəsində, üçdə birində alt hissəsində, geri qalanında isə üst hissəsində yerləşir. Yaşayış yerinə görə tətbiq olunan müalicə üsulları də dəyişiklik göstərir.

Özofagus xərçənginin səbəbləri, risk faktorları nələrdir?

Özofagus xərçəng xəstəliklərində risk amilləri:
Siqaret, alkoqol istehlakı və maddə bağlılıqları,
Qidalanma ilə bağlı faktorlar,
Genetik və ekoloji faktorlar,
Xərçəngə səbəb olan digər xəstəliklər də sadalana bilər.

ABŞ və Qərbi Avropada Özofagus xərçənginin ən mühüm səbəbi siqaretalkoqol istehlakıdır.Özofagus xərçənginin tez-tez görüldüyü digər bölgələrdə qidalanma ilə bağlı amillər siqaret və alkoqoldan daha ön plandadır.Alkoqolun təsiri tək başına olduqca az olub, siqaret ilə birlikdə Özofagus xərçəng riski doza və müddətə müvafiq olaraq çox yüksəlir.

Qidalanma ilə bağlı Faktorlar

Beta karoten, A, B, C, E vitaminləri, fol turşusu, riboflavin (vitamin növü),mineral və metallardan maqnezium, sink, selenyum,molibdenin antioksidant təsirləri, hüceyrə regenerasiyası və hüceyrə bölünməsi üzərindəki təsirləri məlumdur. Bu maddələrin kifayətsiz qəbul edilməsi xüsusilə buğda, qarğıdalı və düyüdən zəngin, təzə meyvə və tərəvəzdən qıt olan pəhriz nəticəsində önəmli risk yaratmaqdadır. Siqaret, alkoqol, təzə tərəvəzmeyvənin normadan az qəbul edilməsi, Özofagus xərçəngi üçün risk yaradan ən mühüm 3 amil kimi qəbul edilmişdir. Bu 3 amil Özofagus xərçəng xəstəlikli xəstələrdə %83 nisbətində müəyyən edilmişdir.
Qidalanma vərdişləri, xüsusilə də çox isti içkilərin çox miqdarda və tez-tez qəbul edilməsi əsas risk faktoru olaraq qəbul edilir.

Özofagus xərçənginin əlamətləri nələrdir?

Udma çətinliyi
Çəki itkisi
Döş bölgəsində yanma və ağrı
Qusma, qidaların ağıza geri gəlməsi
Boyunda şişlik
Anoreksiya- İştahsızlıq
Səs tutulması
Qanaxma
Öskürək və boğulma hissi

Brunneroma1Diaqnozu

Özofagus xərçəng xəstəliyi şübhəsi olan bütün xəstələrdə endoskopik müayinə ən mühüm diaqnoz vasitəsidir. Özofagoskopinin əhəmiyyəti yalnız diaqnoz qoyulmasında deyil, müalicənin nə şəkildə aparılacağının müəyyən edilməsi baxımından da böyükdür.

Müalicəsi

Özofagus xərçəng xəstəliklərində müalicənin növü ilk növbədə şişin mərhələsiyeri olmaq üzrə bir çox faktora bağlıdır. Ancaq erkən təyin edilmiş faktlarda ən təsirli müalicə üsulu cərrahi müdaxilədir. Sadəcə cərrahi müalicənin və ya radioterapiyanın yetərli olmayacağı bəzi hallarda kombine (birlikdə) müalicələr aparıla bilər. İrəliləmiş xəstəlik hallarında cərrahi müalicə yalnız xəstənin qidalanmasının təminatına yönəlik olaraq edilə bilər.

Şişin yerləşdiyi yer də müalicə seçimində önəmlidir. Adətən Özofagusun 1/3 alt hissəsindəki şişlər cərrahi olaraq asan müalicə edilir. Üst hissədəki şişlərin isə cərrahi müalicə şansı daha azdır. Erkən lezyonlar cərrahiyyə üçün uyğun ikən ətraf toxumalara yayılım və metastazlar cərrahiyyə xaric üsulların axtarışını tələb edən səbəblərdir. Lezyonun boyu, dərinliyi və kütlənin total böyüklüyü müalicə seçimini istiqamətləndirə bilir çünki 7-8 sm-dən uzun şişlərin qonşu toxumalara yayılması ehtimalı çoxdur. Digər tərəfdən əlamətlərin müddəti də xəstəliyin mərhələsi baxımından əhəmiyyətlidir.

SON MƏQALƏLƏR
4 şərh
  • Elvira

    Salam hekim mende sol kurek terefde agrilar var nefes alanda askirandada guclenir kolada vurur.birde ciynimi yuxari asagi edendede agriyir.birde dunennen yemek yiyennen sonra sanki bogazimda nese kalib.neden ola biler.ozumde cox esebiyem

  • Tehmine

    Hekim Salam.Yemeyi isti yemek ve esasen cayi cox isti icmek qida borusuna nese bir zereri var.Cunki demek olar ki cayi hemise isti isti icirem bu gelecekde ne ise bir fesad yarada biler? cox xahiw edirem cavablandirardiniz

    • Fuad Nəzərov

      Salam. Siz aktual problem qaldırdınız. Isti qida qəbulu qida borusunda onkoloji xəstəliklər yaranmasına təkan verir. Sağ olun

ŞƏRH YAZIN