Özünü əməliyyat edən, yoxsa…

Müəllif
Bölmə Cərrahlıq, Maraqlı

 

Deməli,

Vincent Van Goghun öz qulağını kəsməyi haqqında xeyli fikirlər var. Bəzilərinə görə yaşıl xalçanın üstündə qırmızı rəngin necə olacağını görmək üçün kəsib, bəzilərinə görə qulağı ağrıdığı üçün kəsib (bu fikri müdafiə edənlər yəqin o vaxta qədər Van Goghun başının ağrımadığına inananlardır), bəzilərinə görə hansısa qadının onun qulağından xoşu gəldiyi üçün qulağını ona hədiyyə edib, bəzilərinə görə avtoportretində qulağını istədiyi kimi çəkə bilmədiyi üçün kəsib və s. Hətta bir neçə qaynaqda qulağını özü yox, rəssam dostu Gauguinin kəsdiyi də qeyd olunur. Yenə də, bu haqda sənət tarixçiləri hələ də ortaq bir qərara gələ bilməyiblər. Əgər Van Goghun qulağını özünün kəsdiyi dəqiq olsaydı onu da özünü əməliyyat edənlər kateqoriyasına qoymaq olardı.
Ruhən zəif olan Van Goghun, qulağını kəsmə fikrinin arxasında psixoloji problemlərini olduğu faktına inananlar da var.

SON MƏQALƏLƏR

ŞƏRH YAZIN