Parkinson Xəstəliyi

Müəllif
Bölmə Parkinson Xəstəliyi

Haqqında

Parkinson xəstəliyi yavaş irəliləyən nevrodegeneratif (beyin hüceyrələrində itki) bir beyin xəstəliyidir. Bəs bu nə mənaya gəlir? Parkinson xəstələri diaqnoz qoyulduqdan sonra 20 il və ya daha çox müddət bu xəstəliklə həyatlarını davam etdirəcəkdir. Ancabeyinq bu xəstəlik ilə birlikdə yaşayış tərzində dəyişiklik olmayacağı anlamına gəlmir. Xəstəliyin aradan tam qaldırılmasına yaxud qarşısının alınmasına yönəlik bir müalicə hələ olmadığına görə,xəstəni müalicə edən həkimlər hazırda Parkinson xəstəliyinin əlamətlərini nəzarət altında saxlamağa yönəlik müalicələr aparırlar.

Normal olaraq insan beynində müəyyən bölgələrdə dopamin ifrazat edən beyparkinin hüceyrələri (neyronlar) yerləşir. Bu hüceyrələr beynin substabsiya nigra adı verilən müəyyən bir sahəsində genişlənmiş halda olurlar. Dopamin substansiya nigra ilə bədən hərəkətlərini kontrol edən digər beyin bölgələri arasında mesajları ötürən bir kimyəvi maddədir. Dopamin insanların axıcı və koordinasiyalı hərəkət etmələrini təmin edir. Dopamin istehsal edən hüceyrələrin %60 ilə %80i itkiyə məruz qaldığı zaman yetərli miqdarda dopamin ifraz edilə bilməz və Parkinson xəstəliyinin əsas əlamətləri ortaya çıxır. Beyin hüceyrələrindəki bu çatışmazlıq prosesi nevrodegenerasiya adlandırılır. Mövcud nəzəriyyəyə görə, Parkinson xəstəliyinin ən erkən əlamətləri enterik sinir sistemi, alt beyin sapı və qoxu yollarında ortaya çıxır.

 

SON MƏQALƏLƏR
2 şərh
  • Fəqət

    51 yaşım var.Pedaqoqam. 10 il olar ki,əllərim və ayaqlarım əsir.Çox utanıram.Həkimlər elə bilirdilər ki, bu əlamətlər zəhərli zob xəstəliyindəndir. O təsdiqini tapmadı.Artir parkinson xəstəliyindən şübhələnirəm. Mənə məsləhət verməyinizi rica edirəm

ŞƏRH YAZIN