Perianal iltihab nədir?
Perianal iltihab, anus ətrafında iltihab nəticəsində yaranan irinin tibbi adıdır. Anusu əhatə edən və istəmədən qaz və gaita çıxışını əngəlləyən dairəvi əzələ lifləri arasında,defekasiya aktı zamanı sürüşkənliyi təmin edən və bölgə dərisini nəmləndirən ifrazat vəziləri vardır.Quruluşuqca bədənimizin bu hissəsində bol miqdarda bakteriya olur və bu bakteriyalar ifrazat vəzilərində yanma hissinə səbəb ola bilər. Bu yangı çoxu dəfə babasil və ya fissul varlığında toxuma bütövlüyünün pozulması ilə başlayır və çox sürətli bir şəkildə apses əmələ gəlir. Bu bölgənin ətrafında məsaməli yağlı toxuma olduğuna görə irin ətrafa yayıla bilər və dəriyə yayılaraq öz-özünə boşala bilər və daha çox təcili cərrahi əməliyyat lazım gələ bilər.

Perianal İltihabın Olması Halı
Əlamətləri
İltihablanma hər zaman sürətli bir şəkildə artan və oturamamağa səbəb olan şiddətli ağrı ilə özünü göstərir.Şiddətli ağrı, makat ətrafında temperatur artımı, qızdırma, titrəmə və özünü yaxşı hiss etməmək müşayiət edə bilər. Dəri altına qədər getdiyi zaman anus ətrafında qızartı və şişlik hiss edilir vəziyyəti alır.
Risk Halları
Köklük, uzun müddətli qəbizlik, babasil,fissul varlığı və bəzi yangısal bağırsaq xəstəlikləri (Ulserativ kolit, Crohn) və vücudun immunitet sistemini təzyiq altına alan hallarda perianal apses riski artar.
Müalicəsi
Perianal iltihabın yaranmasında ən qısa müddətdə xaric edilməlidir və antibiotik ilə müalicəyə başlanmalıdır. İrinin üzərini örtən dəri qatı cərrahi olaraq açılır və iriin toplanmış olduğu boşluq tamamilə təmizlənir, antiseptik məhlul ilə yuyulur və apsenin dərin olması vəziyyətində içinə diren qoyularaq apse boşluğunun yuyulması təmin edilir. Bu cərrahi əməliyyat lokal anesteziya ilə həyata keçirilə bilər ancaq xüsusilə dərin olan apselərdə xəstənin yatması əməliyyat zamanı xəstənin rahatlığını artıracaqdır.