Prostat Vəzinin Xərçəngi

Müəllif
Bölmə Prostat Vəzi - Cərrahi Əməliyyat

 Prostat xərçəngi nədir?

Prostat xərçəngi prostatı əmələ gətirən hüceyrələrin kontrolsuz bir şəkildə, lazım olmadığı  halda çoxalmasıdır. Dünyada kişilərdə çox tez-tez  görülən xərçəng növüdür, yaşlı kişilərin xəstəliyidir.

 Prostat xərçəngi üçün risk faktorları nələrdir?

Ən güclü risk faktorları  irəli yaş ve qara  irqdən olmaqdır. Yaş artdıqca risk artar. Ailəsində, xüsusilə birinci dərəcə qohumlarında prostat xərçəngi olanların prostat xərçəngi xəstəliyinə tutulma nisbəti olmayanlara görə daha çoxdur. Həqiqi mənada irsi prostat xərçəngi çox nadirdir və ümumiyyətlə 55 yaşın altındakı kişilərdə rast gəlinir. Bəzi araşdırmalarda pəhriz ilə alınan yağın prostat xərçənginə tutulma riskini artırdığını irəli sürmüşlərsə də bu hələ tam olaraq isbat edilməmişdir.

 Prostat xərçənginin simptomları nələrdir?

Erkən mərhələdəki prostat xərçəngi öz əlamətlərini göstərməyə bilər. Aşağıda sadalanan şikayətlərdən her hansı biri olduğu hallarda mütləq həkimə müraciət edilməlidir.

– Tez-tez sidiyə getmək  (xüsusilə gecələr)

– Sidiyə getməkdə çətinlik

– İncə və aralıqlı sidiyə getmək

– Sidiyə gedərkən ağrı olması

– Sidikdə qan görmək

– Kürək, omba və bel ağrısı

 Erkən diaqnoz mümkünmüdür?

50 yaşdan başlamaq üzrə hər kişi hər il  həkimə rektumdan (makattan) barmaqla müayinədən keçməli və qandakı PSA yoxlanılmalıdır.prostat əməliyyatı Bu şəkildə hələ öz əlamətini göstərməmiş, xəstədə şikayətə yol açmamış erkən mərhələdəki prostat xərçənginin qarşısı alına bilər. Əgər həkim müayinəsində şübhəli bir tapıntıya rast gəlinərsə vəya PSA dəyəri 4ng/ml’nin üzərində olarsa irəli tətqiqlər istənilə bilər.

 Diaqnoz necə qoyulur?

Yuxarıda sadalanan şikayətlərlə müraciət edən xəstələri həkim əlcək geyinərək rektumdan barmağı ilə müayinə edər. Buna parmaqla rektal müayinə adı verilir. Bu müayinə ilə həkim rektumun tam qarşısında yerləşən prostat vəzini hiss edərək böyüklüyü və konsistensiyası haqqında məlumatı olur. Ayrıca olaraq, rektum içindən edilən ultrason tətqiqi (transrektal ultrasonografi) ilə də prostat haqqında fikir əldə edilə bilər. Əgər həkim etdiyi müayinə və istədiyi tətqiqləri (qandakı PSA ve transrektal ultrasonografi) haqqında şübhə əldə edərsə, prostatdan iynə ilə bir parça alaraq (biopsiya) mikroskop altında incələnməsini istəyə bilər. Bu əməliyyata incə iynə aspirasyon biyopsisi deyilir, anesteziya tələb etmir.  Sidikdə və böyük tualetdə qan görülməsi bu biopsiyadan sonraki 2-3 gün davam edə bilər. Bu əməliyyatdan sonraki ilk 2-3 həftədə meni qanlı gələ bilər. Əgər biopsiya negativ gələrsə bu xəstələr 6 ilə 12 ay aralarla müayinə və PSA analizi ilə yoxlanılır.

Əgər biopsiyada prostat xərçəngi diaqnozu qoyularsa, bir uroloq və ya medikal onkolog bir çox faktoru göz önünə alaraq müalicə planını təyin edər. Radiasiya onkologlarının da bu planlamada fəaliyyətləri ola bilər. Müalicə planlanmasında göz önündə tutulan ən önəmli unsurlar xəstəliyin nə qədər irəliləmiş olduğu yəni mərhələsi və xəstənin ümumi vəziyyətidir.

 Xəstəliyin mərhələləri

Xəstəlik müəyyən edildikdən sonra, prostat vücudun başqa yerlərinə yayılıb yayılmadığını görmək üçün əlavə analizlər götürülür. Beləliklə, xəstəliyin mərhələsi müəyyənləşdirilmiş olur. Həkim bu məqsədlə bir ağciyər grafisi, sümük sintigrafisi və qan analizi istəyə bilər.

Xərçəngin inkişaf etdiyi orqanın xaricinə çıxıb başqa bölgələrə yayılmasına metastaz deyilir. Prostat xərçəngi qonşuluq yolu ilə meni kisəsi (seminal vesicle), lenf dolaşımı ilə lenf vəzlərinə və qan dolaşımı ilə sümüklərə yayıla bilər. Ən çox bel sümüklərinə gedər lakin baş sümüklərinə və qabırğa sümüklərinə də yayıla bilər. Daha nadir olaraq qaraciyər və ağciyərlərə də yayıla bilər.

Mərhələ 1:Xəstəlikdə, xəstələrin şikayəti olmaz və xərçəng müayinədə də təyin edilməz.Diaqnoz ümumiyyətlə başqa səbəblərlə olunan əməliyyatlar sonrasında təsadüfən qoyulur. Xərçəng hüceyrələri prostat xaricinə çıxmamışdır.

Mərhələ 2: Xəstəlikdə, diaqnoz ümumiyyətlə ya qanda PSA səviyyəsi yüksəlmiş olduğu ya daprostat2 makattan müayinə sırasında prostat böyük olaraq təyin edildiyi üçün keçirilən incə iynə aspirasyon biyopsisi ilə qoyulur. Xəstəlik prostat vəzi xaricinə çıxmamışdır.

Mərhələ 3: Xəstəlikdə, xərçəng hüceyrələri prostatı qucaqlayan kapsulanın xaricinə çıxıb prostatın yaxın çevrəsindəki toxumalara yayılmışdır .

Mərhələ 4: Xəstəlikdə xərçəng hüceyrələri prostat xaricində lenf vəzlərinə və ya sümük, qaraciyər və ağciyər kimi orqanlara yayılmışdır.

Nüks Xəstəlik:Müalicə edildikdən sonra (ya təkrar prostatda ya da digər orqanların birində) xəstəliyin geri gəlməsidir.

 Prostat xərçənginə necə diaqnoz qoyulur? 

Prostat xərçəngində  rektal müayinə və qanda PSA ( Prostat Spesifik Antijen)  adlı maddənin səviyyəsinin ölçülməsi ən önəmli vasitələrdən biridir. Prostat xərçəngində erkən diaqnoz da ümumiyyətlə 45 yaşından sonra sağlam kişilərin hər il periodik müayinələri və PSA ilə göz önünə alınması məsləhətdir. Ancaq günümüzdə  prostat xərçəngində  yüzdə 10 nisbətində irsi bir risk göstərilmiş olduğundan  bu kontrolların önəmi daha da  artmaqda və 40 yaşından sonra qiymətləndirilməlidir.

Müayinədə   prostatın böyüyüb böyümədiyi mövzusu qədər prostatın xaricində hər hansı bir sərtlik olub olmadığı müəyyənləşdirilir. Rektal müayinə, ancaq müəyyən bir ölçüyə çatmış kütləni müəyyən edə bilər. Bu səbəblə PSA səviyyəsinin ölçülməsi önəmlidir. PSA  dediyimiz bu ferment  son illərdə prostat xərçənginin erkən diaqnozunda istifadə etdiyimiz  bir ipucudur.

SON MƏQALƏLƏR
2 şərh
  • Elnur

    Salam hormetli hekim,zehmet olmasa mene melumat vererdiniz: 1)Prostat vəzisindən shikayet eden bir xestenin prostat vəzisində xərçəngin olub-olmamasını mueyyen etmek ucun hekim PSA analizi ile kifayetlenmelidirmi ? yoxsa tibb elmi daha artiq teleb qoyur? menim tanishimda PSA=2,1 olmushdur,lakin emeliyyatdan sonra goturulmush toxumalarda xerceng ashkar edilmishdir.Sizden cox xahish edirem bununla baqli Sehiyye Nazirliyinin her hansi bir telimati ve ya bu haqda qanun,her hansi bir edebiyyat sizde varsa onun elektron formasini bu emaile gondererdiz: teymuredi@mail.ru
    Evvelceden minnetdaram.Hormetle, Elnur Ehmedov

    • Fuad Nəzərov

      Salam. Prostat vəzinin xərçəngi cox təəsüf ki yayılmış xəstəliklərdən biridir. Ancaq bu o demek deyil ki ele bir onkomarker təyin etməklə həmin xəstəliyi ya təsdiq ya da inkar etmək mümkündür.Prostat vəzinin xərçəngi diaqnozu ciddi yoxlamadan sonra qoyula bilər. Sizə məsləhətim odur ki, siz onkouroloqa,uroloqa müraciət edəsiniz və o sizi tam təlimatlandıracaqdır.Sag olun!

ŞƏRH YAZIN